“Nar” mobil rabitə bazarında müsbət inkişaf dinamikasını qoruyub saxlayır

(®) “Nar”ın müştəriyönümlü strategiyası, hər bir abunəçiyə özəl təkliflərin təqdim olunması, əhatə dairəsinin daim genişlənməsi, abunəçilərə göstərilən yüksəkkeyfiyyətli internet xidməti sayəsində son 9 ay ərzində abunəçi bazası çoxalıb. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə aktiv abunəçi bazasında 5% artım qeydə alınıb.
“Nar”ın hər bir abunəçi qrupunun tələblərinə uyğun şəkildə formalaşdırdığı tariflər də istifadəçilər tərəfindən yüksək qiymətləndirilib. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə “FULL”, “CavanNar” və “Unikal” tarif planlarının istifadəçi sayında ortalama olaraq, 23% artım müşahidə olunub.
“Nar” olaraq əsas hədəflərimizdən biri müştərilər üçün yaratdığımız üstün keyfiyyət dəyərini qoruyub saxlamaqdır. Bu yanaşma özünü həm fərqli müştəri qrupları üçün təqdim etdiyimiz məhsullarda, həm də müxtəlif kanallar üzərindən göstərdiyimiz təkmilləşdirilmiş müştəri təcrübəsində göstərir. Bu kompleks yanaşmanın nəticəsi olaraq, biz abunəçi bazamızda dinamik artım müşahidə edir və artıq 3-cü ildir ki, müştəri loyallığı indeksi üzrə öz liderliyimizi qoruyub saxlaya bilirik”,- deyə “Azerfon”un Baş icraçı direktoru Qunnar Panke bildirib.
Qeyd edək ki, müştəri loyallığı indeksinə mobil internet təcrübəsi, sərfəli tariflər və keyfiyyətli şəbəkə kimi bir çox amillər təsir göstərir. Müstəqil araşdırma şirkəti tərəfindən aparılmış sorğunun nəticələrinə əsasən, “Nar” abunəçilərinin müsbət mobil internet təcrübəsi üzrə 27% artım qeydə alınıb.
“Nar” hesabat dövründə öz müştəri yönümlülük və davamlı təkmilləşmə dəyərlərinə sadiq qalaraq, abunəçilərini daha üstün müşətri xidmətləri ilə təmin etmək üçün mağazalarında yeni konsept təqdim edib. Qeyd edək ki, mobil operator paytaxt və regionlar da daxil olmaqla 20-dən çox yenilənmiş xidmət mərkəzini müştərilərin ixtiyarına verib.
“Nar”, abunəçilərinə Çağrı Mərkəzləri, “Nar+” mobil tətbiqi, sosial media vasitəsilə də yüksəkkeyfiyyətli və operativ müştəri xidmətləri göstərməkdə davam edir. Belə ki, son 9 ay ərzində mobil operatorun sosial şəbəkələrinə 45 mindən çox müraciət daxil olub və onlar ortalama 6 dəqiqə ərzində cavablandırılıb. Çağrı Mərkəzinə daxil olmuş 1 milyondan çox sorğunun 93%-i isə ilk zəngdən öz həllini tapıb. Bir çox mühüm əməliyyatları saniyələr içində həll etməyə imkan verən “Nar+” tətbiqi abunəçilərin ən çox üz tutduğu xidmət kanalı olub. Belə ki, 3-cü rüb ərzində tətbiqə abunəçilər tərəfindən 8 milyondan çox giriş edilib.
Son 9 ay ərzində “Nar” KSM strategiyası çərçivəsində müxtəlif hədəf qruplarının rifahının yaxşılaşdırılmasına yönəlmiş sosial layihələrini də uğurla həyata keçirməyə davam edib. Belə ki, daha çox Vətən müharibəsi iştirakçılarına, şəhid ailələrinə dəstək istiqamətində yönəlmiş layihələr də daxil olmaqla, mobil operator hesabat dövrü ərzində sosial layihələrə ümumilkdə 750 min AZN-dən çox investisiya ayırıb.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 8780-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 24 d. əvvəl
- 34 d. əvvəl
- 50 d. əvvəl
-
-
1 saat əvvəl
İpoteka krediti üzrə ilkin ödənişə dair tələb sərtləşdirilməyib - AÇIQLAMA
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda indiyədək görülməmiş brendlərin yer alacağı "Mall" istifadəyə veriləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi icra nümayəndəsini saxladı
- 1 saat əvvəl
-
2 saat əvvəl
Almaniyanın “Tchibo” qəhvə istehsalı şirkəti Rusiya bazarını tərk edir
- 2 saat əvvəl
- 2 saat əvvəl

Bank yeni Abşeron filialını istifadəyə verdi - FOTOLAR

“Basqal Resort & Spa” oteli açıldı - YENİLƏNİB

“Diri Baba” türbəsində turizm infrastrukturu yaradılır

Azərbaycanda indiyədək görülməmiş brendlərin yer alacağı "Mall" istifadəyə veriləcək

Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi icra nümayəndəsini saxladı

Daha bir dövlət şirkəti zərər açıqladı
Ən çox oxunanlar

Azərbaycan startapı Almaniya şirkətlərinə təqdim ediləcək

Sabahın hava proqnozu açıqlandı

Azərbaycanda əhalinin 68%-i aşağı qaz istifadəsi limitini keçməyib

Prezidenti və birinci xanım Basqal qəsəbəsinə səfər ediblər

İnflyasiya əhalinin artan gəlirlərini tamamilə silib

Dövlət büdcəsində 2,5 milyard manat artıqlıq yaranıb

Mağazalar şəbəkəsi 80-ci filialını açır
