COP29 sonrası “PAŞA Bank”: Dayanıqlı maliyyələşməyə və yaşıl keçidə dəstək
Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank” Azərbaycanın iqlim və davamlılıq təşəbbüslərinə dəstək məqsədilə dayanıqlı maliyyələşmə və ekoloji layihələrə investisiyalar istiqamətində fəaliyyətini gücləndirdiyini bəyan edib.
30 sentyabr – 3 oktyabr tarixlərində keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi 2025 (BCAW2025) çərçivəsində təşkil olunan panel müzakirələrində Bankın İdarə Heyətinin sədr müavini Bəhruz Nağıyev çıxış edərək COP29-un Azərbaycanın maliyyə sektoruna təsirlərini və dayanıqlılıq istiqamətində bankların rolunu vurğulayıb.
Nağıyev çıxışında qeyd edib:
“COP29-dan sonra “PAŞA Bank” olaraq Azərbaycanın yaşıl keçidinə töhfə vermək üçün portfelimizi ekoloji və sosial meyarlara uyğunlaşdırır, dayanıqlı maliyyələşmə layihələrini dəstəkləyir və KOB-ların yaşıl keçidə cəlb olunmasına önəm veririk. İnanırıq ki, real təsir yalnız bütün maliyyə sektoru tərəfindən dayanıqlılıq prioritet kimi qəbul edildikdə mümkün ola bilər.”
"PAŞA Bank" İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev əlavə edib ki, COP29 prosesi maliyyə sektorunda güclü dinamika yaradıb və bankların yalnız iqtisadi mənfəət gətirən deyil, həm də ekoloji və sosial baxımdan məsuliyyətli layihələri maliyyələşdirməsi gözlənilir. O, həmçinin yaşıl maliyyə bazarının inkişafı üçün qanunvericilik çərçivəsinin təkmilləşdirilməsinin və beynəlxalq tərəfdaşlıqların gücləndirilməsinin vacibliyini qeyd edib.
BCAW2025 müxtəlif sahələrdə – siyasət, enerji, elm, maliyyə, gənclər sahibkarlığı, təhsil, moda, idman, mədəniyyət və digər istiqamətlərdə iqlim mövzusunda qlobal dialoqa şərait yaradır. Tədbir dünya liderlərini, mütəxəssisləri, sərmayəçiləri, sahibkarları, gəncləri və icmaları bir araya gətirir.
“PAŞA Bank” 2023-cü ildə BMT Qlobal Sazişinə qoşulub. Bankın “2024–2026-cı illər üçün Korporativ Sosial Məsuliyyət (KSM) strategiyası” BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun şəkildə hazırlanıb. Strateji dövr ərzində “iqlim dəyişikliyinə qarşı mübarizə” Bankın əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirilib.
Müştərilərin xəbərləri
AmCham-da AI gündəliyi – Cisco süni intellektə hazırlıq və rəqəmsal transformasiya təcrübəsini bölüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
29 d. əvvəl
ASELSAN Azərbaycanda istehsal müəssisəsi yaradacaq – iki mühüm razılaşma imzalandı
-
-
3 saat əvvəl
İsrailin müdafiə naziri: "Flydubai" təyyarəsindəki insident terror aktı cəhdi olub
- 4 saat əvvəl
-
4 saat əvvəl
“McDonald’s Azərbaycan” Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO
-
4 saat əvvəl
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
-
5 saat əvvəl
SOCAR neft-qaz layihələrində “Halliburton” ilə tərəfdaşlığı böyütmək istəyir
-
6 saat əvvəl
PAŞA Bank qlobal maliyyənin əsas toplantısında – 17-ci dəfə iştirak edir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Yeni maliyyə monitorinqi qaydası 3 ay təxirə salındı
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yasamalda ev almaq istəyənlər üçün yeni imkan: güzəştli kredit illik 8%-dən başlayır





























