Qətər Mərkəzi Bankı: Böyük valyuta ehtiyatımız var
Qətər Mərkəzi Bankın bir rəsmisi, Qətər Rialının düşməsinin spekulyasiyalardan irəli gəldiyini və ölkəsinin pulunu dəstəkləmək üçün istifadə edəcəyi çox böyük valyuta ehtiyatlarına malik olduğunu deyib.
"Marja" Reuters-ə istinadən xəbər verir ki, adının açıqlanmasını istəməyən səlahiyyətli, mərkəzi bankın maliyyə sektorunu çox diqqətlə izlədiyini və bazarda ehtiyac yaranarsa, əlavə likvidlik verəcəyini söyləyib.
Digər tərəfdən, "Foreks"in yaydığı xəbərə görə, Səudiyyə Ərəbistanı Mərkəzi Bankı, banklara Qətər bankları ilə Qətər Rialında əməliyyat etməmələrini tövsiyə edib. Mövzuya yaxın mənbələrin verdikləri məlumata görə, Səudiyyə Ərəbistanı Mərkəzi Bankının bu tövsiyəsi dünən axşam banklara çatdırıb.
Qətər istiqrazı alan müştəriyə kredit verilmir
Birləşmiş Ərəb Əmirliklərində bir çox bankın, Qətər şirkətləri və dövlət qurumlarının emissiya etdikləri istiqrazları almaq istəyən müştərilərinə yeni kreditlər verməyi dayandırdığı irəli sürülüb.
Mövzuya yaxın mənbələrin verdikləri məlumata görə, BƏƏ bankları, Körfəz ölkələri və Misirin Qətər ilə əlaqələrini kəsdikdən sonra riskləri azaltmaq üçün bu xidməti dayandırıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
1 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
1 saat əvvəl
Apple yeni iMac və MacBook Pro modellərini təqdim etdi – Qiymətlər açıqlandı
-
2 saat əvvəl
Türkiyənin 2027-ci il turizm hədəfləri açıqlandı – 66,6 milyon turist, 70 milyard dollar gəlir
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
6 saat əvvəl
İqtisadiyyat Nazirliyi yeni layihəyə başlayır – İqtisadi Observatoriya yaradılır
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda sürücülük vəsiqəsi alan qadınların sayı rekord həddə çatıb – Kişilərin sayı isə azalır
-
7 saat əvvəl
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil edib - FOTOLAR
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Türkiyənin 2027-ci il turizm hədəfləri açıqlandı – 66,6 milyon turist, 70 milyard dollar gəlir
ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi!
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda sürücülük vəsiqəsi alan qadınların sayı rekord həddə çatıb – Kişilərin sayı isə azalır
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil edib - FOTOLAR
“Crystal Group of Companies” vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi
Qızılın ucuzlaşması bitir? Avropa nəhəngindən açıqlama: “Qızıl bazarında ən pis mərhələ geridə qalıb”
Azərbaycan Çindən 4 yeni sərnişin qatarı alır – Bakıdan Xankəndi, Astara, Yalama və Mincivana qatarlar hərəkət edəcək




















