Azərbaycanın 5-ci böyük bankından 20 milyon manata yaxın xalis mənfəət
Aktivlərinin həcminə Azərbaycanda 5-ci böyük bank olan “Bank Respublika” ASC 2021-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, “Bank Respublika” 2021-ci ili 19 milyon 523 min manat xalis mənfəət ilə başa vurub. Bank 2020-ci ili 6 milyon 21 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Bank Respublika”nın xalis mənfəəti 2020-ci illə müqayisədə 2021-ci ildə 3,2 dəfə və ya 13 milyon 501 min manat artıb. Ötən ilin xalis mənfəətinin böyük hissəsi mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan qayıdış ilə əlaqədardır.
GƏLİRLƏRİ ARTIB
2021-ci ildə “Bank Respublika”nın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 113 milyon 870 min manat təşkil edib ki, bu da 2020-ci il ilə müqayisədə 15 % (və ya 14 milyon 896 min manat) çoxdur. 2020-ci ildə “Bank Respublika”nın cəmi əməliyyat gəlirləri 98 milyon 974 min manat təşkil etmişdi. Cəmi gəlirlərin artması faiz gəlirlərinin artması ilə əlaqədardır.
2021-ci ildə “Bank Respublika”nın cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 99 milyon 780 min manat təşkil edib ki, bu da 2020-ci il ilə müqayisədə 20,8% (və ya 17 milyon 155 min manat) çoxdur. 2020-ci ildə “Bank Respublika”nın cəmi əməliyyat xərcləri 82 milyon 624 min manat təşkil etmişdi. Cəmi əməliyyat xərclərinin artması həm faiz, həm də qeyri-faiz xərclərinin artması ilə əlaqədardır.
Ötən il “Bank Respublika”nın cəmi əməliyyat gəlirləri cəmi əməliyyat xərclərini üstələdiyindən Bankın 14 milyon 90 min manat əməliyyat mənfəəti yaranıb. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan qayıtmış 6 milyon 418 min manat mənfəətə əlavə edilib. Ötən il “Bank Respublika” 984 min manat mənfəət vergisi ödədiyindən ili 19 milyon 523 min manat xalis mənfəət ilə bağlayıb.
Xatırladaq ki, 2020-ci ildə “Bank Respublika”nın əməliyyat mənfəəti 16 milyon 350 min manat təşkil etmiş, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 10 milyon 327 min manat ayırdığı üçün həmin ili 6 milyon 21 min manat xalis mənfəət ilə bağlamışdı.
2020-ci illə müqayisədə 2021-ci ildə “Bank Respublika”nın xərcləri gəlirlərindən daha çox artdığından əməliyyat mənfəəti azalıb.
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR KƏSKİN ARTIB
“Bank Respublika”ın cəmi aktivləri 2020-ci illə müqayisədə 2021-ci ildə 19,2% və ya 198 milyon 328 min manat artaraq 1 milyard 232 milyon 367 min manata yüksəlib. Bank 2020-ci ilin sonunda 1 milyard 34 milyon 39 min manat cəmi aktivlərə malik idi.
“Bank Respublika”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2020-ci illə müqayisədə 2021-ci ildə 61,1% və ya 273 milyon 73 min manat artaraq 719 milyon 941 min manata yüksəlib. 2020-ci ilin sonunda Bankın kredit portfeli 446 milyon 867 min manata çatmışdı.
“Bank Respublika”ın depozit portfeli 2020-ci illə müqayisədə 2021-ci ildə 16,2% və ya 111 milyon 938 min manat artaraq 801 milyon 565 min manat təşkil edib. Bank 2020-ci ilin sonunda 689 milyon 627 min manat cəmi depozitlərə malik idi.
MƏCMU KAPİTALI 100 MİLYON MANATI AŞIB
31 dekabr 2021-ci il tarixində “Bank Respublika” 104 milyon 484 min manat məcmu kapitala malik olub. Bank 31 dekabr 2020-ci il tarixində 83 milyon 893 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
5 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
5 saat əvvəl
"Yeni tədbirlər və yeni sistemin nəticəsində biznesdə artım mərhələsi başlayıb" - MÜSAHİBƏ
-
-
5 saat əvvəl
İran ABŞ-a məxsus pilotsuz sualtı aparatı ələ keçirdiyini açıqladı
-
5 saat əvvəl
Unicapital təqdim edir: FINCA-nın yüksək gəlirli manat istiqrazları ®
-
7 saat əvvəl
Expressbank Qusarın bütün ucqar kəndlərində birinciləri sevindirib ®
-
7 saat əvvəl
Azərbaycan və Huawei arasında yeni əməkdaşlıq istiqamətləri müzakirə olundu
- 7 saat əvvəl
-
8 saat əvvəl
PAŞA Real Estate – FORMULA 1 QATAR AIRWAYS AZERBAIJAN GRAND PRIX 2026-nın tərəfdaşı oldu ®
- 8 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanda fermerlər üçün sığorta qaydaları dəyişdi – 3 MÜHÜM YENİLİK
-
9 saat əvvəl
Dövlət istiqrazlarına güclü tələb: 200 milyonluq buraxılışa 393,5 milyon manat sifariş
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
"Yeni tədbirlər və yeni sistemin nəticəsində biznesdə artım mərhələsi başlayıb" - MÜSAHİBƏ
İran ABŞ-a məxsus pilotsuz sualtı aparatı ələ keçirdiyini açıqladı
Expressbank Qusarın bütün ucqar kəndlərində birinciləri sevindirib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Real Estate – FORMULA 1 QATAR AIRWAYS AZERBAIJAN GRAND PRIX 2026-nın tərəfdaşı oldu ®
Ən çox oxunanlar
Bakı–Ciddə reysləri sentyabrın 15-dən yenidən başlayır
Dövlət istiqrazlarına güclü tələb: 200 milyonluq buraxılışa 393,5 milyon manat sifariş
Dələduz sizin adınıza kredit götürsə, borcu kim ödəyəcək? - Ali Məhkəmədən onlayn kreditlərlə bağlı mühüm açıqlama
PAŞA Bankın dəstəyi ilə “Qız qalası” baleti yenidən səhnəyə qayıdır
Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb
Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb





















