Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın ən böyük balıq mağazası açıldı – SEÇİB ALIRSAN, TƏMİZLƏNİR, BİŞİRİLİR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın ən böyük balıq mağazası açıldı – SEÇİB ALIRSAN, TƏMİZLƏNİR, BİŞİRİLİR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

05 Dekabr 2021-ci il tarixində Azərbaycanda qida məhsullarının ticarəti sahəsində ixtisaslaşmış “My Food” MMC şirkəti Bakının Babək prospekti 74 ünvanında Azərbaycanın ən böyük balıq, dəniz, kənd məhsulları satış və xidmət mərkəzini istifadəyə verib. “5 Okean” adı verilən mərkəzin tərkibində “Albalıq” balıq və balıq məhsulları mağazası, “Fish Mania” balıq kafesi və “Kənd sovqatı” dükanı fəaliyyət göstərir.

5 OKEANDAN OVLANAN BALIQ VƏ DİGƏR MƏHSULLAR BİR SATIŞ MƏRKƏZİNDƏ

Xeber-daxili-4_11

“My Food” şirkətinin təsisçisi və Baş direktoru Tural Məmmədov (Rəfaeloğlu) “Marja.az”a bildirdi ki, 25 illik təcrübələrinə əsaslanaraq “5 Okean” konseptini yaradıblar. Azərbaycanda bu böyüklükdə ixtisaslaşmış balıq dükanı yoxdur.

O, ilk öncə “5 Okean” brendinin yardılması ideası və mənası haqqında məlumat verdi:

“Bildiyimiz kimi, Antarktika qitəsi ətrafındakı suların 5-ci okean kimi tanındığı açıqlanıb. Satış və xidmət mərkəzinin  “5 Okean” adlandırılması bununla əlaqədardır. Bu ad Dünyanın 5 okeanında yaşayan balıq və digər canlıların bir yerdə satıldığı mənasını ifadə edir. Dünyanın bir çox yerindən gətirilən balıq və digər dəniz məhullarının satışını həyata keçiririk. Balıq çeşidlərimiz həddindən artıq çoxdur. Hər həftə özümüz Türkiyə, Norveç, Rusiya və İrandan da balıqlar gətiririk. Xəzər dənizindən, çaylardan ovlanan və yerli balıqçılıq təsərrüfatlarında yetişdirilən balıqlar da satışa çıxarılır. “5 Okean”a hər gün gətirilən balıqlar müştərilərə diri və təzə vəziyyətdə təklif edilir”.

Tural Məmmədov “Bu konsept çoxdankı arzumdur” deyərək sözlərinə belə davam etdi:

“Layihə öz beynimin məhsuludur. Hər bir detala xüsusi fikir vermişəm. Burada çoxillik təcrübəmiz və imkanlarımız ilə insanlara yükək xidmət göstərəcəyimizdən əminəm.

“5 Okean” pərakəndə və topdansatış mərkəzi kimi fəaliyyət göstərir. Əsas hədəf balıq məhsullarının həvəskarı olanlar, balıq mağazaları və restoranlarıdır. Qida məhsulları marketləri də  “5 Okean”a müraciət edə bilərlər  Balıq yeməkləri təklif edən iaşə müəssisələri (horeka) tələb olunan bir çox məhsulları “5 Okean”dan rahat əldə edə bilərlər.

“5 Okean” konseptin adıdır. Bu konseptdə bir neçə markalarımızı cəmləmişik. Bakıda 40-dan çox supermarketin balıq şöbəsində “Albalıq” adı ilə satışı və təmizləmə xidmətini göstəririk. “Albalıq” markası “My Food” şirkətinə aiddir. “5 Okean” konseptində fəaliyyət göstərəcək “Albalıq” daha böyük satış və xidmət mərkəzidir.

“My Food” şirkətinin yeni markalarından biri “Fish Mania”dır. “5 Okean” satış və xidmət mərkəzinin daxilində “Fish Mania” balıq kafesi fəaliyyət göstərir.

“5 Okean” pilot layihədir. Biz gələcəkdə tələbə əsasən ya “5 Okean” konseptini, ya da tərkibindəki hər bir markanı genişləndirə bilərik. Əgər “Fish Mania” balıq kafesi böyük maraqla qarşılanarsa digər ünvanlarda da bu kafeni istifadəyə verərək şəbəkələşməyi nəzərdə tuturuq. Həmçinin tələbin güclü olduğunu müşahidə etsək “Albalıq” adı ilə balıq və balıq məhsulları marketlərini istifadəyə verə bilərik”.

TƏMİZLƏMƏ VƏ BİŞİRMƏ XİDMƏTİ GÖSTƏRİLİR

Tural Məmmədov bildirdi ki, “5 Okean”da balıqların təmizlənməsi və bişirilməsi xidmətləri də göstərilir:  

“Bir çox xanımlar balıq təmizləməyi xoşlamırlar, bundan başqa balıqdan qorxanlar da var. Həmçinin bir sıra müştərilər təzə balığı alıb apararaq soyuducuda bir müddət saxladıqdan sonra bişirir. Əgər təzə balıq alırsansa onu dərhal bişirmək məsləhətdir. Soyuducuda bir müddət saxlanırsa, onun əvəzinə dondurulmuş balıq alına bilər. Biz balıq bişirməyə vaxtı olmayan, bunu bacarmayan və ərincək alıcılara bişirmə xidməti də göstəririk. İlk dövrdə bu xidmət ödənişsiz olacaqdır. Bişirmə xidməti sadə və xüsusi olaraq təqdim edilir. Xüsusi bişirmə reseptlər əsasında və qatqılar vurularaq həyata keçirilir. Alıcı bişirilən balıqları “5 Okean”ın tərkibində fəaliyyət göstərən kafedə əyləşərək yeyə və ya apara bilər”.

ONLAYIN SATIŞ VƏ ÇATDIRILMA XİDMƏTİ MÖVCUDDUR

“Onlayn satış və evlərə çatdırılma xidmətimiz mövcuddur. Hazırda öz kuryerlərimiz sifariş olunan məhsulları yaxın və uzaq məsafələrə çatdırır. Eyni zamanda, çatdırılma xidmətini genişləndirərək “Wolt”, “Bolt” kimi tanınmış kuryer şirkətlərinə də qoşulmağı nəzərdə tuturuq”,- Şirkətin Baş direktoru əlavə etdi.

 “BALIĞA AİD HƏR ŞEY BURADA VAR”

Hal-hazırda “5 Okean”da 300-ə yaxını balıq və dəniz məhsulları olmaqla 800-dən çox çeşiddə məhsul alıcılara təklif olunur:

“Biz yaxın gələcəkdə çeşidlərin sayını 1000-ə çatdırmağı nəzərdə tuturuq. Balığın bişirilməsi zamanı tələb olunan yağ, duz, qatqılar və yeyilməsi zamanı tələb olunan müxtəlif souslar “5 Okean”da satılır. Yəni balığa aid hər şey burada var. Yaxın gələcəkdə balığın təmizlənməsi və bişirilməsi üzrə alətlərin və ləvazimatların da satışını təşkil edəcəyik”.

GENİŞ ÇEŞİDDƏ SUŞİ MƏHSULLARI

Tural Məmmədov “Suşinin də çeşidi çox genişdir” deyərək bildirdi: “Evində suşi bişirmək istəyənlərə və restoranlara suşi məhsulları təklif edirik. Suşinin hazırlanması üçün hər şey- düyülər, norelər, pendirlər, souslar və s. burada var”.

İSTEHSALDAN BİRBAŞA SATIŞA

İş adamı bildirdi ki, “5 Okean”da “Azərbaycan Fish Company”nin istehsalı olan “Balıqçı”, “Yelkən” və “Dalğa” məhsulları da satılır: “Hər gün məhsullar peçdən birbaşa bura göndərilir. Biz burada satış sahəsində peç formatını yaratmışıq –  balıq məhsulları istehsaldan arabalarda necə çıxarılırsa, həmin şəkildə nümayiş olunur. Alıcılar arabalardan təzə məhsullardan götürə bilər”.

BALIQ KULİNARİYA MƏHSULLARI VƏ BALIQ SALATLARI

“5 Okean”da balıq kulinariya məhsulları və salatları da təklif edilir: “Bu məhsullar doğranmış, ədviyyatlanmış, bişirilməyə hazırdır. Al, apar, bişir və ye. Balıqlardan şuba və mimoza salatları da satırıq. Müştərilər istədiyi çəkidə bu salatlardan ala bilər”.

SAXALİNDƏN GƏTİRİLƏN KÜRÜLƏR DƏ SATILIR

Tural Məmmədov əlavə etdi ki, “5 Okean”da təbii balıq kürülərinin də satışı təşkil olunub. Saxalindən gətirilən qırmızı və qara kürülər təklif edilir.

İSMAYILLIDAN TƏBİİ KƏND MƏHSULLARI

“My Food” şirkəti kənd məhsullarının satışı ilə də məşğul olur:

“İlk “Kənd sovqatı” adlı mağazamızı İsmayıllı şəhərində istifadəyə vermişik. İkinci “Kənd sovqatı” mağazası “5 Okean”da fəaliyyət göstərir. Burada təbii İsmayıllı məhsulları - turşular, mürəbbələr, kompotlar, təzə və qurudulmuş meyvələr, ədviyyatlar, müalicəvi bitkilər və çiçəklər satılır”.

5 Okean” Azərbaycan vətəndaşlarının balıq barədə şübhələrinə son qoymağı və ölkədə balıq istehlakını artırmağı da hədəfləyir:

“Azərbaycanda əksər müştərilər həmişə balıq və balıq məhsullarından şübhələnirlər. Narahat olurlar ki, onlara köhnə balıq satılar. Hətta akvariumdakı balığı göstərib “Bu balıq təzədir?” deyənlər olur. Biz də deyirik ki, “balıq üzürsə deməli təzədir” (Gülür- red). Yəni müştərilərdə balığa qarşı böyük şübhə var. Biz 1996-cı ildən - 25 ildir bu sahədə fəaliyyət göstəririk, öz işimiz və markalarımız ilə böyük etibar qazanmışıq. Burada da insanlar bizə etibar edə bilərlər, məhsulları təmiz, keyfiyyətli və səliqəli qablaşdırılmış şəkildə alacaqdır.    

Əlavə olaraq onu da qeyd edim ki, Azərbaycan dünyada ən az balıq və balıq məhsulu istehlak edən ölkələrdən hesab olunur. Belə ki, ötən il ölkəmizdə adambaşına düşən balıq istehlakı 7,3 kq olub. Bu, əslində dünya üzrə adambaşına düşən balıq və balıq məhsulları ilə müqayisədə 3 dəfə azdır. “5 Okean” etibarlı satışı, təmizləmə, bişirilmə və digər xidmətləri ilə ölkəmizdə balıq istehlakının artırılmasına kömək olmağı da qarşısına məqsəd qoyub”.

Tural Məmmədov vurğuladı ki, “5 Okean”nın istifadəyə verilməsilə 20 yeni iş yeri yaradılıb.

ƏN MÜNASİB QİYMƏTLƏR “ALBALIQ”DADIR

“5 Okean” satış və xidmət mərkəzinin direktoru Nurlan Babayev “Marja”ya bildirdi ki, burada alıcılara geniş çeşiddə diri, təzə, dondurulmuş, soyuq və isti hislənmiş, duzlu və ədviyyatlı, qurudulmuş balıqlar, kürülər, konservalar, dəniz məhusulları (krivetkalar və. s) təklif edilir.

““Albalıq” digər satış mərkəzləri ilə müqayisədə məhsulları daha münasib qiymətlərə təklif edir. Kampaniyalar zamanı məhsullara 25%-dək endirimlər də ediləcəkdir”,- Babayev qeyd etdi.

RAHAT PARKİNQ, RAHAT ALIŞ-VERİŞ, EKSPERTLƏRDƏN TÖVSİYYƏLƏR

Nuralan Babayev "5 Okean"ı başqa oxşar qurumlardan fərqləndirən meyarlar hansılardır? sualına belə cavab verdi:

"Birincisi, avtomobillər üçün rahat parkinqin mövcud olduğu böyük satış məkanında balıq məhsullarının geniş çeşidi təklif edilir. Üstəlik, alıcılar  yerindəcə, mağazanın daxilində, "Fiş Maniya" kafesində ləzzətli məhsullardan dada və keyfiyyəti özü dəyərləndirə bilər.

Alıcı balıq məhsullarını – istər diri, istərsə də dondurulmuş və hisə verilmiş olsun, fərqi yoxdur, səliqə ilə  qablaşdırmada alır, rahatlıqla evinə apara bilir.

Əgər ehtiyac olursa, alıcı satış komandamızın tövsiyələri sayəsində aldığı məhsulların mənşəyinə, xüsusiyyətlərinə, faydalarına və digər özəlliklərinə daha dərindən bələd olur. Eləcə də, balıq məhsullarının təmizlənməsi, bişirilməsi, süfrəyə verilməsi və hansı ədviyyatla yeyilməsinə dair səriştəli ekspertlərimizdən ehtiyac duyduğu bilkləri alır".

Bildirildi ki, “5 Okean” səhər saat 9:00-dan axşam saat 22:00-dək fəaliyyət göstərir.

Ünvan: Babək prospekti 74 (“Sərin” restoranının, “Astoria”nın və “Skoda” satış mərkəzinin yaxınlığı, “Maşın bazarı”ndan Babək prospekti ilə şəhər istiqaməti tərəfdə).

Telefon: 070 447 99 00

5 Okean My Food 5-okean Tural-Məmmədov Nurlan Babayev Fish-Mania Albalıq suşi balıqlar Kənd-sovqatı
05.12.2021 20:41
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-2_23
Mobil əsas səhifə 5-ci-2_28
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 2-ci2_16
InvestAZ