Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycanın ən böyük bankından 200 milyon manata yaxın xalis mənfəət

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın ən böyük bankından 200 milyon manata yaxın xalis mənfəət
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Aktivlərinin həcminə görə Azərbaycanın ən böyük bankı olan “ABB” ASC 2021-ci ilin 9 ayını (yanvar-sentyabr dövrünü) 197 milyon 182 min xalis mənfəətlə başa vurub. Bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 61 milyon 785 min manat və ya 45,6% çoxdur. ABB 2020-ci ilin 9 ayını 135 milyon 397 min manat xalis mənfəətlə bağlamışdı.

GƏLİRLƏRİ ARTIB

Marja.az Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2020-ci ilin 9 ayı ilə müqayisədə 2021-ci ilin 9 ayında ABB-nin faiz gəlirləri 22 milyon 19 min manat və ya 7,3% artaraq 323 milyon 735 min manat, qeyri-faiz gəlirləri isə 39 milyon 858 min manat və ya 44,6% artaraq 129 milyon 116 min manat təşkil edib. 2020-ci ilin 9 ayı ərzində ABB-nin faiz gəlirləri 301 milyon 716 min manat, qeyri-faiz gəlirləri isə 89 milyon 258 min manat təşkil etmişdi.

ABB-nin 2021-ci ilin birinci yarısı üzrə fəaliyyətinə dair bundan əvvəlki təhlilimizdə də qeyd etdiyimiz kimi, qeyri-faiz gəlirlərinin kəskin artması əsasən “digər gəlirlər” ilə əlaqədardır. Bankdan əldə edilən məlumata görə, bu artımın əsas səbəbi törəmə təşkilatdan əldə edilmiş dividendlə bağlıdır.

Cari ilin 9 ayında ABB-nin cəmi əməliyyat gəlirləri 61 milyon 877 min manat artıb.

2020-ci ilin 9 ayı ilə müqayisədə 2021-ci ilin 9 ayında ABB-nin faiz xərcləri 7 milyon 52 min manat və ya 9,4% azalaraq 68 milyon 316 min manata düşüb. Qeyri-faiz xərcləri isə 39 milyon 888 min manat və ya 34,7% artaraq 154 milyon 940 min manata yüksəlib. 2020-ci ilin 9 ayı ərzində ABB-nin faiz xərcləri 75 milyon 368 min manat, qeyri-faiz xərcləri isə 115 milyon 52 min manat təşkil etmişdi.

Cari ilin 9 ayında ABB-nin cəmi əməliyyat xərcləri 32 milyon 836 min manat artıb.

Beləliklə, 2021-ci ilin 9 ayında Bankın cəmi əməliyyat gəlirləri 452 milyon 851 milyon manat, cəmi əməliyyat xərcləri 223 milyon 256 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 229 milyon 595 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 7 milyon 976 min manat mümkün zərərlər üçün yaradılan ehtiyata ayırıb, 24 milyon 437 min manat mənfəət vergisi ödəyib və nəticədə 9 ayı 197 milyon 182 min manat xalis mənfəətlə bağlayıb.

Xatırladaq ki, 2020-ci ilin 9 ayı ərzində ABB-nin cəmi əməliyyat gəlirləri 390 milyon 974 min manat, cəmi əməliyyat xərcləri 190 milyon 420 min manat, əməliyyat mənfəəti 200 milyon 554 min manat təşkil etmişdi. Bank əməliyyat mənfətindən mümkün zərərlər üçün yaradılan ehtiyata 23 milyon 826 min manat ayırmış, 41 milyon 331 min manat mənfəət vergisi ödəmiş və həmin dövrü 135 milyon 397 min manat xalis mənfəətlə bağlamışdı.

YARIM MİLYARD MANATA YAXIN BÖYÜMƏ: AKTİVLƏRİ 9 MİLYARDI  ÖTÜB

2020-ci ilin sonu ilə müqayisədə, cari ilin 9 ayında ABB-nin cəmi aktivləri 469 milyon 104 min manat və ya 5,2% artaraq 9 milyard 431 milyon 897 min manata yüksəlib.

MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB

Aktivlərin əsas maddələrindən biri olan müştərilərə verilmiş cəmi kreditlər 164 milyon 732 min manat və ya 6,3% artaraq 2 milyard 773 milyon 832 min manata, qiymətli kağızlara investisiyalar isə 53 milyon 754 min manat və ya 4,2% artaraq 1 milyard 321 milyon 730 min manata çatıb.

DEPOZİTLƏR KƏSKİN ARTIB

ABB-də depozitlərin kəskin artması da diqqəti çəkir. Belə ki, 2021-ci ilin 9 ayında ABB-də cəmi depozitlər 1 milyard 204 milyon 369 min manat və ya 21,7% artaraq 6 milyard 753 milyon 946 min manata çatıb. O cümlədən, fiziki şəxslərin depozitləri 50 milyon 605 min manat azalaraq 1 milyard 239 milyon 674 min manata düşüb, hüquqi şəxslərin depozitləri isə 1 milyard 254 milyon 975 min manat artaraq 5 milyard 514 milyon 272 min manata yüksəlib.

MƏCMU KAPİTALI DA ARTIB

30 sentyabr 2021-ci il tarixində ABB-nin məcmu kapitalı 1 milyard 190 milyon 897 min manat təşkil edib. Bank 2020-ci ilin sonunda 1 milyard 112 milyon 195 min manat məcmu kapitala malik idi.

Cari ilin 9 ayının yekununda ABB-də I dərəcəli kapitalın adekvatlıq əmsalı 17.68%, məcmu kapitalın adekvatlıq əmsalı 19.88% təşkil edib. Beləliklə, Bankın kapital adekvatlığı göstəriciləri tənzimləyici orqanın müəyyən etdiyi normalardan (müvafiq olaraq 6% və 12%) əhəmiyyətli dərəcədə yüksək olub.

2021-ci ilin sentyabr ayının sonuna olan məlumata görə “ABB” ASC-nin nizamnamə kapitalının 95.15%-i Azərbaycan dövlətinə, 5%-ə qədəri isə hüquqi və fiziki şəxslərə aiddir.

22.10.2021 16:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ