Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Banklar onu xaricdən 700-1000 dollara alır, bizdə isə 400-500 manatdır" - MÜSAHİBƏ

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Banklar onu xaricdən 700-1000 dollara alır, bizdə isə 400-500 manatdır" - MÜSAHİBƏ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın ən böyük şüşə məmulatları istehsalçılarından olan "Archi glass" şirkəti təkcə məişət və ofislər üçün deyil, sənaye və təhlükəsizlik sektoru ilə bağlı da məhsullar istehsal edir. Sumqayıtda yerləşən və Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan müəssisədə çoxsaylı şüşə məmulatlar istehal edilir. 

Reklam_3_11

Müəssisənin rəhbəri Murad Aslanovla müsahibəni təqdim edirik.

- Murad müəllim, Sumqayıt Kimya Sənaye Parkının rezidentisiniz, gəlin əvvəlcə bundan danışaq, rezidentlikdən faydalana bilirsinizmi?

- Əlbəttə, rezidentliyin verdiyi bütün imtiyazlarından və imkanlarından faydalanırıq.

- Məsələn, hansı üstünlükdən? Rezidentlik ƏDV-dən, gömrük rüsumundan, mənfəət vergisindən azad edir, sizə ən çox fayda gətirən üstünlük hansıdır?

- Ən çox fayda gətirən üstünlük – xaricdən avadanlıq gətirərkən ƏDV və gömrük rüsumundan azad edilməkdir. Biz fabrikimizin inkişafı, istehsalı artırmaq üçün avadanlıqlarımızı daim təzələyirik, İl ərzində bəzən 30%, hətta 50% artım olur. Bu zaman Kimya Sənaye Parkının rezidenti olduğumuz üçün avadanlıqlara görə idxal gömrük rüsumu və ƏDV ödəmirik.

- Avadanlığı haradan, hansı ölkədən gətirirsiniz?

- Avropa ölkələrindən – İtaliyadan, Macarıstandan, bundan başqa, Çindən - bilirsiniz, Çin bu sahədə inkişaf etmiş ölkədir, yaxın qonşu olan Türkiyədən gətiririk.

- ƏDV və gömrük rüsumu güzəşti sizə avadanlıq gətirəndə nə qədər qənaətə imkan verir?

- Məsələn, temper sobaları var ki, şüşəni temperləmək üçün (isinməyən peçlər) istifadə edilir. Onların qiyməti 500-600 min, bəzən 700 min avrodur. Bunların idxal rüsumunu və ƏDV-ni hesablayın, böyük məbləğdə qənaət edirik. Üstəlik, 10 il müddətində mənfəət vergisindən də azadıq.

- 10 il nə vaxtdan başlanıb sizin üçün?

- Biz 2018-ci ildən rezidentik. Yəni 2028-ci ilədək vergi ödəməyəcəyik. Bu da doğru yerdə fəaliyyət göstərməyimizin, yəni bu parka bir çətir deyək, onun altında fəaliyyət göstərməyimizin nəticəsidir.

- Neçə əməkdaşınız var?

- 60-65 nəfər işçimiz var.

- Bəs xammalı haradan alırsınız?

- Xammalı Azərbaycandan da alırıq, «Azərfloat» şirkətindən. Amma əsas xammal aldığımız istiqamətlər Rusiya, Türkiyə və İrandır.

- Ölkədə həyata keçirilən dövlət layihələrində, məsələn azad olunmuş ərazilərdə iştirak eləyirsiniz?

- Bəli. Biz dövlət layihələrində öz sözümüzü demişik və Azərbaycanda yeni qurulan infrastruktur və yeni binaları görürsünüz, bütün bunların eksteryeri hamısı şüşədir, şüşə fasadlardır, burada da o deməkdir ki, bizim artıq zavodumuzun və bizim işimiz burada dövriyyəyə girir və təbii biz daxili bazarı təmin edə bilirik.

Qarabağdakı infrastrukturun qurulmasına da dəstəyimiz var, oradakı layihələrdə iştirak edirik, mütəmadi olaraq ora bizim fabrikimizin şüşələri, müxtəlif spesifikasiyadan olan şüşələrimiz orada istifadə olunur. Günü bu gün məhsullarıız orada istifadə edilir.

- Siz güllə keçirməyən şüşələr də istehsal edirsiniz?

- Bəli edirik.

- Bu şüşələrin keyfiyyəti, xüsusiyyəti hər hansı sertifikatla təsdiqlənibmi?

- Əlbəttə, Azərtestin sertifikatlarıyla təsdiqlənib. İstər gülləkeçirtməz, istər temperlənən, yəni zərbəyə davamlı, normal durumundan 10 qat daha dözümlü, daha dayanıqlı vəziyyətə gətirilmiş şüşə, istər paketlənmiş pəncərə və fasad şüşələri – hamısında Azərtestin sertifikatları var və bunlar beynəlxalq səviyyədə tanınır.

- Güllə keçirməz şüşələr daha çox harada istifadə edilir?

- Onların əsas istifadə sahəsi banklardır, məsələn, standarta əsasən hökmən kassada gülləkeçirməz şüşə olmalıdır, eləcə də fərdi evlərdə də istifadə olunur.

- Fərdi evlərdə də istifadə edirlər?

- Əlbəttə, elə insanlar var ki, tərcih edir. Gülləkeçirməz şüşələri daha əvvəl Azərbaycanda fəaliyyət göstərən şirkətlər, sahibkarlar və sifarişçilər xaricdən gətizdirirdilər, bu da onlara kvadratı 700-1000 dollara başa gəlirdi. İndi isə onu biz də istehsal edirik, kvadratmetri 400-450, maksimum 500 manata başa gəlir.

- Əgər sizdə belə qiymətlər varsa – təqribən 3 dəfə ucuz – niyə həmin şüşələri xaricdən alırlar?

- Bizim məhsullar barədə məlumatlı olmayanlar var. Bəzi şirkətlər bazarı araşdırmadan alış edirlər, bəlkə də Azərbaycanda belə məhsulun olacağını düşünmürlər. Amma yaxşı olardı ki, artıq xəbərdar olsunlar. Biz sertifikat da təqdim edirik və keyfiyyətdə də işimizin arxasındayıq, istehsalımız da xaricdəki texnologiya ilə eynidir.

- Yəni xaricdəki şüşələrdən keyfiyyətcə geri qalmır, eləmi?

- Qətiyyən, heç bir keyfiyyət fərqi yoxdur, onsuz da bilirsiniz, şüşənin 80%-i kvars qumu, 10%-i əhəng, 10%-i sodadır. Dünyanın hər yerində bu - dəyişməzdir. 

Sadəcə şüşə səthlərin arasında polivinil butural maddə əlavə edilir, müəyyən qatlar, laylar və sair əlavə edilir. Gülləkeçirməz şüşə temperli yox, çiy olmalıdır, onun arasına da 4-5 qat polivinil butural əlavə edəndə gülləkeçirməz şüşə əldə edirik.

- Onların keyfiyyətini, möhkəmliyini test etmisinizmi?

- Əlbəttə, sertifikat verilərkən test edilir, hətta gülləyə davamlılığı da yoxlanılıb.

- Güllə keçirməyən şüşələrin qalınlığı nə qədər olur?

- Gülləkeçirməz şüşələrin qalınlığı fərqlidir, Məsələn, bankların kassasında qurulan şüşələr minimum 30-36 millimetrdən başlayır. Sadəcə biz daha qarantili, müəyyən çaplı silahları nəzərə alaraq daha qalın edirik ki, daha etibarlı olsun. Belələrinin qalınlığı 46 millimetrə çatır.

- Bəs siz xaricə məhsul ixracı ilə məşğul olmusunuzmu?

- Bəli ölkə xaricinə, qonşu yaxın ölkələrə bir neçə ixracımız olubdur, iriçaplı olmasa da, yəni ixraclarımız olub.

- Məsələn, Özbəkistan bazarı ilə maraqlanırsınız?

- Xeyr, Özbəkistan bazarına girmirik, çünki çatdırılması, nəqliyyatı maya dəyərini artırır.

- Məlumat var ki, Kanada bazarına məhsul göndərməyə hazırlaşırsınız.

- Kanadadan bizə təklif gəlib, biz təklifi dəyərləndirmişik, 28 mərtəbəli binanın fasadının şüşələnməsi ilə bağlı, , biz orada Türkiyə şirkətləriylə müştərək işləyəcəyik. Onun şüşələrini burada təmin edəcəyik və Türkiyə üzərindən Kanadaya göndəriləcək. Təklif vermişik, geri dönüşü gözləyirik.

- Rusiya-Ukrayna müharibəsi, bu ölkədə bəzi şirkətlərin fəaliyyətini dayandırması xammal alışına təsir etdimi?

- Müəyyən dərəcədə məzənnə üzərindən təsiri oldu, belə ki, əvvəl dollar üzərindən alış-veriş eləyirdik, indi rublla edirik. Bizə xidmət göstərən banklar konvertasiyanı rubl üzərindən edirlər yəni bizə təsiri olmur. Yeganə problem sərhəd keçid məntəqələrində sıxlıqların olmasıdır. Bu bizi narahat edir, layihələrimizin gecikməsinə gətirib çıxarır.

- Sıxlıq nəticəsində məhsulların gətirilməsi nə qədər ləngiyir?

- Bəzən görürsünüz ki, 5 min kvadrat mal gəlir, 10-15 gün gömrükdə qalır.

- Ləngimə hansı tərəfdən baş verir?

- Rusiya tərəfdən, biz tərəfdən ləngimə yoxdur. Bizim sərhəd buraxılış məntəqəsi çox sürətlidir, həqiqətən də elədir. Rusiya tərəfdə isə gün ərzində 200 maşın ancaq buraxa bilirlər və orada inanırsınız, kilometrlərlə növbə var, hal-hazırda da.

- Adətən leqal fəaliyyətlə məşğul olub, keyfiyyətli məhsul istehsal edən müəssisələrin əsas problemlərindən biri, bazarda daha keyfiyyətsiz, qeydiyyatda olmayan müəssisələrin olmasıdır. Belələri müxtəlif brendlər adıyla bazara keyfiyyətsiz məhsul çıxarır, haqsız rəqabət yaradırlar. Sizin sahədə belə hallar olurmu?

- Təəssüf ki olur, müştəriləri aldadırlar, yəni deyək ki, xaricdən idxal etdiyi daha ucuz keyfiyyətsiz, mənşəyi məlum olmayan məhsulu ölkəmizdən istehsal olunan şüşə, bizim məhsulun adı ilə təqdim edirlər. Sifarişçi də bazarı yaxşı araşdırmadığından belə hallar yaranır. Bizim kimi şirkətlərdə isə aldadılması mümkün deyil. Çünki müqavilə əsasında işləyirik və şirkət təminat verir, öz reputasiyasını qoruyur.

- Sizin şirkət belə hallarla rastlaşıbmı?

- Çox rastlaşmışıq, məsələn, bizi dəvət ediblər ki, gəlin, sizdən aldığımız məhsuldur, məsəlçün, xarab olub, tərləyib, ləkə verib və sair. Gedib baxmışıq ki, bizim məhsul deyil, yenə də düzəltmişik, dəyişmişik. Amma müştərini maarifləndirmişik, izah etmişik ki, sizin aldığınız məhsul keyfiyyətsizdir, sizi aldadıblar.

KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 0% komissiya

© Fed

Archi glass Murad Aslanov
21.04.2022 09:45

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ