"247 ton fındıq ləpəsi istehsal edərək xarici bazarlara göndərmişik"
Xaçmaz iqtisadiyyatında taxılçılıq, tərəvəzçilik ilə bərabər, meyvəçilik də mühüm yer tutur. Son illər rayonda ixracyönümlü məhsul olan fındığın istehsalı xeyli artmışdır. Meyvəçilər fındıqçılığa daha çox üstünlük verirlər. Fermerlər təsərrüfatlarda yeni fındıq bağları salır, sahələri ildən-ilə genişləndirirlər. Ötən illərə nisbətən bağların məhsuldarlığı da xeyli yüksəlmişdir. Fındıq istehsalı genişləndikcə, yeni emal müəssisələri də işə düşməkdədir.
Bütün bunlar barədə rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin baş məsləhətçisi Qabil Ağabalayev deyir:
"İndi fındıq bağlarının ümumi sahəsi 10 min hektara yaxındır. Təkcə 2016-2020-ci illər arasında rayonda 5 min hektar fındıq bağı salınmışdır. Onu da deyim ki, yeni salınan bağların 650 hektarı intensiv tiplidir. Bu bağlarda damcı suvarma sistemi tətbiq olunur. Dədəli, Uzunoba, Qusarçay, Çinartala, Susayqışlaq, Müşkür inzibati ərazi dairələrinə daxil olan kəndlərdə təsərrüfatçılar daha çox fındıq yetişdirirlər. Rayonda fındıq bağlarının salınması bundan sonra da davam edəcəkdir. Fındıqçılığın daha geniş inkişaf etdirilməsi məqsədilə sahibkarlar tərəfindən yeni emal müəssisələri tikilməkdədir. Hazırda Qusarçay, Çinartala kəndlərində, Xudat şəhəri ərazisində 4 fındıq fabriki fəaliyyət göstərir. Qusarçay kəndində bu yaxınlarda daha bir fındıq fabriki fəaliyyətə başlayacaqdır. Bütünlükdə rayon ərazisində 5 fındıq emalı müəssisəsi, 20 fındıq qəbulu məntəqəsi fəaliyyət göstərir. İstehsal olunan fındıq dünyanın bir çox ölkələrinə - əsasən Rusiya, Almaniya, Polşa, Çexiya və digər ölkələrə ixrac olunur".
Rayonda fındıq istehsalı ilə məşğul olan kəndlərdən biri də Uzunobadır. Bu ərazidə mövcud 960 hektar bağın 500 hektara qədəri fındıq bağlarıdır. Kənddə elə bir ailə təsərrüfatı tapmazsan ki, fındıqçılıqla məşğul olmasın. Nümunəvi ailə təsərrüfatlarından birinə Kamil Salamov başçılıq edir. Kamil kişi deyir ki, bağçılıq ata-baba məşğuliyyətimizdir. Son 5-6 ildə fındıqçılığa daha çox üstünlük veririk. Hazırda ailəmin öhdəsində olan torpaq sahəsinin 1,60 hektarı fındıq bağlarıdır. Gələn il daha 1,5 hektarda fındıq bağı salmağı nəzərdə tutmuşuq. Bu sahə ilə məşğul olandan sonra ailəmizin gəliri xeyli artmışdır. Ümumiyyətlə, kənd təsərrüfatına göstərilən dövlət qayğısı işimizə çox təkan verib. Əl-qolumuz əməlli-başlı açılıb. Təsərrüfatın hansı sahəsi sərfəli, gəlirlidirsə, onunla məşğul oluruq.
İndi fındıq emalı müəssisələrində də gərgin iş gedir. İstehsalçılara dəstək olan bu müəssisələr məhsulun qəbulunu vaxtında aparırlar. Fiziki şəxs Malik Eldarovun rəhbərlik etdiyi fındıq emalı müəssisəsindəyik. Fabrikin sexlərində iş öz ahəngi ilə davam edir.
Kiçik sahibkar M.Eldarov bizimlə söhbət zamanı bildirdi ki, müəssisəmiz 2 ildir fəaliyyətə başlayıb. Şimal rayonlarında yetişdirilən fındığın qəbulu və satışı ilə məşğuluq. Məhsul daha çox Xaçmaz rayonunun kəndlərindən gəlir. Fabrikin sexlərində fındığın qurudulması üçün hər cür avadanlıq quraşdırılıb. Müəssisədə daimi 41 nəfər işçi çalışır. Mövsüm vaxtı bu rəqəm ikiqat artır. Tədarük etdiyimiz fındıq məhsulunu həm ləpə, həm də qabıqlı fındıq şəklində ixrac edirik. Ötən il 247 ton fındıq ləpəsi, 112,1 ton qabıqlı fındıq məhsulu istehsal edərək xarici bazarlara göndərmişik. Onu da qeyd edim ki, fındığı əsasən Rusiya Federasiyası və digər MDB ölkələrinə ixrac edirik. Satılan məhsuldan ötən il ölkəmizə 3 milyon 108 min 178 manat dəyərində valyuta gətirmişik. Bu il təsərrüfatlarda, xüsusilə Xaçmaz rayonunda bol fındıq məhsulu yetişdirilib. Yəqin ki, bu il xaricə daha çox məhsul göndərə biləcəyik.
Telegramda Marja.az səhifəsinə abunə olun
“Respublika”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 17 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp Ukraynanın ABŞ tərəfindən dəstəklənən sülh təklifini qəbul etməsi üçün son tarixi açıqladı
-
1 gün əvvəl
“Ukrayna çox çətin bir seçimlə üz-üzə qala bilər” - Zelenskiy Trampın sülh planına dair danışdı
-
1 gün əvvəl
Türkiyə şirkəti Özbəkistanın avtomobil istehsalçısının böyük hissəsini aldı
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan idxal olunan kvadrisikllərə görə aksiz dərəcəsi tətbiq olunacaq
-
1 gün əvvəl
Bakının 57, 76, 78, 139, 189 və 500 nömrəli avtobus marşrutları müsabiqəyə çıxarıldı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
PULLU adam olmaq üçün ilk addımını at
İlham Əliyev zavodu işə saldı
İrşad-da Yaşıl Cümə başladı
“Ukrayna çox çətin bir seçimlə üz-üzə qala bilər” - Zelenskiy Trampın sülh planına dair danışdı
Dövlət Xidməti Hesablama Palatasının iradlarına cavab verib
Azərbaycan Qvineya və Liviyaya alma satmağa başlayıb
Ən çox oxunanlar
Bakının 57, 76, 78, 139, 189 və 500 nömrəli avtobus marşrutları müsabiqəyə çıxarıldı
70%-dək endirim - Baku Electronics-də “Super Cümə” başladı!
Nərimanovda yaşamaq istəyənlər üçün 36 ayadək faizsiz, daxili kredit və ya 20 illik ipoteka fürsəti
Bank çap məhsullarının təminatı üzrə tender elan edir
Şüşə istehsalçısının nizamnamə kapitalı 144 milyon manat artırılır
Fizuli Həsənov 7-ci “Zeekr 001”i uddu















.jpg)


.jpg)



