Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Qlobal qiymət artımı istehlakçılarımıza necə təsir edir?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qlobal qiymət artımı istehlakçılarımıza necə təsir edir?
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Müəllif: Səadət HƏNİFƏYEVA (PR menecer, Veysəloğlu Şirkətlər Qrupu)

Qlobal qiymət artımına hansı amillər təsir edir?

Reklam_3_11

15 mart dünyada İstehlakçı Hüquqlarının Müdafiəsi Günü kimi qeyd olunur. İstehlakçı kimi öz hüquqlarımızı bilmək və tələb etmək hər birimizin haqqıdır. Lakin istehlakçılar bu il həm qlobal miqyasda, həm də yerli bazarda qiymət artımı ilə qarşılaşdılar.

Qiymət artımı təkcə Azərbaycanda deyil, bütün dünyada baş verən qaçılmaz prosesdir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, dünyada ərzaq qiymətləri ötən 10 ildə ən yüksək həddə çatıb. Qiymət artımının əsas səbəbləri ekoloji dəyişikliklər, dünyanın müxtəlif bölgələrində siyasi və sosial qeyri-sabitlik, pandemiya şəraiti, artan yanacaq qiymətləri, logistika prosesinin bahalaşması və xammal qıtlığının yaranmasıdır.

Son iki il ərzində pandemiya nəticəsində tədarük zəncirləri və ticari münasibətlər əsaslı şəkildə sarsılıb. Fevralın sonundan başlayan Rusiya-Ukrayna münaqişəsi nəticəsində idxal-ixrac nəqliyyat xətlərinin sıradan çıxması, iqtisadi, o cümlədən kənd təsərrüfatı fəaliyyətinin dayandırılması həm bölgədə, həm də dünyada qiymətlərin artımına səbəb ola bilər.

Bu vəziyyət buğdanın qiymətinə də təsir edir. Çünki müharibədə tərəflər Avropada əsas taxıl ixracatçılarıdırlar və gələcəkdə regionun da taxılla təchizatda müəyyən çətinliklərlə üzləşməsi mümkündür. Hazırda buğdanın qiyməti son 14 ilin ən yüksək səviyyəsinə çatıb.

Bəs ölkəmizə bu, necə təsir edir?

Dünyadakı mövcud iqtisadi vəziyyət və regiondakı müharibə şəraiti qlobal iqtisadiyyata inteqrasiya etmiş Azərbaycana da təsirsiz ötüşməyib. Doğrudur, həm rəsmi statistika, həm də şirkətimizin dərc etdiyi “Veysəloğlu Pərakəndə İndeksi”nə nəzər salsaq, görərik ki, bazarda qiymətlər artır. Dünya ərzaq bazarlarında məhsulların qiymətlərində müşahidə olunan kəskin bahalaşmanın əhalinin alıcılıq qabiliyyətinə mənfi təsirini azaltmaq üçün dövlətimiz mümkün riskləri nəzarətdə saxlayaraq minimallaşdırmağa çalışır.

Biz də əhalini gündəlik istehlak malları ilə təmin edən qrup olaraq, istehlakçıların maraqlarının qorunmasında məsuliyyətimizi tam şəkildə anlayırıq. Onda sual yaranır ki, bəs biz öz satdığımız məhsulların qiymətlərinin kəskin artmaması məqsədilə hansı tədbirləri görə bilərik?

Biz nə edə bilərik?

İstehlak bazarında kəskin qiymət artımının qarşısını almaq üçün əvvəlcə xərclər optimallaşdırılır. Bu nə deməkdir? İlk növbədə logistika proseslərinin təkmilləşdirilməsi. Məsələn, nisbətən yaxın ərazilərə bir neçə yük maşını əvəzinə, bir irihəcmli yük maşını ilə çatdırılmanı həyata keçirir, beləliklə, yanacaq sərfiyyatına və vaxta qənaət edirik. Meyvə-tərəvəzi yerli fermerlərdən almağa üstünlük veririk. Kiçik sahibkarlarla çalışdığımız üçün “OBA” marketlər şəbəkəsində məhsulları mümkün olan aşağı qiymətə müştərilərə təqdim edirik. Üstəlik, partnyorlarla etibarlı və uzunmüddətli əməkdaşlıq münasibətləri sayəsində idxal olunan məhsulların qiymətinin marketlərimizdə imkan daxilində sabit saxlanılmasına çalışırıq.

Bu yaxınlarda yerli xəbər saytlarının birində bananın qiymətlərində artım ilə bağlı yazı dərc olunmuşdu. Bizə də bu mövzu ilə bağlı sorğu göndərilmişdi. Qrupumuza aid Meyvə-tərəvəz satınalma şirkətinin təmsilçisi Sərdar Ceylan bananın qiymətlərində artımın səbəblərini belə izah edir: “Fevral ayının əvvəlində dünyanın aparıcı banan ixracatçısı olan Ekvadorun özündə də bananın qiymətində artım oldu. Digər səbəblərdən biri də Gürcüstan limanına gələn banan daşıyan gəmilərdəki gecikmə idi. Bundan əlavə, nəqliyyat və konteyner qiymətlərində ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 25% qiymət artımı müşahidə olundu. Qiymətə təsir edən başqa amillər sırasında iqlim dəyişikliyi səbəbindən keyfiyyətli məhsulun tapılmasında yaranmış müəyyən çətinliklər var idi”.

Əlavə olaraq, deyə bilərik ki, bazardakı tələb-təklif nisbəti də qiyməti müəyyənləşdirən amillərdən biridir. Ərzaq istehsalçıları qıtlıq, logistikada yaranmış “darboğazlar”, habelə nəqliyyat, hava və əmək problemləri ilə rastlaşmalı oldular. Bütün bunlar ərzaq qiymətlərinin artmasına səbəb olur.

Burada biz nəyə diqqət edirik?

Marketlərimizdə qiymətləri tənzimləmək məqsədilə şirkətimiz vaxtaşırı olaraq rəflərin monitorinqini aparır. Burada bir neçə məqam nəzərə alınır: məhsulların rəflərdə düzülüşü, qiyməti, anbarda miqdarı. Həmçinin distribütor kimi xidmət göstərdiyimiz digər marketlərdə malların satış qiyməti ilə bağlı tədarükçülər ilə şifahi formada maarifləndirici söhbətlər aparırıq və tövsiyələr edirik.

Yuxarıda qeyd etdiyimiz “Veysəloğlu Pərakəndə İndeksi” marketlərimizdə qiymət dəyişikliklərini şəffaf şəkildə göstərmək məqsədilə ən yüksək alıcı tələbatı olan məhsullar üzrə göstəriciləri əks etdirir. İndeks artıq ölkəmizin aparıcı maliyyə təşkilatlarının marağına səbəb olub və ona görə biz bu indeksi hər ayın ilk ongünlüyündə ictimaiyyət və maliyyə qurumları ilə paylaşırıq.

15.03.2022 14:59

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ