Ödənişləri ABB mobile-da qazandığınız "Fayda"larla edin!
İndi "Fayda"larla elə ABB mobile-dan müxtəlif kommunal, rabitə, vergi və s. ödənişləri də aparmaq mümkündür(®) ABB mobile tətbiqinin imkanları daha da genişlənib. Tətbiqə "Fayda" proqramı ilə bağlı yeni funksiya əlavə edilib. ABB mobile vasitəsilə toplanmış "Fayda"larla indi ödənişlər də aparmaq olar.
Fayda ABB-nin loyallıq proqramıdır. Ödənişlərini ABB mobile tətbiqi ilə edən bütün müştərilər "Fayda"lar toplayırlar. İndiyə qədər Faydalarla yalnız hədiyyələr qazanmaq olurdu. İndi isə "Fayda"larla elə ABB mobile-dan müxtəlif kommunal, rabitə, vergi və s. ödənişləri də aparmaq mümkündür. "Fayda" proqramı tətbiqin “Sizə özəl” bölməsindədir.
Müştəri ABB mobile tətbiqində qeydiyyatdan keçəndə ilkin olaraq 2000 “Xoşgəldin Fayda-sı” qazanır. Ondan sonra tətbiqdə 1 manatdan çox məbləğdə etdiyi hər ödəniş ona yeni "Fayda"lar qazandırır. Toplanmış "Fayda"ları balansda dərhal görmək olur. "Fayda"lar 1 il müddətində qüvvədədir. ABB mobile istifadəçisi tətbiqin “Tarixçə” bölməsindən hər bir əməliyyat üçün son istifadə tarixini mütəmadi izləyə bilər. Fayda loyallıq proqramı barədə əlavə məlumatları buradan əldə edə bilərsiniz.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 2 saat sonra
- 6 saat əvvəl
-
7 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 8 saat əvvəl
-
9 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib

























