Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Gəncə iqtisadiyyatının həcmi 1,1 milyard manatı keçib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gəncə iqtisadiyyatının həcmi 1,1 milyard manatı keçib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2021-ci ilin yanvar-dekabr aylarında Gəncə şəhərinin iqtisadi və sosial inkişafı haqqında məlumatlar açıqlanıb. 

Ümumi məhsul buraxılışı (ÜMB)

Gəncə Şəhər Statistika İdarəsindən Marja-ya verilən məlumata görə, 2021-ci ilin yanvar-dekabr aylarında Gəncə şəhər iqtisadiyyatının əsas sahələrində 1 milyard 124,7 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmiş, ÜMB-nin hər nəfərə həcmi 3349,1 manat təşkil etmişdir. ÜMB-nin 707,3 milyon manatı (62,9 faiz) istehsal, 417,4 milyon manatı (37,1 faiz) xidmət sahələrinin payına düşür. İstehsal edilmiş məhsul və göstərilmiş xidmətlərin həcmi sənayedə 547,0 milyon manat (48,6 faiz), kənd təsərrüfatında 2,8 milyon manat (0,3 faiz), tikintidə 157,5 milyon manat (14,0 faiz), nəqliyyat və anbar təsərrüfatında 25,7 milyon manat (2,3 faiz), informasiya və rabitədə 6,7 milyon manat (0,6 faiz), ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində 385,0 milyon manat (34,2 faiz) təşkil etmişdir.

Sənaye

2021-ci ilin yanvar-dekabr aylarında 547 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xidmətləri göstərilmişdir. İstehsalın həcmi emal sektorunda 91,8 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatında 5,1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalında 3,1 faiz təşkil etmişdir.  istehsal olunmuş məhsulun 83,3 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Emal sektorunda 2021-ci ilin yanvar-dekabr ayları ərzində 502,3 milyon manatlıq məhsul istehsal edilmiş, sektorun məhsullarının əsasını metallurgiya sənayesi və qida məhsulları istehsalı təşkil etmişdir. Cari ilin yanvar-dekabr aylarında qida məhsulları istehsalının real həcmi 134,3 milyon manat təşkil etmiş, 656,3 ton digər un (makaron) məmulatları istehsal edilmişdir. İçki istehsalının real həcmi 15,4 milyon manat təşkil etmiş, 3,7 min dekalitr  konyak (brendi), 181,0 min dekalitr araq, 25,4 min dekalitr ağ və 134,0 min dekalitr qırmızı şərab istehsal edilmişdir. Rezin və plastik kütlə məmulatları istehsalı 5,7 milyon manat təşkil etmiş, 75,4 ton bərk  polipropilen borular, 18,2 ton plastik borular, 776,7 ton polietilen kisə və çantalar istehsal edilmişdir. Metallurgiya sənayesi məhsulları istehsalının real həcmi 271,0 milyon manat təşkil etmiş, 18,7 min ton emal edilməmiş alüminium ərintiləri, 33,0 min ton qalınlığı 0,2 mm-dən çox olan alüminium ərintilərdən zolaqlar və lentlər, 577,7 ton latun borular, 169,4 ton mis çubuqlar və profillər, 785,4 ton qara metallardan sair konstruksiyalar istehsal edilmişdir. Kompüter, elektron və optik məhsulların həcmi 13,4 milyon manat təşkil etmiş, 217,4 min ədəd mexaniki, 17,1 min ədəd elektron su sayğacı, 8,1 min ədəd fərdi qaz tənzimləyicisi istehsal edilmişdir. Avtomobil, qoşqu və yarımqoşquların istehsalının real həcmi 45,9 milyon manat təşkil etmiş, 651 ədəd Belarus traktor, 95 ədəd MAZ yük avtomobili, 31 ədəd qoşqu, 214 ədəd sair vakuum nasosları istehsal edilmiş, bununla yanaşı sektorda 3985,7 min kv.m tibbi cuna (tənzif), 51,2 min dekalitr etil spirti, 133,1 ton sink oksidi: sink peroksidi, 13,8 ton maqnezium hidroksid və peroksidləri, 44,0 min ton hörmə üçün hazır olan beton qarışığı və s. sənaye məhsulları da istehsal edilmişdir.

İl ərzində şəhər əhalisinə və digər istehlakçılara 378,4 milyon kVt-saat  çox elektrik enerjisi, 168,4 milyon kub metr təbii qaz, 9,2 milyon kub metr təbii su, 21,6 min Q.kal. istilik enerjisi verilmişdir.

İstehlakçılara 549,3 milyon manatlıq sənaye məhsulu göndərilmiş, 01 yanvar 2022-ci il vəziyyətinə sənaye müəssisələrinin anbarlarında 35,2 milyon manatlıq və ya sənayenin ümumi məhsulunun 6,4 faizini hazır məhsul ehtiyatı olmuşdur. Bununla yanaşı sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 1,8 milyon manatlıq məhsul mövcud olmuşdur.

Kənd təsərrüfatı

2021-ci ilin yanvar-dekabr aylarında kənd təsərrüfatının ümumi məhsulu 2 milyon 845,9 min manat təşkil etmiş, 2 milyon 125,0 min manatı bitkiçilik, 720,9 min manatı heyvandarlıq məhsullarından ibarət olmuşdur. 2021-ci ilin məhsulu üçün 61,2 hektar kənd təsərrüfatı bitkilərinin əkin işləri aparılmış, ondan dənlilər və dənli paxlalı bitkilər 29,0 hektar, tərəvəz bitkiləri 32,2 hektar təşkil etmişdir. İl ərzində tarlalardan 52,5 ton dənlilər və dənli paxlalı bitkilər, 103,4 ton tərəvəz toplanmışdır. 2021-ci ilin yanvar-dekabr aylarında 332,1 hektar meyvə və giləmeyvə bağlarının 308,0 hektarı bar verən yaşda olmuş və 847,2 ton məhsul toplanmış, 127,2 hektar üzüm bağlarından 463,5 ton məhsul yığılmışdır. Heyvandarlıq sahəsində 70,5 ton ət (diri çəkidə), 589,2 ton süd, 613 min ədəd yumurta istehsal edilmişdir. 2022-ci il yanvar ayının 1-nə təsərrüfatlarda 1085 baş iribuynuzlu mal-qara (ondan 444 baş inək və camış), 1937 baş qoyun və keçi mövcud olmuşdur.

Tikinti

2021-ci ilin yanvar-dekabr aylarında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 200 milyon 82,9 min manat məbləğində, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 24,7 faiz az vəsait yönəldilmişdir. İstifadə olunmuş vəsaitin 83 milyon 564,3 min manatı (41,8 faizi) məhsul istehsalı sahələrinə, 92 milyon 736,3 min manatı (46,3 faizi) xidmət sahələrinə, 23 milyon 782,3 min manatı (11,9 faizi) yaşayış evlərinin tikintisinə, ondan 3640,6 min manatı (ümumi vəsaitin 1,8 faizi) fərdi yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 157 milyon 475,2 min manatı və ya 78,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. 2021-ci ilin yanvar-dekabr aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş işlərin həcmi 22 milyon 878,6 min manat təşkil etmiş və ümumi tikinti işlərinin 17 milyon 62,5 min manatını, yaxud 74,6 faizini hüquqi şəxslərin yerinə yetirdiyi tikinti işləri (ondan 63,4 faizini tikinti, yenidənqurma və genişləndirmə, 1,7 faizini əsaslı təmir, 8,1 faizini cari təmir işləri, 1,4 faizini sair işlər) təşkil etmişdir. 25,4 faizi isə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən yerinə yetirilmişdir. 

Nəqliyyat

2021-ci ilin yanvar-dekabr aylarında avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 58 milyon 34,0 min nəfər sərnişin daşınmış, 2020-ci ilin müvafiq dövrünə nisbətən 2,1 faiz artma müşahidə olunmuşdur. Avtomobil nəqliyyatı ilə 3 milyon 510,0 min ton yük daşınmış və 2020-ci ilin yanvar-dekabr aylarına nisbətən 1,2 faiz artmışdır.

İnformasiya və rabitə

İnformasiya və rabitə müəssisələri tərəfindən 2021-ci ilin yanvar-dekabr ayları ərzində faktiki qiymətlərlə 6655,2 min manatlıq xidmət göstərilmiş və 98,7 faizi əhali tərəfindən istehlak olunmuşdur. 2020-ci ilin yanvar-dekabr ayları ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi dəyər ifadəsində 6,7 faiz artmış, bu sahədə əldə olunmuş gəlirin 88,7 faizi dövlət sektoru tərəfindən həyata keçirilmiş, 2020-ci ilin müvafiq dövrünə nisbətən 2,5 faiz artmışdır. 2020-ci ilin yanvar-dekabr ayları ilə müqayisədə əhaliyə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 8,5 faiz artmışdır.

Pərakəndə ticarət

2021-ci ilin yanvar-dekabr aylarında pərakəndə ticarət şəbəkələrindən əhaliyə 1170 milyon 166,0 min manatlıq məhsul, o cümlədən  845 milyon 750,0 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 324 milyon 416,0 min manatlıq qeyri-ərzaq məhsulları satılmış, xidmət sahələri tərəfindən 300 milyon 658,2 min manatlıq ödənişli xidmət göstərilmişdir. Əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 273,1 manat təşkil etmiş, ticarət şəbəkəsində bir şəhər sakini orta hesabla ayda 197,4 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 75,7 manatlıq qeyri-ərzaq malları almış, 70,2 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə etmişdir.

İstehlak qiymət indeksləri

2021-ci ilin dekabr ayında istehlak məhsullarının və ödənişli xidmətlərin qiymətlərində noyabr ayına nisbətən 1,6 faiz bahalaşma, o cümlədən ərzaq məhsulları, içkilər və tütünün qiymətlərində 0,5 faiz, qeyri-ərzaq məhsullarının qiymətlərində 6,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində 4,4 faiz bahalaşma müşahidə olunmuşdur. 2021-ci ilin yanvar-dekabr aylarında 2020-ci ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və ödənişli xidmətlərin qiymətlərində 2,5 faiz bahalaşma, o cümlədən ərzaq məhsulları, içkilər və tütünün qiymətlərində 1,3 faiz, qeyri-ərzaq məhsullarının qiymətlərində 8,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində 5,4 faiz bahalaşma müşahidə olunmuşdur.

Muzdla işləyənlərin sayı

Məşğul əhalinin tərkib hissəsi olan muzdla çalışan işçilərin sayı şəhər üzrə 2021-ci ilin yanvar-noyabr aylarında 45564 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 28255 nəfər (62,0 faiz), qeyri-dövlət sektorunda 17309 nəfər (38,0 faiz) təşkil etmişdir. Muzdlu işçilərin 17,1 faizi məhsul istehsalı sahələrində, ondan 15,3 faizi sənaye  (o cümlədən 9,6 faizi emal, 2,2 faizi elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 3,5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı) sahələrində, 1,0 faizi tikinti, 0,8 faizi kənd təsərrüfatı, ovçuluq və meşəçilik sektorunda məşğul olmuşdur. Xidmət sahələrində çalışanların 24,4 faizi təhsil, 23,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8 faizi səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,2 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,1 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 2,0 faizi peşə, elmi və texniki fəaliyyət, 1,5 faizi maliyyə və sığorta, 1,2 faizi informasiya və rabitə, 0,7 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 0,4 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,4 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, 0,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində çalışmışlar.

İl ərzində hüquqi şəxslər tərəfindən 1780 yeni iş yeri açılmış və 2548 yeni fərdi sahibkarlıq subyektləri yaradılmışdır. İş yerlərinin 19,83 faizi yeni, 77,14 faizi mövcud, 3,03 faizi isə fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda yaradılmışdır.

Əməkhaqqı

2021-ci ilin yanvar-noyabr aylarında şəhərdə muzdla işləyənlərin orta aylıq əməkhaqqı 538,6 manat, dövlət sektorunda 556,1 manat, qeyri-dövlət sektorunda 510,4 manat təşkil etmişdir. İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq əməkhaqqı orta şəhər göstəricisinə nisbətən yüksək olmuş, emal sənayesində 569,5 manat, elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatında 696,0 manat, maliyyə və sığortada 1162,6 manat, dövlət idarəetməsi və müdafiə; sosial təminatda 828,4 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində 563,3 manat təşkil etmişdir. 

Demoqrafik vəziyyət

Gəncə şəhər əhalisinin sayı 2022-ci il yanvar ayının 1-i vəziyyətinə məcburi köçkünlər istisna olmaqla, 335 min 807 nəfər, o cümlədən kişilərin sayı 163 min 857 nəfər (48,8 faiz), qadınların sayı 171 min 950 nəfər (51,2 faiz) təşkil edir. Ərazisi 110 (2013-cü ildən 125) kv.km olmaqla əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 3053 (2686) nəfər olmuşdur. Əhalinin ümumi sayında əmək qabiliyyətli yaşadək əhali (0-14 yaşda olan uşaq və yeniyetmələr) 18,1 faiz, əmək qabiliyyətli yaşda (kişilər 15-64 yaş, qadınlar 15-61 yaş) əhali 71,5 faiz və əmək qabiliyyətli yaşdan yuxarı (ahıllar) əhali 10,4 faiz təşkil edir. Əhalinin 54,5 faizi Kəpəz, 45,5 faizi isə Nizami rayonunda yaşayır. Ədliyyə Nazirliyinin şəhər qeydiyyat şöbələri tərəfindən 2021-ci il ərzində şəhərdə 2567 nəfər doğulan körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 7,6 təşkil etmişdir. Doğulan körpələrin 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Körpələrin 29-u əkiz doğulmuşlar. 2772 ölüm halı qeydə alınmış və əhalinin hər 1000 nəfərinə 2020-ci illə müqayisədə 8,7-dən 8,3-ə qədər azalmışdır. 1614 nikaha daxilolma və 752 boşanma halları qeydə alınmış, əhalinin hər 1000 nəfərinə 2020-ci ilə nisbətən nikahların sayı 2,6-dan 4,8-ə, boşanmaların sayı 1,8-dən 2,2-ə qədər artmışdır. 2021-ci il ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün şəhərə 519 nəfər gələn, şəhərdən 309 nəfər gedən qeydə alınmış, şəhər üzrə miqrasiya saldosu müsbət 210 nəfər təşkil etmişdir.

Gəncə iqtisadi sosial
18.02.2022 08:01

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ