35 milyon manat yığılmış zərəri olan bank kiçilib, müştəriləri pulların bir hissəsini geri götürüblər
“Bank Melli İran”ın Bakı şəhərində yerləşən filialı 2021-ci ilin 9 ayı üzrə (yanvar-sentyabr) maliyyə göstəricilərini açıqlayıb.
Marja.az göstəricilərə istinadən xəbər verir ki, 2021-ci ilin 9 ayı ərzində filialın aktivləri azalıb. Belə ki, ötən ilin sonunda Bank Melli İranın Bakı filalının cəmi aktivləri 55 milyon 386 min manat ikən, 30 Sentyabr 2021-ci il tarixində 53 milyon 81 min manat təşkil edib (cəmi aktivlər 2 milyon 305 min manat və ya 4,2% azalıb). Geriləmə filialın qiymətli kağızlara investisiyalarının 6 milyon 768 min min manat və ya 30,2% azalaraq ötən ilin sonundakı 22 milyon 430 min manatdan 15 milyon 662 min manata düşməsilə əlaqədardır.
2021-ci ilin yanvar-sentyabr dövründə "Bank Melli İran" Bakı filialı tərəfindən müştərilərə verilmiş cəmi kreditlər 4 milyon 715 min manat və ya 90% artaraq 9 milyon 937 min manata çatıb. Ötən ilin sonunda filialın kredit portfeli 5 milyon 222 min manat təşkil etmişdi.
Bu il "Bank Melli İran”ın Bakı filialı maliyyə institutları qarşısında öhdəliklərini 5 milyon 983 min manat və ya 22,8% azaldaraq 20 milyon 175 min manata endirib.
"Bank Melli İran”ın Bakı filialı subordinasiya borc öhdəliklərini isə 1 milyon 49 min manat azaldaraq 17 milyon 751 min manata endirib.
Cari ilin 9 ayında Bankda müştəri hesabları 8,1% və ya 871 min manat azalaraq 9 milyon 832 min manata geriləyib.
2021-ci ilin yanvar-sentyabr dövründə "Bank Melli İran”ın Bakı filialının cəmi gəlirləri 3 milyon 314 min manat, cəmi xərcləri 2 milyon 350 min təşkil edib, filial 9 ayı 964 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək k, ötən ilin 9 ayında filialın cəmi gəlirləri 2 milyon 490 min manat, cəmi xərcləri 1 milyon 592 min manat, xalis mənfəəti 898 min manat təşkil etmişdi.
Xalis mənfəət ilə əlaqədar olaraq Bank Melli İran”ın Bakı filialının yığılmış zərəri ötən ilin sonundakı 36 milyon 232 min manatdan 35 milyon 268 min manata düşüb. "Bank Melli İran" Bakı filialına 73 milyon 611 min manat nizamanmə kapitalı yatırılsa da yığılmış 35 milyon 268 min manat zərərə görə məcmu kapitalı aşağıdır. 30 Sentyabr 2021-ci il tarixində "Bank Melli İran" Bakı filialı 56 milyon 1 min manat məcmu kapitala malik olub.
2021-ci ilin 9 ayında "Bank Melli İran" Bakı filialının faiz gəlirləri 2 milyon 585 min 659 manat (+33,2%), haqq və komissiya gəlirləri 139 min 593 manat (+31,6%), xarici valyuta əməliyyatları üzrə gəlirlər 568 min 619 manat (+67,8%) təşkil edib. Ötən ilin eyni dövründə filialın faiz gəlirləri 1 milyon 940 min 314 manat, haqq və komissiya gəlirləri 105 min 998 manat, xarici valyuta əməliyyatları üzrə gəlirlər 338 min 804 manat təşkil etmişdi.
Bu il "Bank Melli İran" Bakı filialı aktivlər üzrə ehtiyatların yaradılmasına 876 min 838 manat ayırıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 dəfə çoxdur (Filial ötən ilin 9 ayında ehtiyatlara 153 min 537 manat ayırmışdı). Ayırmanın artması aktivlər üzrə (depozitlər və krditlər) risklərin artdığna işarədir.
Qeyd edək ki, banklar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ehtiyatlar yaradırlar. Qaydalara görə, standart aktivləri üzrə mümkün zərərin ödənilməsi üçün yaradılmış ehtiyatlar adi, qeyri-standart aktivləri üzrə mümkün zərərin ödənilməsi üçün yaradılmış ehtiyatlar məqsədli ehtiyatlar hesab edilir. Standart aktivlərə qənaətbəxş və nəzarət altında olan aktivlər, qeyri-standart aktivlərə isə qeyri-qənaətbəxş, təhlükəli və ümidsiz aktivlər aiddir. Ödəmə vaxtı 90 günədək keçmiş aktivlər (kreditlər) qənaətbəxş, gecikmə bu müddəti aşdıqda isə qeyri-qənaətbəxş hesab edilir.
“Bank Melli İran” Azərbaycan-İran ticarət-iqtisadi əlaqələrinin iqtisadi subyektlərinə daha geniş və operativ maliyyə-kredit xidmətləri göstərmək üçün 1993-cü ildən Bakı şəhərində yerləşən Bakı filialını formalaşdırmışdır.
Müştərilərin xəbərləri
Azercell və ADA Universiteti tələbələr üçün süni intellekt üzrə praktiki təlim proqramı həyata keçirdi ®
Yayın son fürsəti: Ziraat Bank Azərbaycanın 0% komissiyalı, 90 gün güzəştli kredit kampaniyasına cəmi 8 gün qaldı! ®
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
6 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
- 27 d. əvvəl
-
- 32 d. əvvəl
- 34 d. əvvəl
-
40 d. əvvəl
Tramp: İranla müharibədə qalib gəldikdən sonra neftin qiyməti daha da ucuzlaşacaq
-
56 d. əvvəl
Tramp 10 saat dayanmadan görüntülər paylaşıb — İran, Ay, Hörmüz və yüz milyardlarla dollar
- 1 saat əvvəl
-
1 saat əvvəl
Jaguar Land Rover-də böyük ixtisar – 4 min nəfər işini itirəcək
-
1 saat əvvəl
Yaponiyanın valyuta ehtiyatları Yenə müdaxilədən sonra rekord məbləğdə - 80 milyard dollar azalıb
-
1 saat əvvəl
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
-
1 saat əvvəl
FINCA-dan kredit bazarında yeni strategiya: Filial, mobil tətbiq və AI birlikdə işləyəcək
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
Rəsmi məzənnələr açıqlandı
Jaguar Land Rover-də böyük ixtisar – 4 min nəfər işini itirəcək
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
FINCA-dan kredit bazarında yeni strategiya: Filial, mobil tətbiq və AI birlikdə işləyəcək
Fermerlərə buzov subsidiyası ödəniləcək – Yeni məbləğlər
BYD rəqabəti Jaguar Land Rover-i 4 min nəfərlik ixtisara məcbur etdi
Mis bazarında tarixi rekord – Tonu 14,5 min dolları keçdi
Azərbaycanda dövriyyədə olan nağd pul və bank ehtiyatları artıb
Qoyun-keçi təsərrüfatlarına hər heyvana görə 4 manat pul ödəniləcək
Dövlət südlük heyvanlara görə 1500, ətlik cinslərə görə 1000 manat əvəzsiz pul verəcək
Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 14,8 faiz artıb





















