Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Pambıqçılıqda genetik modifikasiya – Avstraliya modeli

"Şirkətimiz məhsuldarlıq və keyfiyyət göstərirciləri yüksək olan pambıq toxum çeşidlərini yerli iqlım şəraitində ən azı 3 il müddətinə sınaqdan keçirir və nəticələr qənaət bəxş olursa əkinlər ilk öncə şirkətə məxsus sahələrdə aparılır".
iç səhifə xəbər başlığı altı (mobil)_31
Pambıqçılıqda genetik modifikasiya – Avstraliya modeli

“MKT İstehsalat Kommersiya” MMC-nin “Aqrar Təqdiqat və İnkişaf” üzrə meneceri Fərid Firidunovun Genetik modifikasiya olunmuş pambıq toxum çeşidlərinin sürətlə yayılma səbəbləri və Avstraliya modeli haqqında müsahibəsini təqdim edirik.

-Ölkəmizdə son illər pambıqçılıq sektorunda əldə edilmiş sürətli inkişaf və uğurlu nəticələr bu sahəyə olan diqqəti daha da artırıb. Bu sektorda baş verən yeniliklər istifadə olunan innovativ texnologiyalar daima diqqət mərkəzində olur. Xüsusi ilə son illər dünyada pambıq istehsalına liderlik edən ölkələrin statistikasına nəzər saldıqda genetik modifikasiya olunmuş pambıq toxum çeşidlərinə aid əkin sahələrinin artdığını müşahidə etmək olar.  Sizin fikrinizcə bunun səbəbləri nədir?

-GMO pambıq toxumlarının istifadəsinə 1996-ci ildən etibarən başlanıb. İlk öncə Amerika Birləşmiş Ştatları və Avstraliyada sınaq əkinləri həyata keçirilmiş və qısa zaman kəsiyində bu texnologiyanın daha geniş sahələrdə  tətbiqinə start verilmişdir.  Genetik modifikasiya olunmuş pambıq toxumlarının yayılma arealına və sürət tempinə nəzər saldıqda ilk öncə  Avstraliya modeli üzərində durmaq lazımdır. Avstraliya pambıq istehsalında ən yüksək məhsuldarlıq göstəricisi olan ölkələr sırasındadır. Avstraliyada 1500 özəl təsərrüfatda pambıq əkinləri həyata keçirilir. Ölkədə 2021–ci il mövsümündə ortalama olaraq 270.000 hektar pambıq əkilib. Son on ildə pambıq  əkin sahələrinin ölçüsündə ciddi fərqlər təzahür etməkdədir. Belə ki, ən yüksək əkin statistikası 2011–ci ildə 599630 hektar, ən aşağı əkin statistikası isə 2020-ci ildə 58858 hektar olaraq qeydə alınmışdır.

GMO pambıq çeşidləri Avstraliyada 1996-ci ildən etibarən əkilir.  2000-ci ildən etibarən bu texnologiyanın tətbiqi nəticəsində fermerlərin ümumi gəliri 78 Milyon ABŞ dolları həcmində artmışdır.

Zərərvericilərə qarşı Bacillus thuringiensis (Bt) geninin pambıq toxum çeşidlərinə redaktəsi nəticəsində Sovka zərəvericisinə qarşı ən optimal mübarizə üsulu əldə edilmişdir. Bu çeşidlər əkilmədən öncə yerli  fermerlər insektisidlərə 50 milyon ABŞ dolları həcmində vəsait xərcləyirdi. İndi isə bu xərcin 92% aradan qaldırılmışdır. 2016 –cı ildən etibarən Avstraliyada becərilən pambığın 99%-i GMO-dur.

- Bildiyimiz kimi dünyada GMO toxumlarına qarşı münasibət bir mənalı deyil və heç şübhə doğurmur ki, adı çəkilən ölkələrdə də bu texnologiyanın qatı əleyhdarları var. Maraqlıdır bəs hansı institutsional dəstək, qurum və  ya təşkilat bu texnologiyanın tətbiqinə və genişlənməsinə əlverişli mühit yaradır.

-Avstraliyada ümumilikdə sektorun inkişafına təkan verən  ən mühüm amillərdən biri  Pambıq Araşdırma və İnkişaf Korporasiyası (CRDC)  tərəfindən həyata keçirilən çox şaxəli fəaliyyət strategiyasıdır.  Bu qurum pambıqçılıq sektorunda əldə edilən yenilik və nailiyyətlərin  qısa zaman kəsiyində ölkə sərhədləri daxilində yayır və potensial məhsuldarlığa malik toxum çeşidlərinin fermer təsərrüfatları tərəfindən əkilməsində   önəmli rol oynayır. Hər il oratlama olaraq qurum tərəfindən araşdırma və tədqiqat işlərinə 25 milyon ABŞ dolları həcmində investisiya qoyulur. Qurumun ən fəal olduğu istiqamətlərdən biri də  praktik və nəzəri təlim proqramlarıdır.  2021-ci ildə aparılmış sorğu nəticəsində məlum olmuşdur ki, pambıq istehsalçılarının 61% son 1 il içərisində öz işçi heyətləri ilə birlikdə praktik təlimlərdə iştirak etmişdir.  Rəyi soruşulanların 60%-i bu təlimlər nəticəsində öyrəndikləri bilik və təcrübəni əkinlərinə  tətbiq etdiklərini bildirmişlər. Pambıq Araşdırma və İnkişaf Korporasiyası (CRDC) sudan səmərəli istifadə sahəsində də uğurlu layihələr həyata keçirir. Mütərəqqi suvarma sisteminə qoyulmuş sərmayələr nəticəsində 1992-ci illə müqayisədə 227 kq mahlıc kipi istehsal etmək üçün istifadə edilən su həcmində 48% qənaət əldə edilmişdir.

-Avstraliyanı qeyd etdiniz, bəs başqa hansı ölkələr bu texnologiyadan yararlanır?

- Braziliya, Meksika,  Çin, Cənubi Afrika, Pakistan, Hindistan və Kosta-Rikada GMO pambıq çeşidləri əkilməkdədir. Məlumat üçün bildirək ki, adı çəkilən ölkələrdə hektara düşən orta məhsuldarlıq olduqca aşağıdır və fermerlərin qazancını qaldırmaq üçün bu texnologiya yeganə çıxış yolu olaraq qəbul edilir.

-Azərbaycan dövlətinin mövqeyi bu məsələdə çox həssasdır və bunun fonunda “MKT İstehsalat Kommersiya” MMC və digər yerli istehsalçıların bu texnologiyalara münasibəti necədir və əlavə olaraq şirkətdə araşdırma və tədqiqat fəaliyyətləri hansı istiqamətdə həyata keçirilir.

-“MKT İstehsalat Kommersiya” MMC olaraq GMO toxumların istifadəsinə qarşı dövlətimizin mövqeyini bizdə dəstəkləyirik və həyata keçirdiyimiz tədqiqat araşdırma fəaliyyəti yalnız GMO-dan azad toxum çeşidləri üzərində qurulmuşdur. Şirkətimiz  məhsuldarlıq və keyfiyyət göstərirciləri yüksək olan pambıq toxum çeşidlərini yerli iqlım şəraitində ən azı 3 il müddətinə sınaqdan keçirir və nəticələr qənaət bəxş olursa əkinlər ilk öncə şirkətə məxsus sahələrdə aparılır. Araşdırma və tədqiqat işləri yalnız toxum çeşid sınaqları ilə yekunlaşmır, burda şoran və şorakət torpaqların bərpası, innovativ becərmə texnologiyalarının tətbiqi, müasir suvarma qurğularının daha geniş sahələrdə səmərəli tətbiqi istiqamətlərində birçox araşdırma fəaliyyətlərini qeyd edə bilərik. Həmçinin əkib becərmə zamanı, xüsusi ilə tirə əkinlərində daha yüksək nəticələrə nail olmaq üçün müasir avtopilot naviqasiya sistemlərinin tətbiqi və səmərəli istifadəsi də, tərəfimizdən ciddi şəkildə öyrənilir və araşdırlır.

Əlavə olaraq qeyd edək ki, “MKT İstehsalat Kommersiya” MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 illik iş təcrübəsinə malikdir. Şirkətin fəaliyyətinin əsas istiqaməti ölkənin 20 pambıqçılıq rayonundan 15-ində pambığın yetişdirilməsi, tədarükü və daha sonra pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.

2019-2020 mövsümündə şirkət 45 000 Ha sahədən rekord göstərici olan 35.6 sentner/Ha xam pambıq istehsal etmişdir.

Cari ilin Yanvar-Sentyabr ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində birinci yerdə qərarlaşmışdır. Hal-Hazırda müəssisədə işçi sayısı 3200 nəfərdir və regionlarda 23 filialı fəaliyyət göstərməkdədir.

MKT Fərid Firidunov GMO toxum pambıq Pambıqçılıq
03.11.2021 15:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ