Dövlət icbari şəxsi sığorta üzrə xidmətlər elektronlaşdırılacaq
Prezident İlham Əliyevin Fərmanına əsasən bu ilin əvvəlindən hərbi qulluqçuların və digər bir sıra kateqoriyalardan olan şəxslərin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası üzrə fəaliyyət, həmin sığorta vəsaitlərinin idarə edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən həyata keçirilir.
DSMF-nin yaydığı məlumatda bildirilir ki, köklü islahatlar çərçivəsində yaxın vaxtlarda bu sahədə bütün xidmətlər elektronlaşdırılacaq, sığorta ödənişlərinin proaktiv təyinatı sistemi işə salınacaq.
Fondun 2021-ci il üzrə fəaliyyətinin yekunlarına və qurumun qarşısında duran vəzifələrə həsr olunmuş iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu məqsədlə elektron infrastrukturun formalaşdırılacağını, 2022-ci il iyulun 1-dək “Dövlət icbari şəxsi sığorta” altsisteminin qurulacağını bildirib.
Nazir ümumilikdə bu sahədə innovativ həllərin geniş tətbiqinin və optimal idarəçiliyin, müasir, operativ və şəffaf xidmətlərin təşkilinin, sığorta ehtiyatlarının yaradılması, artırılması və bu ehtiyatdan səmərəli istifadənin əsas prioritetlər olduğunu deyib. Həmin ehtiyatdan səmərəli istifadə nəticəsində formalaşan gəlirlərin şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinə yönəldiləcəyini qeyd edib.
İclasda bildirilib ki, dövlət başçısının Fərman və Sərəncamları ilə ölkəmizdə bu ilin əvvəlindən yeni sosial islahat reallaşdırılmaqla 2,1 milyon insanı əhatə edən pensiya, əməkhaqqı, müavinət və təqaüdlərdə növbəti artımlar edilib və bunun üçün illik əlavə 1,5 milyard manat ayrılıb. DSMF tərəfindən sosial təminat növləri üzrə bütün ödənişlərin qeyd edilən artımlarla birgə müvafiq qrafik əsasında hər ay vaxtlı-vaxtında ödənilməsi təmin ediləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























