Bu bankın gəlirləri xərclərini ödəmir - ƏMƏLİYYAT ZƏRƏRİNDƏ!
“Premium Bank” ASC-nin xalis mənfəəti 2021-ci ilin 9 ayında (yanvar-sentyabr) 2020-ci ilin eyni dövrü ilə müqayisədə 651 min manat və ya 8,5% azalaraq 6 milyon 999 min manat təşkil edib. Bank 2020-ci ilin 9 ayını 7 milyon 650 min manat xalis mənfəət ilə başa vurmuşdu. Marja xəbər verir ki, bu, Bankın açıqladığı maliyyə hesabatından məlum olur.
“Premium Bank”ın xalis mənfəəti xüsusi ehtiyat fondunun bir hissəsinin azad olması hesabınadır. Bankın gəlirləri azaldığından və xərcləri artdığından cari əməliyyatları zərər ilə yekunlaşıb.
GƏLİRLƏRİ AZALIB
Heabatda qeyd edilib ki, “Premium Bank”ın faiz gəlirləri 2021-ci ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayiədə 1 milyon 843 min manat və ya 7% azalaraq 24 milyon 425 min manata düşüb. Bank 2020-ci ilin 9 ayında 26 milyon 268 min manat faiz gəlirləri əldə etmişdi.
“Premium Bank”ın qeyri-faiz gəlirləri 2021-ci ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 687 min manat və ya 6,1% azalaraq 10 milyon 473 min manata geriləyib. 2020-ci ilin 9 ayında Bankın qeyri-faiz gəlirləri 11 milyon 160 min manat təşkil etmişdi.
XƏRCLƏRİ ARTIB
“Premium Bank”ın faiz xərcləri 2021-ci ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayiədə 2 milyon 827 min manat və ya 19,4% azalaraq 11 milyon 753 min manata düşüb. 2020-ci ilin 9 ayında Bankın faiz xərcləri 14 580 min manat təşkil etmişdi.
“Premium Bank”ın qeyri-faiz xərcləri 2021-ci ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 4 milyon 872 min manat və ya 25,3% artaraq 24 milyon 93 min manata qalxıb. 2020-ci ilin 9 ayında Bankın qeyri-faiz xərcləri 19 milyon 221 min manat təşkil etmişdi.
1 MİLYON MANATA YAXIN ƏMƏLİYYAT ZƏRƏRİ
Ümumiləşdirsək, “Premium Bank”ın cəmi əməliyyat gəlirlərinin (faiz və qeyri-faiz gəlirlərinin) 2 milyon 530 min manat azalmasına qarşı, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 2 milyon 45 min manat artıb. Gəlirlərin azalması ilə bərabər xərclərin artması əməliyyat zərərinin yaranmasına səbəb olub. “Premium Bank”ın cəmi 34 milyon 898 min manat əməliyyat gələrilərinə (faiz və qeyri-faiz gəlirlərinə) qarşı cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 35 milyon 846 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən 948 min mant əməliyyat zərəri yaranıb. Mümkün zərərlər üzün yaradılan ehtiyatdan azad olmuş 7 milyon 946 min manat həm əməliyyat zərərini bağlayıb, həm də Bankın 6 milyon 999 min manat xalis mənfəətini təmin edib.
Qeyd edək ki, “Premium Bank”ın 2020-ci ilin 9 ayında 37 milyon 428 min manat cəmi əməliyyat gələrilərinə (faiz və qeyri-faiz gəlirlərinə) qarşı cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 33 milyon 801 min manat təşkil etmiş, gəlirlər xərcləri üstələdiyindən 3 milyon 627 min manat əməliyyat mənfəəti yaranmışdı. Mümkün zərərlər üzün yaradılan ehtiyatdan azad olmuş 5 milyon 191 min manatın hesabına mənfəət 8 milyon 819 min manata yüksəlmişdi. Bank 1 milyon 169 min manat mənfəət vergisi ödədiyindən həmin dövrü 7 milyon 650 min manat xalis mənfəət ilə bağlamışdı.
Beləliklə, “Premium Bank”ın 9 aydakı xalis mənfəəti ehtiyatdan qayıdan (azad olan) vəsaitin hesabınadır. Yeri düşmüşkən qeyd edək ki, xüsusi ehtiyat fondunun bir hissəsinin azad olması “Premium Bank”da qeyri-işlək kreditlərin azaldığına işarədir.
Qeyd edək ki, “Premium Bank”ın faiz gəlirlərinin azalması müştərilərə verilən kreditlər üzrə gəlirlərin azalması ilə əlaqədardır. Faiz xərclərinin azalmasına isə cəlb edilmiş depozitlər üzrə faiz xərclərinin azalması səbəb olub.
“Premium Bank”nın qeyri-faiz gəlirlərinin azalmasının əsas səbəbi haqq və kommisiya üzrə gəlirin azalmasıdır. Qeyri-faiz xərclərinin artmasına isə əsasən əmək haqqı və digər xərclərin artması səbəb olub.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR KƏSKİN AZALIB
“Premium Bank”ın cəmi aktivləri 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 2 milyon 152 min manat və ya 0,3% artaraq 655 milyon 451 min manata çatıb. Bank 2020-ci ilin sonunda 653 milyon 299 min manat cəmi aktivlərə malik idi. Aktivlərin artması nağd pul vəsaitlərinin artması ilə əlaqədardır.
“Premium Bank” tərəfindən müştərilərə verilmiş cəmi kreditlər 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 60 milyon 912 min manat və ya 10,7% azalaraq 509 milyon 191 min manata düşüb. Ötən ilin sonunda Bankın kredit portfeli 570 milyon 103 min manat təşkil etmişdi.
“Premium Bank”da cəmi depozitlər 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 2 milyon 573 min manat və ya 0,6% azalaraq 428 milyon 545 min manata geriləyib. Bank 2020-ci ilin sonunda 431 milyon 118 min manat cəmi depozitlərə malik idi. “Premium Bank”da fiziki şəxslərin depozitləri 1 milyon 546 min manat, hüquqi şəxslərin depozitləri isə 1 milyon 27 min manat azalıb.
MƏCMU KAPİTALI ARTIB
30 Sentyabr 2021-ci il tarixində “Premium Bank” 179 milyon 972 min manat məcmu kapitala malik olub. Bank 2020-ci ilin sonunda 173 milyon 917 min manat məcmu kapitala malik idi. Məcmu kapitalın artması ehtiyat fondundan qayıdan vəsait hesabına yaranan xalis mənfəətdən qaynaqlanır.
Müştərilərin xəbərləri
Şaanşi əyalətinin nəqliyyat və logistika sahəsi üzrə nümayəndə heyəti Abşeron Logistika Mərkəzini ziyarət edib
Azercell və ADA Universiteti tələbələr üçün süni intellekt üzrə praktiki təlim proqramı həyata keçirdi ®
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
6 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
45 d. əvvəl
Unicapital təqdim edir: FINCA-nın yüksək gəlirli manat istiqrazları
-
- 49 d. əvvəl
- 54 d. əvvəl
-
1 saat əvvəl
ASCO: Xəzər dənizinin dayazlaşması gəmiçilik üçün yeni həll yollarını gündəmə gətirir
-
1 saat əvvəl
Qeyri-bank kredit təşkilatı mobil tətbiq hazırlayır - Kreditverməni sürətləndirəcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
İran ABŞ-ni “iqtisadi müharibə” ilə hədələdi, hərbi gəmilərə raket atdı
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Tramp: İranla müharibədə qalib gəldikdən sonra neftin qiyməti daha da ucuzlaşacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
Unicapital təqdim edir: FINCA-nın yüksək gəlirli manat istiqrazları
ASCO: Xəzər dənizinin dayazlaşması gəmiçilik üçün yeni həll yollarını gündəmə gətirir
Rəsmi məzənnələr açıqlandı
Tramp 10 saat dayanmadan görüntülər paylaşıb — İran, Ay, Hörmüz və yüz milyardlarla dollar
SpaceX-ə rəqib ilk dəfə orbitə çıxıb
Jaguar Land Rover-də böyük ixtisar – 4 min nəfər işini itirəcək
Yaponiyanın valyuta ehtiyatları Yenə müdaxilədən sonra rekord məbləğdə - 80 milyard dollar azalıb
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
FINCA-dan kredit bazarında yeni strategiya: Filial, mobil tətbiq və AI birlikdə işləyəcək
Fermerlərə buzov subsidiyası ödəniləcək – Yeni məbləğlər
BYD rəqabəti Jaguar Land Rover-i 4 min nəfərlik ixtisara məcbur etdi



















