Dövlət Vergi Xidmətində Yay Təcrübə Proqramı keçiriləcək - GƏNCLƏR İŞƏ CƏLB EDİLİR
Layihə gənclərin gələcəkdə Dövlət Vergi Xidmətində işə cəlb edilməsi məqsədini daşıyır.İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tələbələrin bilik, bacarıq və şəxsi inkişafına dəstək vermək məqsədilə 2022-ci ilin yayında ali təhsil müəssisələrinin tələbələri üçün ödənişsiz Yay Təcrübə Proqramı təşkil edir.
Təcrübə proqramı çərçivəsində tələbələr nəzəri biliklərini praktikada tətbiq etmək, dövlət vergi orqanlarının işi ilə tanış olmaq, təlim və seminarlarda iştirak etməklə biliklərini artırmaq və sertifikat əldə etmək imkanı qazanacaqlar.
Layihə tələbələrə karyera yollarında istiqamətlənməyə yardımçı olmaq, onların vergi sahəsində nəzəri və praktiki biliklərinin artırılmasına kömək etmək və potensialı olan gənclərin gələcəkdə Dövlət Vergi Xidmətində işə cəlb edilməsi məqsədini daşıyır.
Layihənin əhatə edəcəyi ali təhsil müəssisələrinin sırasına, Bakı şəhəri ilə yanaşı, regionlarda yerləşən təhsil ocaqları da daxil edilib ki, bu da rayonlarda təhsil alan tələbələrin peşəkar kadr kimi formalaşdırılması baxımından xüsusi önəm daşıyır.
Yay Təcrübə Proqramı iki hissədən ibarət olmaqla 1 iyul 2022-ci il tarixdən 2 sentyabr 2022-ci il tarixədək davam edəcək.
Təcrübə proqramı ərzində ilkin olaraq tələbələr üçün Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində yay düşərgəsi təşkil ediləcək. Tələbələr 10 gün müddətində büdcə sistemi, vergilərin hesablanması və ödənilməsinin əsasları, vergi ödəyicilərinə göstərilən xidmətlər, dövlət vergi orqanlarına işə qəbul və xidmətkeçmə qaydaları və s. mövzularda təlim və seminarlarda iştirak edəcəklər. Tələbələrin asudə vaxtının səmərəli keçirilməsi məqsədilə Şamaxı rayonunda yerləşən turistik məkanlara səfər, intellektual oyun və yarışlar təşkil ediləcək, həmçinin Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin idman-sağlamlıq kompleksindən istifadə üçün şərait yaradılacaq.
Yay düşərgəsinin davamında tələbələr Dövlət Vergi Xidmətinin Bakıda və regionlarda yerləşən struktur bölmələrində 6 həftəlik təcrübə keçəcəklər. Sonda Proqramı uğurla bitirən tələbələrə sertifikat veriləcək.
Proqramda iştirak etmək üçün sənəd qəbulu [email protected] elektron poçt ünvanı vasitəsilə 28.03-30.04.2022-ci il tarixlərdə həyata keçiriləcək.
Dövlət Vergi Xidməti tərəfindən müvafiq ali təhsil müəssisələrində Karyera Günləri təşkil ediləcək, tələbələr layihə barədə daha ətraflı məlumatlandırılacaqlar.
Yay Təcrübə Proqramı barədə elanla aşağıdakı linkə keçid etməklə tanış olmaq mümkündür:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
16 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
13 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
1 gün əvvəl
"2017-ci ilin aprelindən 1 dollar 1,7 manatdır və belə də olmağa davam edəcək"
- 1 gün əvvəl
-
1 gün əvvəl
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
-
1 gün əvvəl
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir
- 1 gün əvvəl
-
1 gün əvvəl
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
-
1 gün əvvəl
Azərbaycan nəhəng infrastruktur investoru ilə yeni layihələri müzakirə etdi
-
1 gün əvvəl
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək
-
1 gün əvvəl
Emin Ağalarov: “Sea Breeze”də nəzərdə tutulanların 85–90%-i hələ qabaqdadır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
SOCAR İtaliya millisinin Baş Qlobal Enerji Sponsoru olacaq
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
Ən çox oxunanlar
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək



























