Ən yuxarı statik reklam-3_3

Bütün cəhdlərə baxmayaraq, Azərbaycan buğdaya olan tələbatı yerli istehsal hesabına təmin edə bilmir

Dövlətin dəstək tədbirlərinin müqabilində, Azərbaycanın buğda təlabatının 40-45 faizi idxal hesabına ödənir
iç səhifə xəbər başlığı altı (mobil)_31
Bütün cəhdlərə baxmayaraq, Azərbaycan buğdaya olan tələbatı yerli istehsal hesabına təmin edə bilmir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ekspertlər hesab edirlər ki, taxıl bazarı azad və liberal qaydalar əsasında nizamlanmalıdır

Dünya bazarlarında buğdanın bahalaşması tendensiyası bu məhsula olan tələbatının əhəmiyyətli bir hissəsini idxal hesabına ödəyən Azərbaycanın da qlobal proseslərin təsirləri ilə üzləşməsini qacınılmaz edir. Belə ki, 2021-ci ilin yanvar ayından bəri buğdanın dünya bazar qiymətləri 240 dollardan 286 dollaradək artıb. Ötən həftənin sonu isə Rusiya buğdasının qiyməti daha da möhkəmlənərək, hər ton üçün 300 dollara ötüb.

Ərzaq balansı məlumatlarına əsasən, Azərbaycanın buğda tələbatı təxminən 3,1 milyon tondur. Ölkəmizdə istehsal olunan buğdanın illik həcmi təxminən 1,9 milyon ton, idxal isə 1,3 milyon tona yaxındır.

Azərbaycan ərzaq buğdası ilə özünütəmin etmə səviyyəsi orta hesabla 59.5% təşkil edir, başqa sözlə təlabatın təxminən 40-45 faizi idxal hesabına ödənir. Azərbaycanın buğda idxal etdiyi əsas ölkələr isə Rusiya, Qazaxıstan və Ukraynadır.

Ümumi mənzərə bundan ibarətdir ki, son illərdə subsidiyaların əhatəsinin genişləndirilməsi, bu sahədə şəffaflığın artırılması, digər stimullaşdırıcı addımlara baxmayaraq, ərzaq buğdasına olan tələbatı yerli istehsal hesabına təmin etmək mümkün olmur, ölkəmizin buğda üzrə idxaldan asılılığı yenə də davam etməkdədir. Belə ki, ölkənin torpaq resurslarının məhdudluğuna görə taxıl məhsulları istehsalı potensialı kifayət qədər deyil.

Hökumət tələbatı ödəmək və daxili bazarı tənzimləmək üçün neçə illərdir ki, taxıl idxalçılarına müxtəlif güzəştlər və daxili bazarda qiymətlərə müdaxilə edir, buğda və un məmulatlarına tətbiq edilən ƏDV-nin ləğvi nəticəsində qiymətlərin qalxmasının ən azı 18 faiz qarşısı alınır. Nəticədə, beynəlxalq bazarlarda baş verən proseslərin daxili bazara kəskin təsirləri azaldılır.

Nazirlər Kabinetinin “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” 2021-ci il 16 fevral tarixli qərarı ilə aidiyyatı dövlət orqanlarına ölkəmizdə ərzaqlıq buğda ehtiyatının yaradılması və dünya birjalarında buğda qiymətlərinin ölkədaxili buğda qiymətlərinə təsirinin azaldılması üçün müvafiq tənzimləmə və nəzarət üzrə dayanıqlı mexanizmin formalaşdırılması barədə tapşırıqlar verilib. Həmin tapşırığın icrasına məsul olan qurumlar tərəfindən Dövlət Taxıl Fondunun fəaliyyətinin təkmilləşdirilməsi və daşıma xərclərinin optimallaşdırılması ilə bağlı təkliflər hazırlanıb və məqbul hesab edilib. Bununla yanaşı, yerli təsərrüfatlar tərəfindən istehsal olunan buğdanın keyfiyyət göstəricilərinə görə subsidiya verilməsi ilə bağlı təklif edilən mexanizmin əvəzinə Dövlət Taxıl Fondu tərəfindən yerli fermerlərin, xüsusilə də iri təsərrüfatların istehsal etdikləri buğdaya görə əlverişli tədarük qiymətlərinin tətbiq edilməsi və dövlət-özəl tərəfdaşlığı mexanizmləri hesabına ərzaqlıq buğda istehsalının artırılması tədbirlərinin görülməsi daha məqbul hesab edilir. Nəticə etibarı ilə bütün bu tədbirlər daxili bazarın etibarlı təminatına yönəlibdir.

Ancaq dövlətin bu qədər dəstək tədbirlərinin müqabilində, ortaya sual çıxır, niyə fermerlər və buğda tədarükü ilə məşğul olan sahibkarlar birgə koordinasilalı şəkildə daxili bazarın idxaldan asılılığının azaldılması istiqamətində çalışımır? Niyə Azərbaycan özünü yerli istehsal hesabına ödəyə bilmir?

Mütəxəssislərin fikrincə, bu, ilk növbədə təbii resurslarla bağlıdır. Azərbaycanın öz tələbatını ödəyəcək həcmdə buğda yetişdirmək üçün kifayət qədər ərazisi yoxdur. Məsələn, hazırda ölkədə orta hesabla 650 min ha sahədə buğda əkilir, məhsuladarlıq orta hesabla 31.4 sent./ha bərabərdir. Beləlilklə, ildə təqribən 2 milyon tona yaxın buğda istehsal olunur və hər il orta hesabla 1,3-1,4 milyon həcmində buğda idxalına ehtiyac yaranır.

Torpaq resursları kifayət qədər böyük olan Azərbaycanda taxıl əkini sahələrini genişləndirməklə buğda istehsalının həcmini artırmaq mümkündürmü? Bu barədə iqtisadçıların fikirləri necədir?

“Güzəran Sosial Araşdırmalar” İctimai Birliyinin sədri Qadir İbrahimlinin fikrincə, ölkənin yerli istehsal olan ərzaq buğdası ilə təmin edilməsi ərzaq təhlükəsizliyi ilə bağlı strateji hədəflərdən biridir. Bu sahəyə dövlətin xüsusi dəstək tədbirləri, o cümlədən subsidiyaların verilməsinə baxmayaraq, keyfiyyətli buğda yetişdirmək və daxili təlabatı təmin etmək mümkün olmur. Bunun əsas səbəblərindən biri taxıl əkini üçün torpaqların münbitliyinin az, eyni zamanda, Azərbaycanda istehsal edilən buğdanın böyük bir hissəsinin ərzaq üçün yararsız olmasıdır. Bu  səbəbdən ölkə özünü taxılla tam təmin edə bilmir.

Q.İbrahimli hesab edir ki, taxıl bazarı liberal qaydalar əsasında nizamlanmalıdır: “Əslində daxili bazar qiymətlərinə dövlət tərəfindən əlavə müdaxilənin edilməsi də doğru yanaşma deyil və liberal bazarın qanunlarına ziddir. Dövlət azad, liberal qiymətlərin formalaşması üçün tənzimləmələr apara bilər, liberal bazarı dəstəkləməklə rəqabət şəraiti yaratmaq və inhisarçılığın qarşısının alınması ilə bağlı tənzimləmələr həyata keçirmək onun funksiyasıdır. Ancaq dövlətin azad  bazar iqtisadiyyatı şəraitində birbaşa qiymətlərə müdaxiləsi düzgün hesab edilə bilməz, qiymətləri bazar özü müəyyənləşdirməlidir”.

Ekspertin qənaətincə, bazarda müəyyən qiymət artımı baş verirsə və bu, sosial həssas qrup əhaliyə mənfi təsir göstərirsə, təbii ki həmin qrup əhaliyə ünvanlı sosial yardım göstərilməlidir.

Hazırda buğda ilə bağlı qayğılar olsa da, hökumətin buğda təminatı ilə bağlı proqnozları da nikbindir. Ortamüddətli dövr üzrə daxili istehsal hesabına ölkəmizin buğda ilə özünütəminetmə səviyyəsinin 60-65 faizə qədər artacağı gözlənilir.

Azərbaycanın işğadan azad edilmiş əraziləri zəngin təbii sərvətlərə, iqtisadi resurslara, o cümlədən kənd təsərrüfatı təyinatlı münbit torpaqlara malikdir. 1990-cı ilə qədər Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının 40 faizə yaxını Qarabağ iqtisadi rayonunun payına düşübdür. 250 min hektardan çox məhsuldar torpaqların böyük bir hissəsi taxılçılıq üçün istifadə edilirdi və həmin dövrə qədər ölkəmizdə taxıl istehsalının 14,3 faizi həmin ərazilərin payına düşmüşdür. Hazırda hökumətin həyata keçirdiyi bərpa, yenidənqurma işləri ilə bərabər, işğaldan azad edilmiş ərazilərimizin iqtisadiyyata reinteqrasiyası proseslərinə başlanılıb, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ənənəvi və müasir aqrar təsərrüfatların yaradılması işləri dayanmadan həyata keçirilməkdədir. Ermənistan vaxtilə qanunsuz olaraq həmin torpaqlarımızdan il ərzində təxminən 190 min tonadək taxıl toplayıbdır. Proqnozlara görə, hazırda hökumət tərəfindən həmin torpaqlarda kənd təsərrüfatı sahələrinin inkişafını stimullaşdıran siaysətin yürüdülməsi və təmin edilən dəstək tədbirləri, yaradılan əlverişli şərait yaxın illərdə kənd təsərrüfatında real artımın 9 faizi, o cümlədən ölkə üzrə buğda istehsalının 10-12 faizi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında əldə ediləcəkdir.

buğda Qadir İbrahimli
08.09.2021 10:57
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-3_33

Müştərilərin xəbərləri

Mobil Xəbər Lentinin aşağısı-2_23
Mobil əsas səhifə 5-ci-2_28
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana səhifədə 2-ci reklam-2_9
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
InvestAZ