Beynəlxalq Bankın reytinqlərinə yenidən baxıla bilər
Azərbaycan Beynəlxalq Bankı dünən Londonda bankın xarici kreditorları ilə keçirilən görüşə münasibət bildirib. (Ətraflı burada)
Jurnalistlərin bu barədə sorğusunu cavablandıran bankın İdarə Heyəti sədrinin 1-ci müavini Abbas İbrahimov "görüşün gözlənildiyindən də konstruktiv keçdiyini" deyib.
Onun sözlərinə görə, görüş barədə yayılmış press-relizdə də göstərildiyi kimi, bankın xarici kreditorlarına üç istiqamət üzrə təkliflər təqdim olunub. Xarici öhdəliklərin restrukturizasiyası prosesi plana uyğun şəkildə davam etdiriləcək.
Bu görüşdən sonra yaxın günlərdə hansı gözləntilərin olmasına gəlincə, A.İbrahimov qeyd edib ki, xarici ölkələrdə eyni prosesi keçmiş başqa bankların təcrübəsinə istinad edilsə, yaxın günlərdə ABB-nin reytinqlərinə yenidən baxılması gözləniləndir.
“Ola bilər ki, beynəlxalq reytinq agentlikləri bankın reytinqlərini müvəqqəti aşağı salsınlar. Bunun bu günlərdə baş verməsi ehtimal edilir. Amma bu, bankın vəziyyətinin pisləşməsinə dəlalət etmir. Bundan əvvəl də qeyd etdiyimiz kimi, belə bir yanaşma agentliklər tərəfindən tətbiq edilən ənənəvi qaydadır. Bu, restrukturizasiya prosesində agentliklərin standartlarını və normal praktikasını əks etdirir. Restrukturizasiya prosesi keçən bankın reytinqləri aralıq mərhələdə bir qayda olaraq müvəqqəti aşağı salınır. Proses bitdikdən sonra isə yüksəlir”.
Onun sözlərinə görə, restrukturizasiya prosesi Azərbaycan Beynəlxalq Bankının maliyyə mövqeyini gücləndirəcək və bankın reytinqləri əvvəlkindən də yüksək səviyyədə olacaq.
“Azərbaycan dövləti hər zaman Azərbaycan Beynəlxalq Bankının yanındadır və banka dəstəyini davam etdirir. Öhdəliklərin restrukturizasiyası planının elan olunması da bu bankın gələcəyinə doğru çox mühüm addımdır. Bu, kreditorlarımıza bizimlə birgə çalışmaq, Azərbaycan Beynəlxalq Bankının uğurlarına, stabil inkişafına və dayanıqlılığına əmin olmaq üçün yol xəritəsi təqdim edir. Biz restrukturizasiya prosesinin uğurla başa çatacağına tam əminik. Azərbaycan Beynəlxalq Bankı bu proses nəticəsində əvvəlkindən də yüksək maliyyə mövqeyinə malik olacaq” deyə A.İbrahimov qeyd edib.
O, bildirib ki, restruktirizasiya prosesində bank bütün əməliyyatları normal rejimdə davam etdirəcək. Azərbaycan Beynəlxalq Bankı öz müştərilərinə əvvəlki kimi yenə də tam və yüksək keyfiyyətlə xidmət göstərəcək.
Müştərilərin xəbərləri
AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi “Global Senior Management” proqramı uğurla yekunlaşıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
1 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
5 d. əvvəl
Niderlandın logistika nəhəngi Azərbaycana yeni investisiyalar yatıra bilər
- 9 d. əvvəl
-
40 d. əvvəl
Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var
-
56 d. əvvəl
Dünyada bananın bahalaşacağı gözlənilir – Nəhəng şirkətdən xəbərdarlıq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Sahib Rzayevə iki vəzifə həvalə olundu – Prezident sərəncam imzaladı
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Azərbaycan ABŞ şirkəti ilə əməkdaşlığı müzakirə edib
Balıqçılıq və iri təsərrüfatların fəaliyyəti ilə bağlı qanunvericilik dəyişdi – Yeni tələblər müəyyən edildi
Ən çox oxunanlar
Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb
Sahib Rzayevə iki vəzifə həvalə olundu – Prezident sərəncam imzaladı
Oktyabrın 28-də gözlənilən hava şəraiti
Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib
Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

























