“AFB Bank” ilk rübü mənfəətlə başa vurub - MALİYYƏ VƏZİYYƏTİ
Ölkənin qabaqcıl banklarından olan “AFB Bank” ASC 2022-ci ilin 1-ci übünü 1 milyon 854 min manat xalis mənfəətlə başa vurub.
Bankın yaydığı press-relizdə bildirilir ki, cari ilin 1-ci rübündə xalis faiz gəlirləri üzrə 3.6 milyon, xalis haqq və komissiya gəlirləri üzrə isə 1.2 milyon gəlir əldə edilib.
Xalis haqq və komissiya gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 20%, “AFB Bank”ınümumi kredit məhsulları üzrə satışı isə ötən ilin eyni dövrü ilə müqayisədə 70% -ə qədər artmışdır.
Bankın məcmu kapitalının və 1-ci rəcəli kapitalının adekvatlıq əmsalı Mərkəzi Bankın normalarından dəfələrlə artıqdır. Belə ki, məcmu kapitalın adekvatlıq əmsalı MB normasına əsasən 10% həddində müəyyən edilmişdir ki, bankın bu göstəricisi 48% təşkil edir. I dərəcəli kapitalın norması isə 5% olsa da, bankda 46%-dən çoxdur.
Qeyd edək ki, bankın məcmu kapitalı 82 milyon manat təşkil edir.
Azərbaycan Respublikasının Mərkəzi Bankının tələblərinə uyğun olaraq, “AFB Bank” hər rüb məcmu kapital da daxil olmaqla, maliyyə hesabatını rəsmi saytında açıqlayır.
Hazırda “AFB Bank” 7 filial və 4 şöbəsi ilə həm hüquqi, həm də fiziki şəxslər üçün müxtəlif bank xidmətlərini təklif edir.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 3 saat sonra
- 5 saat əvvəl
-
6 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 7 saat əvvəl
-
8 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib

























