"Xaricdən toxum gətirməyə ehtiyac qalmayacaq"
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” mayın 19-da imzaladığı Sərəncam biz ipəkçiləri ürəkdən sevindirib. Bu Sərəncam respublikamızda ipəkçiliyin müasir infrastrukturunun yaradılması, barama toxumçuluğunun təşkili istiqamətində atılan növbəti mühüm addımdır.
Bu fikirləri Qax Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyev müsahibəsində deyib.
Qeyd edək ki, həmin Sərəncama əsasən, Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqlarla təchiz olunması üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 4,5 milyon manat vəsait ayrılıb.
Əkrəm Fətəliyev bildirib ki, ipəkçiliyin inkişafının təmin edilməsində barama toxumçuluğunun təşkili xüsusi əhəmiyyət kəsb edir. Son illər kümçülərin damazlıq barama toxumu ilə təmin edilməsi Çin Xalq Respublikasından alınaraq ölkəmizə gətirilən və Qax Damazlıq İpəkçilik Stansiyasında inkbasiyaya qoyulan toxumlardan alınan ipəkqurdu hesabına həyata keçirilirdi. Stansiya müasir standartlara uyğun yenidən qurulduqdan sonra daha xaricdən toxum gətirməyə ehtiyac qalmayacaq, bu işlər stansiyanın özündə təşkil olunacaq.
Layihəyə uyğun olaraq, yenidənqurma işləri zamanı hazırda stansiyanın ərazisində olan bina əsaslı təmir olunacaq, ərazidə əlavə istehsal korpusu, həmçinin inzibati bina və yardımçı tikililər inşa ediləcək. Stansiyada Çin Xalq Respublikasından gətirilən ən müasir avadanlıq quraşdırılacaq. Stansiya istifadəyə verildikdən sonra burada super-elit, elit və hibrid barama toxumları yetişdiriləcək. Stansiyada 50-dən artıq yeni iş yeri açılacaq.
Əkrəm Fətəliyevin bildirdiyinə görə, mayın axırında stansiyanın rəhbəri və Kənd Təsərrüfatı Nazirliyinin bir qrup əməkdaşı Çinə səfər edəcək, yerli mütəxəssislərlə təcrübə mübadiləsi aparacaqlar.
© Azərtac
Müştərilərin xəbərləri
AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi “Global Senior Management” proqramı uğurla yekunlaşıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
1 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
- 3 d. əvvəl
-
20 d. əvvəl
Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib
-
22 d. əvvəl
Rabitəbank “Rabita Junior”un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib ®
- 28 d. əvvəl
- 34 d. əvvəl
- 43 d. əvvəl
-
1 saat əvvəl
“Bağçam: kompleks uşaq inkişafı modeli” kitabının təqdimatı keçirilib
-
1 saat əvvəl
Bakının mərkəzində 10 hektarlıq nəhəng park salınır – Yolun yeri dəyişdirilir
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib
Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI
AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi “Global Senior Management” proqramı uğurla yekunlaşıb
Ən çox oxunanlar
Zərər ödənilərsə, barışıq olarsa məhkəmə humanistlik göstərə bilər - Barışdı, məhkəmə zalından azadlığa buraxıldı
"Müstəqil bir ölkəyə necə yaşamalı olduğunu, nə etməli və nə etməməli olduğunu izah etmək üçün mənəvi haqqınız varmı?"
“Bütün potensial risklər bizim hüdudlarımızdan kənardan gəlir. İdeoloji risklər fiziki risklər qədər təhlükəlidir"
İran ətrafında diplomatik danışıqlar neft qiymətlərini aşağı salır
Azərbaycan nefti 127 dollardan baha satılır





















