Bakı-Gəncə sürət qatarlarının hərəkəti bərpa olunur - YENİ QİYMƏTLƏR
19 martdan etibarən Bakı-Gəncə istiqaməti üzrə gediş haqqı standart yerlər üçün 20 manat, biznes yerlər üçün isə 33 manat səviyyəsində təyin olunub.
19 mart tarixindən etibarən Bakı-Gəncə sürət qatarının hərəkəti bərpa olunacaq.
"Azərbaycan Dəmir Yolları" QSC-dən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, sərnişinlərin rahatlığını təmin etmək məqsədilə qatar gündəlik əsasda fəaliyyət göstərəcək. Bakıdan 08:00-da yola düşən və Gəncəyə 11:40-da çatan qatar həmin gün 18:00-da Gəncədən çıxacaq və 21:35-də Bakıda olacaq. Gəncə istiqamətində yolda olma müddəti 3 saat 40 dəqiqə, Bakıya dönüşdə isə 3 saat 35 dəqiqə təşkil edəcək.
Bakı-Gəncə qatarına biletlərin satışına bu gündən start verilib. Bilet alışı zamanı yaşı 18-dən yuxarı olan sərnişinlərdən peyvənd sertifikatı, əks-göstəriş sertifikatı və ya immunitet sertifikatı tələb olunur. Sərnişinlər qatarda olarkən tibbi maskalardan istifadə etməlidirlər.
Bakı-Gəncə marşrutu üzrə sərnişinlərə İsveçrənin “Stadler Rail Group” şirkəti tərəfindən istehsal olunan KISS markalı oturacaq tipli ikimərtəbəli elektrik qatarı xidmət edir.
Qatarda 9-u birinci klass yeri, 62-si biznes yeri və 296-sı isə standart yer olmaqla, cəmi 367 oturacaq yer mövcuddur.
19 martdan etibarən Bakı-Gəncə istiqaməti üzrə gediş haqqı standart yerlər üçün 20 manat, biznes yerlər üçün isə 33 manat səviyyəsində təyin olunub. Qeyd edilib ki, hazırda Bakı-Gəncə qatarında qidalanma xidməti göstərilmir.
Qatarın hərəkət cədvəli və gediş haqqı tarifləri barədə daha ətraflı məlumatı ticket.ady.az saytından əldə etmək olar.
Məlumatda qeyd edilib ki, beynəlxalq məsləhətçi şirkətlərin “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) maliyyə dayanıqlılığının təmin edilməsinə dair tövsiyələrinə uyğun olaraq Bakı-Gəncə sürət qatarı üçün gediş haqları dəyişdirilib. Bundan sonra əldə olunan gəlir artsa da, yeni tariflər hesabına xərcin yalnız bir qismini ödəmək mümkündür. Bu gün ADY sərnişin daşımalarında yaranan zərəri yüklərin daşınmasından əldə etdiyi gəlirlər hesabına qarşılayır.
Bakı-Gəncə qatarının hərəkəti koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə 2020-ci ilin mart ayında dayandırılmışdı. Həmçinin bu dövrdə Bakı-Böyük Kəsik xəttində, o cümlədən xəttin Ucar-Gəncə hissəsində elektrik təchizatı sisteminin 3 kV sabit cərəyandan 25 kV dəyişən cərəyana keçirilməsi istiqamətində işlər aparılıb. Bakı-Gəncə qatarının hərəkətinin bərpa edilməsi Ucar-Gəncə hissəsində işlərin bitməsindən sonra mümkün olub.
Bu günədək Bakı-Böyük Kəsik xəttinin yalnız Ucar-Böyük Kəsik hissəsi dəyişən cərəyana keçirilib. Ucar-Bakı hissəsində də analoji işlərin aparılmasına başlanılıb. Bu işlərin aparılması davam etdikcə Bakı-Gəncə qatarının fəaliyyətində fasilələrin yaranması mümkündür. ADY sərnişinlərdən bu məsələyə anlaşıqla yanaşmağı xahiş edir və yarana biləcək narahatlığa görə üzr istəyir.
Dəyişən cərəyana keçid enerji resurslarının istifadəsində qənaətə, xərclərin azalmasına, təmir və texniki xidmətin optimallaşdırılmasına, istismarın etibarlılığının artırılmasına və nəticə etibarilə yük və sərnişin daşınmasının yaxşılaşmasına gətirib çıxaracaq.
Həmçinin Bakı-Gəncə sürət qatarının marşrutunun Ağstafa stansiyasına qədər uzadılması istiqamətində işlər həyata keçirilməkdədir. Hazırda qatar Bakı, Biləcəri, Yevlax, Goran və Gəncə stansiyalarında dayanır.
Müştərilərin xəbərləri

“OBA” marketlər şəbəkəsinin İnsan Resurslarında beynəlxalq standartlara uyğun yeni mərhələ: SAP HR moduluna uğurlu keçid
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 3 saat əvvəl
-
3 saat əvvəl
FAB Şirkətlər Qrupu Orta Asiya bazarına böyük həcmli ixraca hazırlaşır
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
3 saat əvvəl
"FED-in müstəqilliyini itirməsi halında qızılın qiyməti 5000 dollara çata bilər"
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mal-qaranın və keçi-qoyunların sayı ən aşağı həddə düşüb, ölkəyə ət idxalı 17,5 % artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Qeyri-neft-qaz sektorun vergi daxilolmaları 690,4 milyon manat çox olub
-
4 saat əvvəl
"Rebuild Karabakh 2025"də sahibkarlar üçün ödənişsiz stend təklif olunur
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər

“OBA” marketlər şəbəkəsinin İnsan Resurslarında beynəlxalq standartlara uyğun yeni mərhələ: SAP HR moduluna uğurlu keçid


“Zamex”dən vətəndaş şikayətləri artıb

Azərbaycanda külək turbinləri istehsal oluna bilər - Türkiyə şirkətlərilə görüş keçirilib, Azərbaycana dəvət olunublar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

“Azərşin” ləğv oluna bilər

"Maybo" şirkətinin xalis mənfəəti kəskin artıb

Yanğın hadisələri üzrə fermerlərə 29 min manat ödəniş edilib

AZCON-da yeni təyinat olub

Özəl bank dövlət bankının səhmdarları sırasına daxil olub

"Prime Cotton" 30 illik yubileyində pambıqçılar üçün ənənəvi “Açıq Tarla Günü”nü keçirdi

Batareya Saxlanc Sistemləri qurulur - Azərbaycanda deyil, bütövlükdə MDB-də ilk olacaq
