“Azercell” şirkəti bir sıra internet paketlərinin istifadə qaydarında dəyişiklik tətbiq etdi
“Azercell Telekom” MMC-nin korporativ abunəçilərinin nəzərinə! İnternetini bölüşənlərin cihazına məhdudiyyət tətbiq ediləcək!29 sentyabr 2021-ci il tarixdən etibarən “Azercell Telekom” MMC-nin fakturalı xətt sistemində korporativ abunəçilərə təqdim edilən “Gigamax”, “Gigamax Plus” və “Gigamax Pro” internet paketlərində daha əlverişli istifadə şərtləri təqdim ediləcək.
“Azercell Telekom”un yaydığı məlumata görə, internet xidmətindən müvafiq paket çərçivəsində təqdim edilmiş həcm hesabına digər cihazlar ilə bölüşməklə istifadə (AP - Access Point, Mobil giriş nöqtəsi və s.), əsas təyinatı digər cihazlar ilə bölüşmək olan cihazlarda istifadə, o cümlədən smartfon və planşetlərdən fərqli cihazlarda istifadə hallarının məhdudlaşdırılması və abunəçinin məhdudiyyətin səbəbi qeyd edilmiş xüsusi internet səhifəsinə yönləndirilməsi qaydası tətbiq ediləcək. Bu da abunəçilər üçün həm müvafiq paketlərdən istifadəni asanlaşdıracaq, həm də onlara şərtlərə riayət olunmasını daha rahat nəzarətdə saxlamaq imkanı verəcək.
"Bir daha xatırladırıq ki, müvafiq paketlər çərçivəsində təqdim olunan imkanlar yalnız fərdi istifadə üçün nəzərdə tutulur. Müvafiq paketlər çərçivəsində təqdim edilmiş internet həcminin digər cihazlar arasında bölüşməklə istifadəsi (AP - Access Point, Mobil giriş nöqtəsi və s.) qadağandır, bu formada istifadə müşahidə edildikdə yuxarıda göstərilən məhdudiyyət tətbiq ediləcək və bu dəyişiklikdən əvvəl nəzərdə tutulan şərt (mövcud olmuş paketə abunənin avtomatik olaraq ləğv edilməsi) isə tətbiq edilməyəcək. Abunəçi göstərilən səbəbdən məhdudiyyət tətbiq edilmiş cihazı dəyişməklə müvafiq paketlərdən istifadəni davam etdirə və ya həmin paketlərdən imtina edə bilər".
Qeyd edilib ki, abunəçilər edilən dəyişikliklər, “Gigamax”, “Gigamax Plus” və “Gigamax Pro” internet paketlərinin sifarişi, başqası ilə əvəz etmək və imtina qaydası barədə, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim olunan xidmətlər, tariflər və keçirilən kampaniyalar haqqında ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX və ya Eksklüziv ofisləri, 24/7 fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















