Bakıda qəhrəmanların şərəfinə möhtəşəm abidə ucaldılacaq - BU GÜN TƏMƏLİ QOYULACAQ
Bakının ən gözəl yerlərindən birində Vətən müharibəsi qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldılacaq.
Marja xəbər verir ki, bunu xalqa müraciətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib.
Prezident qeyd edib ki, bu gün abidənin təməli qoyulacaq:
“Keçən ilin dekabrın 2-də mənim sərəncamımla Azərbaycanda 27 sentyabr Anım Günü kimi təsis edilmişdir. İkinci Qarabağ müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsi qarşısında bu gün bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirik.
Biz şəhidlərimizi öz qəlbimizdə əbədi saxlayacağıq. Eyni zamanda, bu gün Vətən müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin təməli qoyulacaq. Bu da keçən ilin dekabrında mənim sərəncamımla həll olunan məsələdir. Bakı şəhərində şəhərimizin ən gözəl yerlərindən birində İkinci Qarabağ müharibəsi qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldılacaq”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 1 saat əvvəl
-
1 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
1 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
1 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
2 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 2 saat əvvəl
- 3 saat əvvəl