BMT-dən Azərbaycan iqtisadiyyatı ilə bağlı yeni proqnoz
Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) bu il 4 % artacaq.
Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) "Dünya İqtisadiyyatının Vəziyyəti və Perspektivləri - 2022" hesabatında bildirilib.
Sənədə əsasən, 2023-cü ildə Azərbaycan iqtisadiyyatı 4,1 % böyüyəcək.
Hesabatda qeyd edilib ki, bu il Azərbaycanda illik inflyasiya 3,8 % səviyyəsində reallaşacaq.
Sənədə əsasən, 2023-cü ildə isə Azərbaycanda inflyasiya bir qədər azalaraq 3,1 % səviyyəsində proqnozlaşdırılır.
Hesabatda həmçinin qeyd edilib ki, MDB məkanın əksəriyyətində 2021-ci ildə illik inflyasiyanın ikirəqəmli səviyyələrə çatan güclü yüksəlişi müşahidə olunub.
İnflyasiyanın yüksəlişi, təchizatın pozulması, ərzaq və enerji qiymətlərinin yüksəlməsi, tələbatın artması və bəzi hallarda keçmişdəki valyuta məzənnəsinin dəyərinin ucuzlaşmasının birləşməsindən qaynaqlanıb. Bu, həm də yüksək inflyasiya gözləntiləri və sürətlənmiş alışlardan irəli gəlir. Hökumətlər inflyasiyaya müxtəlif yollarla cavab veriblər.
Region ölkələrindən Qazaxıstan ərzaq qiymətləri təzyiqlərini məhdudlaşdırmaq üçün qiymətlərə nəzarət və ixrac kvotaları tətbiq edib. Rusiya isə qiymət artımlarını məhdudlaşdırmaq üçün ixrac rüsumları, qiymətə nəzarət və istehsalçılarla razılaşmalar tətbiq edilib.
2021-ci ilin sonunda təbii qaz tariflərindəki artımın illik istehlak qiymətlərində ikirəqəmli artıma səbəb olacağı Moldova istisna olmaqla, regionun əksər ölkələrində inflyasiya 2022-ci ildə mülayimləşəcəyi gözlənilir.
Pul tənzimləyiciləri, inflyasiya artımına siyasətləri sərtləşdirərək reaksiya veriblər. 2021-ci ildə faiz dərəcələrinin artımı faktiki olaraq bütün ölkələrdə silsilə şəkildə davam edib.
Daha sərt pul siyasətinə baxmayaraq, pərakəndə kreditləşmə, xüsusən də ipoteka kreditləşməsi sürətlə artaraq bərpanı dəstəkləyib.
Rusiyanın Mərkəzi Bankı, 2021-ci ilin sonunda kreditləşmə artımını cilovlamaq planlarını açıqlayıb: yüksək inflyasiya gözləntiləri ilə bağlı narahatlıqlar fonunda 2022-ci ildə sərt pul siyasətinin davam edəcəyi gözlənilir.
15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 4 gün sonra
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
- 1 gün əvvəl
-
1 gün əvvəl
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
Neft-qazdan külək və Günəş enerjisinədək – Azərbaycan və Vyetnam prezidentləri enerji əməkdaşlığını müzakirə ediblər
Ən çox oxunanlar
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
“AzerGold” da qiymətlərə endirim etdi - qızıl külçələr 10,49 faizədək, gümüş külçələr 44,17 faizədək ucuzlaşıb
Azərbaycan neftinin son qiyməti
Çipsi və qazlı içkilər üçün aksiz təklif olunur - İstehsalçılar verginin təxirə salınmasını istəyirlər
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq




















