Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Sahib Rzayevə iki vəzifə həvalə olundu – Prezident sərəncam imzaladı

Prezident Sahib Rzayevi nazir müavini və Penitensiar xidmətin rəisi təyin etdi
iç səhifə xəbər başlığı altı (mobil)_31
Sahib Rzayevə iki vəzifə həvalə olundu – Prezident sərəncam imzaladı
iç səhifə xəbər şəkil altı (mobil)_32

Prezident İlham Əliyev Sahib Cəlil oğlu Rzayevin Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.

Marja.az xəbər verir ki, sərəncam 27 oktyabr 2026-cı il tarixində imzalanıb.

Sənədə əsasən, Sahib Cəlil oğlu Rzayev Azərbaycan Respublikasının ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi vəzifəsinə təyin edilib.

Sərəncam Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq imzalanıb.

Qeyd edək ki, S.Rzayev müxtəlif illərdə daxili işlər orqanlarında müstəntiq, Fövqəladə Hallar Nazirliyində şöbə, idarə və baş idarə rəisi vəzifələrində çalışıb. Bu təyinata qədər Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəisi vəzifəsində işləyib.

Prezidentin digər sərəncamı ilə, Mirsaleh Miradil oğlu Seyidov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib.

XXXX

M.M.Seyidovun Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

Mirsaleh Miradil oğlu Seyidov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilsin.

XXX

S.C.Rzayevin Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Sahib Cəlil oğlu Rzayev Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 oktyabr 2026-cı il

Sahib Cəlil oğlu Rzayev Penitensiar xidmətin rəisi ədliyyə nazirinin müavini
27.10.2026 13:02
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19