York və Strasburq universitetlərinin ikili dərəcəli MBA Proqramı - Bakıda keçiriləcək
İdarəçilik üzrə Pan – Avropa MBA Proqramı (Executive MBA): Bakıda keçiriləcək York Universitetinin CİTY College Avropa Kampusu tərəfindən təşkil olunan York Universitetinin və Strasburq Universitetinin ikili dərəcəli MBA Proqramı(®️) 30 ildən çoxdur ki CİTY College cənub-şərqi və şərqi Avropada Executive MBA Proqramını tədris edir və bu proqram regionda ən yaxşı MBA seçimlərindən biri hesab edilir.
Bu gün artıq dünya miqyaslı Executive MBA Proqramı daha da təkmilləşərək iki universitetin birgə təqdim etdiyi ikili diplomlu Pan-Avropa Executive MBA Proqramı şəklində tədris ediləcəkdir. Pan-Avropa Executive MBA Proqramı İngiltərənin York Universitetinin CİTY College Avropa Kampusu və Strasburq Universitetinin İqtisadiyyat və Menecment fakultəsi tərəfindən təqdim edilir. Burada 2021/22-ci tədris ilindən başlayaraq iştirak edən tələbələr Britaniyanın öndə gedən York Universiteti və Fransanın prestijli Strasburq Universiteti tərəfindən iki dərəcə ilə təltif olunacaqlar.
Bakıda keçiriləcək Pan-Avropa Executive MBA Proqramı hazırkı Executive MBA Proqramının gücünü daha da artırır və onu təkmilləşdirir. Təqdim olunan EMBA Proqramı ikili dərəcədən əlavə olaraq, öz tələbələrinə həqiqi beynəlxalq təcrübəni: üç təhsil səyahəti imkanını yaradır – York (İngiltərə), Strasburq (Fransa) və Saloniki (Yunanıstan). Bundan əlavə, dərslər York Universiteti CİTY College Avropa Kampusu və Strasburq Universiteti, həmçinin dünya üzrə tanınmış universitetlərin seçilmiş professorları və beynəlxalq müəllimləri, eləcə də, böyük təcrübəyə malik biznes ekspertləri tərəfindən keçirilir. Pan-Avropa Executive MBA Proqramı işgüzar əlaqələrin yaradılması üçün geniş imkan yaradan özünün peşəkar, karyera və şəxsi bacarıqlarını təkmilləşdirmək istəyən müasir dövrün menecerləri və biznes peşəkarları üçün həqiqi beynəlxalq proqramdır.
Pan-Avropa Executive MBA Proqramı indi təkmilləşərək həm işi həm də təhsili bir araya gətirərək işgüzar idarəçilər üçün daha əlverişli olmuşdur, belə ki, tələbələr “Executive Mode” (ənənəvi dərs üslubu və 3 təhsil səyahəti) və ya “Executive Mode Blended” (sinxron onlayn dərslər və 3 təhsil səyahəti) arasında seçim edə bilərlər.
Tədris planı real həyat layihələri əsasında əldə edilmiş təcrübələrə, komanda çalışmalarına və karyera məsləhət proqramlarına, tələbələrin tətbiq etdiyi bilik və bacarıqların, strateji liderlik bacarıqlarının genişləndirilməsinə yönəlmişdir. MBA iştirakçıları mövcud olan 6 (altı) ixtisas sahələrindən birini seçərək bir menecment sahəsində ixtisaslaşa bilərlər: Ümumi Menecment, Maliyyə, Marketinq, Loqistika və Tədarük Zəncirinin İdarə edilməsi, Səhiyyə Menecmenti, İnsan Resurslarının İdarə Edilməsi.
Proqram MBA Assosiasiya (AMBA) və İngiltərənin “Chartered Management İnstitute” (CMI) tərəfindən akkreditasiya edilmişdir.
İki Universitet dərəcəsinin alınması tələbənin hər iki universitetdən irəli gələn son dərəcə zəngin bir irsə və ənənəyə sahib bir təhsil mühitinin bir hissəsinə çevrilməsinə kömək edir. York Universiteti dünyanın top universitetlərindən biridir (“The Times Higher Education – THE 2021” istinadən dünya üzrə 133-cü yerdədir). O, Birləşmiş İngiltərə Krallığının öndə gedən universitetlərindən ibarət nüfuzlu “Russell” Qrupunun üzvüdür və “Gold Teaching Excellence Framework (TEF) mükafatına layiq görülmüşdür. Strasburq Universiteti 1631-ci ildə təsis edilmişdir və öz tarixində 18 Nobel Mükafatı qaliblərinə malikdir. 2020 Dünya Universitetlərinin Akademik Dərəcələndirilməsinə (ARWC) əsasən, o, Fransada və dünyanın 150 universitetləri arasında 6-cı ən yaxşı universitetdir. Strasburq Universiteti Avropanın Tədqiqat Universitetləri Liqasının (LERU) üzvüdür.
CİTY College, York Universitetinin Avropa Kampusu York Universitetinin tam bir hissəsini təşkil edən qurumudur. O, Universitetin Avropadakı fiziki iştirakını təmin edir və bütün Universitet üçün Cənub-Şərqi Avropa və digər Avropa regionu üzrə akademik, hökümət və korporativ əlaqələrin yaradılması üçün mərkəz rolunu oynayır. O, 30 ildən çox müddət ərzində Salonikidəki əsas kampusunda və digər 8 ölkələrdə təhsil alan 60-dan çox ölkənin tələbələri ilə həqiqətən beynəlxalq bir təşkilatı təmsil edir.
Ətraflı Məlumat:
City College, York Universitetinin Avropa Kampusu tərəfindən Bakıda təklif olunan Pan-Avropa Executive MBA Proqramı və onun tələbləri barədə daha ətraflı məlumat almaq üçün aşağıdakı əlaqə vasitələrinə müraciət etməyiniz xahiş olunur:
Tel: +994 55 909 37 88
Email: [email protected]
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 gün sonra
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib
-
5 saat əvvəl
AutoStar Kaukasus yeni S-Class modelini ilk dəfə Azərbaycanda təqdim etdi
-
6 saat əvvəl
Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb
- 6 saat əvvəl
-
7 saat əvvəl
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
- 8 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Kürdəmirdə “Bazarstore” açılır
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
"ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib"
Azərbaycanda şirkətlərin sayı 6 faizə yaxın artıb
Avqustun 13-də gözlənilən hava şəraiti
Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq
“Böyük Dördlük” Azərbaycanda bazarın təxminən 60%-nə nəzarət edib




















