Azərbaycan şirkətinin məhsullarına Yaponiyada böyük maraq - FOTOLAR
"Azərbaycanda hazırlanan efir yağı bütün standartlarına cavab verir. Niyyətim Azərbaycanın bu məhsulunu Yaponiyaya idxal etməkdir".Sentyabrın 29-da Yaponiyanın Osaka şəhərində açılan “Cosme Osaka” beynəlxalq kosmetika məhsulları sərgisində Azərbaycanı ilk dəfə “AzRose” şirkəti təmsil edir.
Yaponiyanın üçüncü şəhəri sayılan Osakanın “İntex-Osaka” expo mərkəzində açılan sərgidə dünyanın müxtəlif ölkələrindən yüzlərlə şirkət iştirak edir. Koronavirus pandemiyasına baxmayaraq, builki sərgiyə minlərlə ziyarətçinin gələcəyi gözlənilir.
Qeyd edək ki, Azərbaycanda kənd təsərrüfatı sahəsinə investisiya yatıran Yaponiyanın “TET Internatıonal Development Co. Ltd.” şirkəti Zaqatalada fəaliyyət göstərən “AzRose” şirkəti ilə alqı-satqı barədə məxsusi müqavilə imzalayıb. Müqavilənin məqsədi “AzRose” şirkəti tərəfindən qızılgüldən istehsal edilən məhsulların Yaponiyada satışının təşkil edilməsidir. Azərbaycan şirkətinin məhsullarının Yaponiyada və ətraf ölkələrdə tanıdılması məqsədilə “TET Internatıonal Development Co., Ltd.” şirkəti Azərbaycan məhsullarını “Cosme Osaka” beynəlxalq sərgisində təqdim etmək barədə qərar qəbul edib. “Cosme Osaka” və “Cosme Tokyo” sərgiləri Yaponiyada iki ildən bir təşkil edilir və Asiya regionunda müxtəlif ölkələrin kosmetika üzrə məhsullarının nümayiş olunduğu ən böyük sərgilərdən biri hesab edilir.
Sərginin ilk günündə Azərbaycan şirkətinin stendi ziyarətçilərin böyük marağına səbəb olub. “AzRose” şirkətinin meydançasını həm istehsalçı, həm də alıcı şirkətlərin çoxsaylı nümayəndələri ziyarət ediblər. Bu işdə Yaponiya şirkətinin apardığı PR fəaliyyəti mühüm rol oynayıb.
“TET Internatıonal Development Co., Ltd.” şirkətinin prezidenti Taro Savada bildirib ki, “AzRose” şirkətinin böyük potensiala malik olan məhsullarını Yaponiyada təmsil etmək onun üçün böyük şərəfdir: “Bu məhsulları Yaponiya bazarına çıxarmaqda məqsədimiz şirkətin istehsal gücünü daha da artırmaq, Azərbaycanda yeni iş yerləri açmaqdır. Ümumiyyətlə Azərbaycanın orqanik məhsullarına Yaponiyada olan böyük maraq bizi bu istiqamətdə daha həvəslə çalışmağa ruhlandırır. Düşünürük ki, Azərbaycan rəhbərliyinin bu istiqamətdə yeritdiyi siyasət bizim fəaliyyətimizə daha əlverişli şərait yaradır”.
Azərbaycan məhsullarını böyük maraqla qarşılayan Yaponiyanın “Rose Terrase Co.Ltd.” şirkətinin prezidenti Haruyuki Takaki isə deyib ki, o, artıq 21 ildir Yaponiyada qızılgüldən alınan məhsulların satışı ilə məşğuldur: “İndiyədək qarışdırılmamış qızılgül yağını mən Bolqarıstandan idxal edirdim. Bu gün isə ilk dəfə Azərbaycan məhsulu ilə tanış oldum. Azərbaycan adı son illər Yaponiyada, demək olar ki, hamının dilindədir. Ölkənizin böyük potensiala malik gözəl bir yer olduğunu çoxları etiraf edir. Məni sərgiyə Yaponiyada tanınmış iş adamı Taro Savada dəvət edib. Burada həm Azərbaycanın böyük potensialı, həm də keyfiyyətli qızılgül məhsulları ilə tanış oldum. Sizdə hazırlanan efir yağı ISO-nun (Beynəlxalq Standartlaşdırma Təşkilatı) bütün standartlarına cavab verir. Niyyətim Azərbaycanın bu məhsulunu Yaponiyaya idxal etməkdir. Bundan əlavə qarışdırılmamış qızılgül yağını Yaponiyada istehsal olunan ərzaq məhsullarında da istifadə etmək olar. Bu məhsulu böyük inamla restoranlara, şokolad və tort məhsulları istehsal edən fabriklərə təklif etmək mümkündür”.
“TET Internatıonal Development Co., Ltd.” və “AzRose” birgə şirkətinin meneceri xanım Atsuka Matsumoto isə bildirib ki, “Cosme Osaka” beynəlxalq sərgisində ilk dəfə Azərbaycan məhsulunu təqdim edirlər: “Meydançada quraşdırılan stenddə Dəməşq qızılgülündən alınan məhsulları sərgi iştirakçılarına təklif edərək, məhsulun yetişdirilməsi, emal texnologiyaları barədə ətraflı məlumatlar veririk. Bu işdə yapon dilində hazırladığımız bukletlərdən, xüsusi videoçarxdan, məhsul nümunələrindən istifadə edirik. Gördüyünüz kimi, Azərbaycan məhsulunun keyfiyyəti sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanır və yüksək qiymətləndirilir. Azərbaycanın gözəlliklərini, keyfiyyətli məhsullarını Yaponiyada tanıtmaq üçün mümkün olan bütün vasitələrdən istifadə edirik. İnanırıq ki, Azərbaycan məhsulu həm Yaponiya, həm də ətraf ölkələrin bazarlarında öz layiqli yerini tutacaq”.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
21 saat əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
1 gün əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
1 gün əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
1 gün əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi




















.jpg)


