Biznesinə 2 keçi ilə başladı, indi Dağıstanda da ət satır
Xaçmazlı fermer Samir Bəyov təsərrüfatında yüzdən çox Hələb keçisi saxlayır.
Xaçmaz rayonunun Xudat şəhərində yaşayan fermer təsərrüfatını 4 il əvvəl dostunun ona hədiyyə etdiyi iki baş keçi ilə qurmağa başlayıb.
“Keçi saxlayacağım heç ağlıma gəlməzdi. Bu hekayə dostumun mənə iki baş keçi bağışlaması ilə başaldı. Bir neçə aydan sonra keçilərin sayı artıq 10-a çatmışdı. Sonra həvəsləndim, əlavə keçilər aldım. Təsərrüfatım böyüdü. Hələb keçilərinin sayı 100-ü keçdi. Artıq 4 ildir bu işlə məşğuluq”, - deyə Samir Bəyov söyləyib.
Hələb keçiləri il ərzində iki dəfə bala verir. Bir keçidən ildə 4-6 bala əldə edilir. Hələb keçilərinin dişilərinin çəkisi iki yaşlarında 70-80 kiloqram olur. Erkək keçilər isə 120-140 kiloqram çəkiyədək artır.
Samir Bəyov bildirib ki, bir keçidən gündə 3-6 litr süd əldə edir: “Düzdür, südü bəzi sort keçilərdən azdır. Hələb keçilərinin əsas üstünlüklərindən biri südünün yağlılığının çox olmasıdır. Məsələn, 1 kiloqram pendir əldə etmək üçün başqa sort keçilərin 10 litr südü istifadə olunur. Amma Hələb keçilərinin 5-6 litr südündən 1 kiloqram pendir alınır”.
Fermerin sözlərinə görə, Hələb keçilərinin əsas üstünlükləri başqa heyvanların yemədiyi bitki, kol və ağac yarpaqlarını yeyə bilməsindədir. Bu, yem xərclərini də azaldır.
Hələb keçiləri soyuq hava şəraitinə və xəstəliklərə qarşı dözümlüdür. Azərbaycanın bütün bölgələrinə uyğunlaşa bilir.
Samir Bəyov keçi ətinin satışında çətinlik çəkmədiyini deyir. Fermer ət satışını yerli bazarla yanaşı, qonşu Dağıstan Respublikasında da həyata keçirir. Keçi ətinin bir kiloqramı alıcılara 10-11 manata təklif olunur. Hələb keçilərinin südündən alınan pendir isə 10-12 manata satılır.
Fermer gələcəkdə təsərrüfatını daha da genişləndirmək istəyir. Hazırda onun keçiləri saxlamaq üçün 4 hektar otlaq sahəsi var. Bu isə 100-150 keçi saxlamağa imkan verir.
Telegramda Marja.az səhifəsinə abunə olun
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
1 gün sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
18 saat əvvəl
"2017-ci ilin aprelindən 1 dollar 1,7 manatdır və belə də olmağa davam edəcək"
- 18 saat əvvəl
-
21 saat əvvəl
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
-
22 saat əvvəl
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir
- 1 gün əvvəl
-
1 gün əvvəl
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
-
1 gün əvvəl
Azərbaycan nəhəng infrastruktur investoru ilə yeni layihələri müzakirə etdi
-
1 gün əvvəl
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək
-
1 gün əvvəl
Emin Ağalarov: “Sea Breeze”də nəzərdə tutulanların 85–90%-i hələ qabaqdadır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
SOCAR İtaliya millisinin Baş Qlobal Enerji Sponsoru olacaq
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
Ən çox oxunanlar
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək






























