Kapital Bank “iSpring Learn” qlobal platformasını uğurla tətbiq edir
(®) 2020-ci il əksər biznes sahələri üçün böyük sınaq ili oldu. Bu sınaqlardan uğurla çıxan şirkətlər pandemiyanın gətirdiyi məhdudiyyətləri təhlükə kimi deyil, fürsət kimi qiymətləndirə bildilər. Biznes proseslərdə daim çevik yanaşmalar edən Kapital Bank öz təlim və inkişaf fəaliyyətlərini bu məhdudiyyətlər səbəbindən sadəcə “Zoom” platformasına keçirməklə kifayətlənmədi. Əməkdaşların davamlı inkişafına imkan yaradacaq bir sıra yeniliklərlə yanaşı “iSpring Learn” platformasının bank üzrə istifadəsinə başladı.
“iSpring Learn” platforması qlobal onlayn öyrənmə portalıdır və 100-dən artıq şirkət tərəfindən fərdi qaydada istifadə olunur. Əməkdaşlar platformanı həm kompüterdən, həm də mobil tətbiq vasitəsilə istənilən vaxt, istənilən məkandan öz inkişafları üçün istifadə edə bilirlər. Kapital Bank-ın sifarişi ilə yerli təlim şirkətləri, həmçinin Türkiyə və Rusiya ekspertləri ilə platforma üçün çoxsaylı onlayn təlim və videolar hazırlanıb.
“Artıq 1 ildir ki, Kapital Bank “iSpring Learn” platformasından fəal istifadə edir. Əməkdaşlarımız tərəfindən müxtəlif mövzularda məqalələr, videolar platformaya mütəmadi olaraq yüklənir. Yeni elektron kursların hazırlanması üçün bankın əməkdaşları xüsusi sertifikasiya proqramını tamamlayıb və “iSpring Suite” proqramından istifadə edərək elektron təlimlər yarada bilirlər. Platforma tam olaraq Azərbaycan dilinə tərcümə edilib ki, bu da istifadəçilər üçün rahat naviqasiya imkanı yaradır. Platforma vasitəsilə əməkdaşlar həmçinin canlı “Zoom” seminarlarına və öz təqvimlərinə nəzarət edə, iştirak edə bilmədiyi sessiyaların video yazılarına sonradan baxa bilərlər”, — deyə, Kapital Bank-ın İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova bildirdi.
Qeyd edək ki, Kapital Bank #ÖyrənənBank çağırışına uyğun olaraq bundan sonra da hibrid yanaşmaları davam etdirəcək, əməkdaşların davamlı inkişafı üçün həm üzbəüz, həm də onlayn istiqamətdə fəaliyyətlərini genişləndirəcək.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 103 filialı və 21 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 3 saat əvvəl
- 12 saat əvvəl
-
14 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 15 saat əvvəl
-
15 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib

























