Kazımovun sədrliyi dövründə "PAŞA Bank" 4 dəfə böyüyüb, o, devalvasiya tərəfdarı olmayıb
Xəbər verdiyimiz kimi, Taleh Kazımov Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin ediləcək. Bununla bağlı məsələ parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Mərkəzi Bankın İdarə Heyətinin üzvləri Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən, Mərkəzi Bankın sədri və müavinləri isə Mərkəzi Bankın İdarə Heyətinin üzvləri sırasından Azərbaycan Respublikası Prezidenti tərəfindən vəzifəyə təyin edilirlər.
Sabah Milli Məclisdə "Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında" təqdimat və "Taleh Kazımovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında" təqdimat müzakirə ediləcək.
Hazırda 39 yaşda olan Taleh Kazımov 1 iyul 2015-ci il tarixində "PAŞA Bank"ın Baş icraçı direktoru və İdarə heyətinin sədri vəzifəsinə təyin olunub.
Marja.az-ın araşdırmasına görə, Taleh Kazımov "PAŞA Bank"ın "sükanı" arxasına keçərkən - Bank 2015-ci ilin birinci yarısını 873 min manat xalis zərər ilə bağlamışdı. Həmin dövrdə (2015-ci ilin 1-ci yarısında) Bankın cəmi gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 44 milyon 652 min manat təşkil etmişdi.
30 İyun 2015-ci il tarixində "PAŞA Bank" 1 milyard 644 milyon 469 min manat cəmi aktivlərə, o cümlədən 641 milyon 489 min manat cəmi kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik idi. "PAŞA BAnk" 2015-ci ili 130 milyon 73 min manat cəmi gəlir, 2 milyon 992 min manat xalis mənfəət ilə başa vurmuşdu.
"PAŞA Bank" 2021-ci ili isə 90 milyon 180 min manat xalis mənfəət ilə başa vurub, Bankın cəmi aktivləri 6 milyard 408 milyon 381 min manata, kredit portfeli isə 2 milyard 545 milyon 578 min manata çatıb. Ötən il PAŞA Bankın cəmi gəlirləri 390 milyon 422 min manat təşkil edib. Beləliklə, Taleh Kazımovun dövründə PAŞA Bank 4 dəfəyə yaxın böyüyüb (aktivləri və kredit portfeli 4 dəfəyə yaxın artıb). Bank zərərdən mənfəətə keçib, cəmi gəlirləri 3 dəfə artıb.
Bu gün "PAŞA Bank" ASC Azərbaycanda ən böyük özəl bankdır.
İndiyədək Taleh Kazımovun devalvasiya tərəfdarı olmadığı müşahidə edilib, o, iqtisadiyyatda, valyuta bazarında sabitliyin vacibliyini vurğulayıb.
Taleh Kazımov 2020-ci ildə keçirilmiş bir konfransda, “Azərbaycanın böyük məbləğdə valyuta ehtiyatları mövcuddur. Eyni zamanda dövlət qurumlarının həyata keçirdiyi tədbirlər nəticəsində iqtisadi sabitliyin qorunacağına inanırıq. Biz valyuta bazarında stabillik müşahidə edirik və mən əminəm ki, dövlət tərəfindən iqtisadiyyatın sabitliyini qorumaq üçün addımlar atılacaq. İndiki vəziyyətə biz devalvasiya olacağına inanmırıq. Dövlət tərəfindən addımlar atılır və gördüyümüz kimi bu addımlar uğurludur", - demişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
5 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
18 d. əvvəl
Türkiyənin iri sənaye şirkətləri ilə Azərbaycanda tərəfdaşlıq müzakirə edilib
-
-
22 d. əvvəl
AccessBank 2027-ci il üçün tibbi sığorta şirkəti axtarır – TENDER
- 28 d. əvvəl
- 32 d. əvvəl
-
35 d. əvvəl
Azərbaycan xarici dövlət borcunu azaltmağa davam edir - 4,6 milyard dollara düşüb
- 39 d. əvvəl
- 47 d. əvvəl
-
1 saat əvvəl
Tramp Bombardier-i ABŞ-dan qovmaqla hədələdi — Səhmləri kəskin ucuzlaşdı
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
Azərbaycanda orta maaşın yeni məbləği açıqlandı
Azərbaycan iqtisadiyyatının artım tempi zəiflədyib
Ən çox oxunanlar
İnvestorlar iPhone təqdimatında nələrə diqqət yetirəcəklər?
Azərbaycan neftinin qiyməti 108 dolları ötüb
Dünya bazarında qızılın qiyməti 1% yüksəlib
Mükəmməllik standartı: Volvo dünyanın ən etibarlı avtomobil markaları sırasındadır ®
Rəsmi məzənnələr açıqlandı












.webp)













