Kapital Bankda fiziki şəxslərin depozitləri 611 milyon manata yaxın artıb
Fiziki şəslərdən illik 6% dərəcəsilə əmanət cəlb edən Kapital Bankda depozit yerləşdirməyə maraq böyükdür.
Marja.az xəbər verir ki, Kapital Bankda fiziki şəxslərin depozitləri 2021-ci ilin ilk rübünün sonu ilə müqayisədə 610 milyon 905 min manat artaraq 31 Mart 2022-ci il tarixində 1 milyard 655 milyon 331 min manata çatıb.
31 Dekabr 2021-ci il tarixində Kapital Bankda fiziki şəxslərin depozitləri 1 milyard 164 milyon 558 min manat çatmışdı. 2022-ci ilin ilk rübündə Bankda fiziki şəxslərin depozitləri 490 milyon 773 min manat artıb.
Hüquqi şəxslərin depozitləri isə 2021-ci ilin ilk rübünün sonu ilə müqayisədə 800 milyon 112 min manat artaraq 31 Mart 2022-ci il tarixində 3 milyard 821 milyon 439 min manat təşkil edib. 31 Dekabr 2021-ci il tarixində Bankda hüquqi şəxslərin depozitləri 4 milyard 27 milyon 861 min manata çatmışdı. Beləliklə, 2022-ci ilin ilk rübündə Kapital Bankda hüquqi şəxslərin depozitləri 206 milyon 422 min manat azalıb.
2021-ci ilin ilk rübünün sonu ilə müqayisədə "Kapital Bank"ın cəmi depozit portfeli 34,7% və ya 1 milyard 411 milyon 17 min manat artaraq 31 Mart 2022-ci il tarixində 5 milyard 476 milyon 770 min manat təşkil edib. 31 Dekabr 2021-ci il tarixində Kapital Bankın cəmi depozit portfeli 5 milyard 192 milyon 419 min manat təşkil etmişdi.
Həmçinin oxu
"Kapital Bank" maliyyə vəziyyətini açıqladıMüştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 3 saat sonra
- 6 saat əvvəl
-
7 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 8 saat əvvəl
-
9 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib
























