“Kiçik Ürəklərdə Böyük Xatirələr” yaddaşlarda həkk olunacaq
Azercell-in şəhid övladları üçün uzunmüddətli reabilitasiya proqramı uğurla həyata keçdiƏsas məqsədi ikinci Qarabağ müharibəsində şəhid olan hərbçilərimizin övladları üçün uzunmüddətli psixoloji reabilitasiya tədbirlərinin keçirilməsi olan “Kiçik ürəklərdə böyük xatirələr” layihəsi “Azercell Telekom”-un dəstəyi və “GID CSR Consulting” şirkətinin peşəkar təlimçilərinin iştirakı ilə reallaşdı.
Xatırladaq ki, 5-14 yaş arasında olan 300 şəhid övladı, eləcə də xanımlarının cəlb olunduğu layihə mart ayından etibarən bir neçə mərhələdən ibarət təlimlər və qrup çalışmalarını özündə birləşdirdi.
Məsələn, “Art terapiya” (təsviri sənət terapiyası) uşaqlara musiqi, rəsm, hərəkət-rəqs, ədəbiyyat kimi incəsənət sahələri vasitəsilə öz duyğu və hisslərini ifadə etmək imkanı yaratdı. “Arzular ağacı” adlı təlimin köməyilə isə böyük sarsıntı yaşayan uşaqların üzləşdikləri psixoloji problemləri adlamaqlarına, gələcəkdə yarana biləcək daha ağır çətinliklərin qarşısını almağa şərait yarandı. “Uğur hekayəsi” istiqamətindəki təlimlərdə isə tanınmış şəxslər, böyük çətinliklər bahasına uğur qazanmağı bacaran peşəkarlarla görüşlər keçirildi.
Layihənin daha bir vacib məqsədi isə şəhid övladlarının qəhrəman ataları haqqında xatirələri bir kitab halında toplamaq oldu. Tezliklə həm çap, həm də elektron formatda işıq üzü görəcək həmin kitab həm şəhidlərin öz ailə üzvləri üçün bir xatirə toplusu, həm də cəmiyyətimiz üçün Vətənin igid oğulları barədə daha zəngin məlumat mənbəyi olaraq müxtəlif kitab mərkəzləri, eləcə də Bookmate mobil kitabxanasında yerləşdiriləcək.
“Kiçik ürəklərdə böyük xatirələr” layihəsi hər bir azərbaycanlının rahat gələcəyi naminə torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçən mərd və yenilməz hərbçilərimizə və onların ailələrinə duyulan hörmət və qayğının kiçik nümunəsidir.
Şəhid hərbçilərimizin xanımları və layihə təşkilatçılarının təəssüratlarını əks etdirən videonu sizinlə də bölüşmək istərdik:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
7 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)



