“Müharibə dönəmində döyüş bölgəsinə ən yaxın filial idik”
(®️) Həmsöhbətimiz Bərdə filialının rəhbəri Səbuhi Abdullayevdir.
-Səbuhi bəy, neçə ildir “AccessBank”da işləyirsiniz? İlk iş gününüzü necə xatırlayırsınız?
-Çox! Bu payız 16 il tamam olur! İlk iş günümün tarixini çox yaxşı xatırlayıram - 5 noyabr 2005-ci ildə AccessBank-ın Gəncə filialına işə başladım. O vaxt bank başqa cür adlanırdı - Azərbaycan Mikromaliyyə Bankı.
Bankda işə qəbul olmaq üçün test imtahanına çağırılmışdım. Amma imtahanın saatını səhv eşitmişdim – saat 12 əvəzinə 2də gəlmişdim. İmtahanda on sualdan cəmi birini cavablandıra bilməmişdim, çünki sual rus dilindən azərbaycan dilinə qeyri-dəqiq tərcümə olunmuşdu. O vaxt Bankda işləyən türk konsultant mənə sualı izah etmək istəyəndə məlum oldu ki, türkcəm də zəifdir. Ona görə ondan azərbaycan dilli əməkdaş çağırmasını xahiş etdim. Nə biləydim ki, bu adam imtahandan sonra rəhbərim olacaq?!
-Səbuhi bəy, hazırda Bərdə filialının rəhbərisiniz. Deyirlər cəbhə zonasında tutduğu vəzifəsindən asılı olmayaraq, hər kəs əsgərdir. Siz özünüzü bu vəfizədə necə görürsünüz? Bu zonada xidmət göstərən bank işçilərini də iqtisadiyyatın əsgərləri adlandırmaq olar?
-Bilirsiniz, əsgər deyəndə mən heç də əynində hərbi mundir olan şəxsi nəzərdə tutmuram.
44 günlük müharibə zamanı biz AccessBank-ın döyüş bölgəsinə ən yaxın filialı idik. Döyüşlərin başladığı ilk gündən komandamız iş rejimini tamamilə dəyişdi. Əməkdaşların bir hissəsi işlərini həmişəki kimi davam etdirdi, digərləri isə döyüş bölgəsinin sərhədlərinə gedərək yaralı vətəndaşlara və əsgərlərə ərzaq, su və dərman çatdırdı. Bundan əlavə, bəzi həmkarlarımız hərbi əməliyyatların ilk günlərində hərbi komissarlıqda qeydiyyatdan keçərək torpaqlarımızı qorumağa getdilər. Allaha şükür ki, hamısı sağ-salamat qayıtdı.
-AccessBank-ın Qarabağda yeganə filialının rəhbəri olaraq, sonuncu müharibə sizin üçün nə deməkdir?
-Bəli, bu gün AccesssBank-ın Qarabağda yeganə filialı Bərdə şəhərində yerləşir, amma ümid edirəm ki, tezliklə Bankımızın Qarabağın işğaldan azad edilmiş digər şəhərlərində də filiallarımız fəaliyyətə başlayacaq. Müharibəyə gəldikdə isə bu mənim üçün hər şeydən əvvəl bir zəfərdir. Biz ilk olaraq Vətənimizin ərazi bütövlüyünü bərpa etdik, həmçinin inkişafımız üçün yeni bir təkan əldə etdik .
-AccessBank-ın cəbhə bölgəsinə ən yaxın filialı olaraq, ötən payız müştərilərlə xidmət necə qurmuşdunuz?
Qeyd etdiyim ki, işimizi davam edirdik. Sadəcə xatırlamaq istəmədiyim günlər var - filialda işlədiyimiz an yaxınlıqda mərmilərin partlaması kimi. Ancaq biz hər zaman işə davam etdik, çünki o anlarda müştərilər bizim xidmətlərimizə daha çox ehtiyac duyurdular. Məsələn, bəzi əməliyyatları sürətləndirilmiş rejimdə həyata keçirməli, müharibədən əziyyət çəkən müştərilərimizin kredit ödənişlərini müvəqqəti olaraq dondurmalıydıq və s. Biz özümüzü müştərilərimizin yerinə qoyur və onların nə hisslər keçirdiklərini çox gözəl anlayırdıq və çalışırdıq ki, bacardığımız qədər onlara bu çətin günlərdə dəstək olaq.
-Müharibədən sonra özünüzü necə hiss edirsiniz? Bu müharibə sizin üçün nələri dəyişdi, həyatınızda, düşüncənizdə nələrə təsir etdi?
-Sizə səmimi deyim ki, müharibədən sonra bu torpağın üzərində utancla gəzmək hissindən qurtuldum. Bu həm də bir qurtuluş savaşı idi. Mənəvi iztirabdan qurtulmaq savaşı. Müharibə dönəmində xalqın birliyini görəndə qürur duydum. Düşündüm ki, ataların “Güc birlikdədir” sözü nə qədər doğru və dəyərli imiş.
-Sizin üçün vətənpərvərlik nə deməkdir? Özünüzü vətənpərvər hesab edirsiniz?
-Belə bir sual var - ”Vətən haradan başlayır?” Vətən sərhəddən başlayır. Bu vətəni və onun sərhədlərini sevərək qorumaq hər bir vətən övladının müqəddəs borcudur. Bəli, mən özümü vətənpərvər hesab edirəm. Çünki mən fəxr edirəm ki, Azərbaycanlıyam!
-Evlisiniz, övladlarınız var. Onlar üçün necə bir gələcək arzulayırsınız?
-Yəqin ki, ilk növbədə, mən onlarla fəxr etmək istərdim. İstərdim ki, onların ünvanına tez-tez "Bu uşaqlar nə qədər gözəl tərbiyə alıblar?!" desinlər. Hesab edirəm ki, hər bir valideyn öz uşaqlarının ünvanına bu sözləri eşitməkdən qürur duyar.
Əlbəttə, mən onları fiziki cəhətdən sağlam, mənəvi cəhətdən zəngin, azad və xoşbəxt görmək istərdim. İstərdim ki, bütün Azərbaycan uşaqları həmişə sülh şəraitində yaşasınlar, həyatlarını və karyeralarını qura bilsinlər və əlbəttə ki, istədikləri məqsədlərə nail olsunlar.
Əlbəttə, çox istərdim ki, mənim uşaqlarımın AccessBank-da olduğu kimi sadiq həmkarları da olsun.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 saat əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
3 saat əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mərkəzi Bank iyunun 22-dən yeni inzibati binada fəaliyyətini davam etdirəcək
-
3 saat əvvəl
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
-
4 saat əvvəl
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
-
5 saat əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
Ən çox oxunanlar
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
Nuran Kərimov "AmCham Azərbaycan"ın yeni Prezidenti seçilib
Azərbaycanın Portuqaliyada Səfirliyi təsis edilib






















