AccessBank agent bankçılıq layihəsinə başlamış ilk yerli bankdır
(®) Ölkədə maliyyə xidmətlərinə əlçatanlığın artırılması məqsədilə AccessBank, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərpoçt-un birgə əməkdaşlığı çərçivəsində agent bankçılıq modelinin tətbiqinə start verilib.
Bankın yaydığı məlumatda bildirilir ki. regionlarda maliyyə inklüzivliyinin yüksəldilməsini hədəfləyən layihə Mərkəzi Bankın təşəbbüsü və İqtisadi Məsələlər üzrə İsveçrə Dövlət Katibliyi (SECO) ilə tərəfdaşlıqda Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) konsultasiya dəstəyi ilə həyata keçirilir.
Agent bankçılıq modeli bank məhsul və xidmətlərinin müştərilərə üçüncü tərəf təşkilatlar tərəfindən təqdim edilməsidir. Beynəlxalq təcrübədə xüsusilə bank filial və şöbələrinin sayı az olan ərazilərdə əhalinin bank xidmətlərinə çıxış imkanlarının artırılması üçün sözügedən modeldən geniş istifadə edilir.
Qeyd edilib ki, agent bankçılıq layihəsi Azərbaycanda ilk dəfədir ki, reallaşdırılır və AccessBank layihəyə başlamış ilk yerli bankdır. Bank ilə Azərpoçt arasında bağlanmış müqaviləyə əsasən, layihəyə Azərpoçt-un ilk olaraq Ağdaş rayonundakı filialı qoşulub. Artıq mart ayından etibarən vətəndaşlar adıçəkilən poçt filialında bank əməliyyatlarını həyata keçirə bilirlər. Layihə cari il ərzində ölkənin digər poçt şəbəkələrini də əhatə edəcək. Bu layihənin reallaşması nəticəsində AccessBank-ın təklif etdiyi qabaqcıl bank məhsulları və xidmətləri müxtəlif regionların sakinləri üçün daha da əlçatan olacaq.
AccessBank Ağdaş rayonunun yerli Azərpoçt filialında müştərilərə mikro və aqro kreditlər, həmçinin istehlak kreditləri və debit kartlarını təklif edir.
AccessBank-ın Pərakəndə Bankçılıq üzrə İcraçı Direktoru İlkin Quliyev bildirib ki, agent bankçılıq layihəsi regionlardakı əhalinin maliyyə sektoruna marağının artırılması məqsədini güdür:
”Agent bankçılıq layihəsinə qatılan ilk bank olaraq, Ağdaş sakinlərinə məhsul və xidmətlərimizi təklif etməkdən məmnunuq. Agent bankçılıq bank xidmətlərini əlçatan etməklə yanaşı, həm də əhali arasında maliyyə savadlılığının artırılmasında mühüm rol oynayacaq. AccessBank-ın əsas strateji hədəfi kiçik və orta sahibkarlığa dəstək olmaqla ölkənin biznes mühitinə töhfə verməkdir. Eyni zamanda pərakəndə sektorunun müştərilərini ilkin tələbatları ilə – istehlak kreditləri və kartlarla təmin etməkdir. Məhz bu səbəbdən agent bankçılıq layihəsi həm Bankımız, həm də Mərkəzi Bank üçün xüsusi önəm daşıyır. Layihənin reallaşdırılması üçün Azərpoçt əməkdaşlarına bankçılıq, bank məhsul və xidmətləri haqqında silsilə təlimlər keçmişik.”
IFC-nin Çənubi Qafqaz üzrə Regional Meneceri Ivana Fernandes Duarte layihənin əhəmiyyətini vurğulayıb:“IFC, agent bankçılıq layihəsini xərcləri azaltmaq imkanına görə dəstəkləyir. Çünki bu layihə sayəsində banklar ucqarlarda filial şəbəkəsi açmadan da xidmət göstərə bilirlər”.
AccessBank və Azərpoçt arasında əldə olunmuş razılığa əsasən, növbəti mərhələdə agent bankçılıq layihəsinə daha bir neçə region da qoşulacaq.
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla 29 filialı fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 2 saat sonra
- 6 saat əvvəl
-
8 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 9 saat əvvəl
-
10 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib


























