Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Sürətli bahalaşma Manatın devalvasiyası üçün təzyiqləri artırır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sürətli bahalaşma Manatın devalvasiyası üçün təzyiqləri artırır

2015-ci ildə devalvasiyalar ilə Dolların qiyməti 0,80 manatdan 1,70 manatadək artırıldı. Artıq 6 ildən uzun müddətdir rəsmi Dollar/Manat məzənnəsi 1,70 manatdır.

Reklam_3_11

Marja.az-ın məlumatına görə, Dünyada koronavirus pandemiyasının və iqlim dəyişikliyinin mənfi təsirlərilə əlaqədar olaraq qiymətlər sürətlə yüksəlir, ölkələrin milli valyutalarının alıcılıq qabiliyyətləri azalır. Azərbaycan manatının da alıcılıq qabiliyyəti düşməkdədir. Bir neçə gün öncə Azərbaycan hökuməti bildirib ki, qlobal istiləşmə və quraqlıq, dəyər zəncirinin qırılması və tələb-təklif arasında balansın pozulması, habelə daşınma-logistika xərclərinin artması və enerji daşıyıcılarının sürətlə bahalaşması qlobal bahalaşmanı şərtləndirən əsas faktorlardır. Dünya ərzaq qiymətlərinin yüksəlməkdə davam etməsi ilə dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanın əsas ticarət tərəfdaşlarında inflyasiya təzyiqləri yüksəlmişdir. Qlobal iqtisadiyyata inteqrasiya etmiş Azərbaycanda da yerli istehsalı az olan və ya idxalın üstünlük təşkil etdiyi məhsullar üzrə qiymət artımları müşahidə olunur. İnflyasiyanın formalaşmasında ərzaq məhsullarının payı yüksək olmuşdur. Ümumi inflyasiyanın təqribən 60%-i ərzaq inflyasiyasının payına düşür.

Sadə şəkildə qeyd edək ki, inflyasiya - pulun alıcılıq qabiliyyətinin (alış gücünün) azalmasıdır. Mal və xidmətlər bahalaşdığından müəyyən nominalda pul ilə bir müddət sonra eyni mal və xidmətləri almaq olmur. Məsələn, ölkədə illik 12% inflyasiya qeydə alınmışdırsa, bu o deməkdir ki, bir il əvvəl 100 manata alınan malları hazırda almaq üçün 112 manat tələb olunur.

Rəsmi məlumatlar görə, Azərbaycanda illik inflyasiya 2015-ci ildə 4%, 2016-cı ildə 12,4%, 2017-ci ildə 12,9%, 2018-ci ildə  2,3%, 2019-cu ildə 2,6%, 2020-ci ildə 2,8%, 2021-ci ildə 6,7% təşkil edib. Ərzaq inflyasiyası rəqəmləri daha yüksək olmuşdur. 2022-ci ildə də inflyasiyanın yüksək qalacağı gözlənilir.

Rəsmi inflyasiya rəqəmlərinə əsasən, ötən 6 il ərzində Azərbaycan mantının alıcılıq qabiliyyəti təxminən 50%-ə yaxın azalıb. Yəni, 6 il əvvəl 100 manata alınan məhsulları hazırda 150 manata almaq mümkündür. Digər tərəfdən, həqiqi inflyasiyanın rəsmi inflyasiyadan azı 2 dəfə çox olduğu bildirilir. Hər birimiz, Dövlət Statistika Komitəsinin qiymətlərin artması barədə məlumatlarının (inflyasiya göstəricilərinin) bazarlardakı qiymət artımlarından çox aşağı olduğunu müşahidə edirik. 2015-ci ildən ötən dövr ərzində qiymətlər ən azı 100% artıb. Ərzaq məhsullarının qiymətlərində artım nisbəti daha yüksəkdir. Qısası, 2015-ci ildə 100 manata alınan malları əldə etmək üçün bu gün ən azı 200 manat tələb olunur.

Həmçinin bu o deməkdir ki, 100 dolların qarşılığı olan 170 manatın təxminən 70 manatı sadəcə rəqəmdir. Bugünkü 170 manatın alıcılıq qabiliyyəti 2015-ci ildəki 85-100 manatın alıcılıq qabiliyyəti qədərdir. Əgər 2022-ci ildə də yüksək inflyasiya davam edərsə, bügünkü 170 manat 2015-ci ilin əvvəlindəki 70 manat ilə təxminən eyni alıcılıq qabiliyyətində olacaqdır.

Qiymətlər təkcə əhali üçün artmayıb, hökumət də bahalaşmadan əziyyət çəkir. Dövlət də əməkhaqlarını artırıb, mal və xidmətləri daha yüksək qiymətlər ilə satın alır. Bugün Dövlət də büdcəsindəki vəsait ilə 5 il əvvəlki işləri həyata keçirə bilmir.  

Yüksək inflyasiya ilə milli valyutanın alıcılıq qabiliyyətinin azalması Manatda növbəti devalvasiya təzyiqini artırır. Bugün Dövlət Neft Fondunun sataraq büdcəyə köçürdüyü hər 100 dolların qarşılığı olan 170 manata əvvəlki sayda mal və xidmətlər almaq mümkün deyil.  Eyni sayda mal və xidmətləri almaq üçün bugün təxminən 250-300 manat lazımdır. Dövlət bu qədər vəsaiti əldə etmək üçün valyuta ehtiyatlarından daha çox satış edə bilər, amma bu da məqsədəuyğun deyil, hökumətə valyuta ehtiyatlarını qoruyub artırmaq tapşırığı verilib.

15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET

Qiymətlərin artması, qonşu ölkələrin və Azərbaycanın əsas ticarət tərəfdaşlarının valyutalarının ucuzlaşması devalvasiyanı qaçılmaz edir. Hökumət hər 250-300 manatı əldə etmək üçün ya 100 dollar əvəzinə 150 dollar satmalı, ya da devalvasiyaya gedərək 1 dolları 2,5 və ya 3 manat etməlidir. Devalvasiya yolu seçilərsə ehtiyatlardan yenə 100 dollar satılacaq, lakin qarşılığında 250-300 manat əldə ediləcəkdir. Düzdür devalvasiya yenidən qiymətlərin artması ilə nəticələndiyindən çıxılmaz vəziyyət yaranır. Devalvasiya müvəqqəti fayda verə bilər, idxalın bahalaşması ilə qiymətlərin ümumi səviyyəsi də yüksəlir və bir müddət sonra qazanılan fayda yoxa çıxır.

Təssəvvür edək ki, qiymətlər daha da artıb, artıq 170 manata normal bazarlıq etmək olmur. Belə olan halda dövlət valyuta ehtiyatlarını dəyər dəyməzinə satmağa razı olacaqdır?! Yəqin ki, olmayacaqdır. Əgər 2022-ci ildə də qiymətlər sürətlə artarsa və neftin qiyməti yenidən çox aşağı düşərsə Azərbaycanda devalvasiya qaçılmaz ola bilər.

Digər tərəfdən Dollar/Manat məzənnəsinin sabit qalması ixrac ilə məşğul olan şirkətlərə də çətinlik yaradır. Azərbaycanda istehsal, əməkhaqqı, satış və digər xərcləri artmış şirkətlər xaricə satışdan qazandıqları hər 100 dollara görə hələ də 170 manat əldə edirlər. Dolların bahalaşması artan xərclərin kompensasiya edilməsinin yollarından biri ola bilər.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcəsinin 2 milyard 200 milyon manat kəsirlə icra olunacağı proqnozlaşdırılır. Belə ki, bu il Dövlət Neft Fondunun gəlirlərinin 10 milyard 589 milyon 705 min manat, xərclərinin isə 12 milyard 789 milyon 675 min manat olacağı nəzərdə tutulur. Fonddan 2022-ci il dövlət büdcəsinə 12 milyard 710 milyon manat transfert olunması nəzərdə tutulur ki, bu da hazırda 1,70 manat olan Dollar/Manat məzənnəsilə valyuta hərraclarında 7 milyard 476 milyon dollar satılacağı deməkdir. Əgər 1 dollar 3 manata bərabər olsa idi, büdcəyə 12 milyard 789 milyon 675 min manatın köçürülməsi üçün Fond cəmi 4 milyard 236 milyon dollar satardı və 3 milyard 240 milyon dollar qənaət edərdi. Belə olan halda Dövlət Neft Fondunun 2022-ci il büdcəsi kəsirlə deyil, profisit ilə proqnozlaşdırılardı. Beləliklə, valyuta ehtiyatlarının artırılmasının yollarından biri də devalvasiya ola bilər.

Devalvasiya vətəndaşların etirazına səbəb olur. Optimal yollardan biri əməkhaqlarının qaldırılması, əhalinin banklardakı Manat əmanətlərinin Dolların bahalaşmasının faizi qədər kompensasiya edilməsilə müşaiyət olunan devalvasiya ola bilər.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsi zamanı Dollar/Manat məzənnəsinin sabit qalmasını tərifləyib.

“Uzun illər ərzində manat sabitdir və həm ölkə əhalisi bundan faydalanır, həm də manata inam böyük dərəcədə artıb. Manat depozitlərinin həcmi artır və ümumi depozitlərin balansında artıq üstünlük təşkil edir. Bunun investorlar üçün də çox böyük faydası var. Çünki investorlar da görürlər ki, milli valyuta sabitdir. Belə olan halda investisiyalar, o cümlədən xarici investisiyalar daha böyük həcmlə təşkil oluna bilər",- Prezident İlham Əliyev bildirib.

Prezident qeyd edib ki, valyuta ehtiyatlarının artırılması barədə hökumətə tapşırıq verib:

“Bildiyiniz kimi, mənim hökumətə ümumi göstərişim ondan ibarət idi ki, biz valyuta ehtiyatlarının azalmasına imkan verməməliyik. Əgər lazım olarsa, xərcləri, xüsusilə investisiya xərclərini bir qədər azaldıb, amma valyuta ehtiyatlarımızı sabit saxlamalıyıq və çalışmalıyıq ki, artıraq. Çünki bu, bizə iqtisadi müstəqillik verir və iqtisadi müstəqillik olmadan, siyasi müstəqillikdən danışmaq mümkün deyil".

Hazırda müsbət olan yeganə proses neftin bahalaşamasıdır. Azərbaycan neftinin 90 dollardan da yüksək qiymətlərə satılması ölkəmizin valyuta gəlirlərini artırır və hökumətin Manatın alıcılıq qabiliyyətinin azalması vəziyyətinə daha çox dözməsinə imkanı verir.

15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET

Manat devalvasiya inflyasiya qiymətlər alıcılıq-qabiliyyəti
21.01.2022 16:17

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ