“Expressbank” ilin ilk rübünü mənfəətlə başa vurub - BANK MALİYYƏ VƏZİYYƏTİNİ AÇIQLADI
Ölkənin maliyyə və bank sektorunda aparıcı yerlərdən birini tutan “Expressbank” ASC 2022-ci ilin birinci rübünü 3.5 milyon manat mənfəətlə başa vurub.
Bankdan Marja-ya daxil olmuş press-relizdə bildirilir ki, bank keçən ilin birinci rübü ilə müqayisədə bu il 12.11 % artım əldə etdib.
Aktivlərin həcmi 18.48% böyümüşdür
Keyfiyyətli və səmərəli xidmətini daim təkmilləşdirərək inkişaf etdirən “Expressbank” ASC-nin 2022-ci ilin birinci rübündə, keçən ilin müvafiq dövrü ilə müqayisədə aktivləri 18.48% artaraq 366,218 milyon manat həcmində olmuşdur.
Depozit portfeli 30% artmışdır
“Expressbank” ASC-də sahibkarlara və fiziki şəxslərə yüksək xidmət və xüsusi yanaşma onların banka olan inamını və güvənini daha da artırmışdır. İlin birinci rübündə ümumi depozit portfeli 30.12% artaraq 154,274 milyon manat təşkil etmişdir. Fiziki şəxslərdə bu rəqəm 25.28% artaraq 118,993 milyon manat, hüquqi şəxslərin depozit portfeli isə 49.61% artaraq 35,281 milyon manat təşkil edib.
Bütün növ kreditlərdə 26% artım müşahidə olunub
“Expressbank” ASC sərfəli və uyğun şərtlərlə həm fiziki şəxslərə, həm də sahibkarlara kredit məhsullarını təklif edərək banka müştəri cəlbində böyük paya sahib olmuşdur. İlin ilk rübündə istehlak və biznes kreditlərinə olan müştəri marağı və tələbi öz əksini ümumi rüblük hesabatda da tapmışdır. Keçən ilin birinci rübü ilə müqayisədə, bu ilin müvafiq dövründə bankın ümumi kredit portfeli 26.29% artmış və 262,965 milyon manat olmuşdur. Bankın biznes kreditlərində müşahidə olunan artım, ölkəmizdə sahibkarlara güvən və real sektorun inkişafı istiqamətində dəstəyin göstəricisidir. Bu ilin birinci rübündə keçən ilin dövrü ilə müqayisədə biznes kreditləri də 31.70% artaraq 88,136 milyon manata bərabər olmuşdur. Həmçinin müştərilərin ehtiyaclarını nəzərə alaraq təklif edilən istehlak kreditləri 27.46% artaraq 140,789 milyon manat olmuşdur.
Cari ilin birinci rübündə keçən ilin müvafiq dövrü ilə müqayisədə “Expressbank” ASC-nin həm faiz gəlirlərində, həm də qeyri-faiz gəlirlərində də artım olmuşdur. İlin ilk üç ayında bankın faiz gəlirləri 27.37% artmış və 11,830.03 milyon manat məbləği civarına çatmışdır. Yuxarıda sadaladığımız kimi bu artım özünü qeyri-faiz gəlirlərində də göstərmişdir. 2022-ci il birinci rübündə isə qeyri-faiz gəlirləri 3,377.81 milyon manata çatmışdır.
Ümumi hesabata nəzər saldıqda görə bilərik ki, “Expressbank” ASC-nin birinci rüb üzrə xalis faiz gəliri keçən ilin analoji dövrü ilə müqayisədə 21.94% artaraq 9461.78 milyon manat olmuşdur.
2022-ci ilin I rübün göstəricilərinə əsasən “Expressbank” ASC Mərkəzi Bank tərəfindən müəyyən olunmuş bütün prudensial normativləri də yüksək səviyyədə yerinə yetirmişdir. Bunun əyani misalı olaraq bank, cari ilin birinci rübündə I dərəcəli kapitalın adekvatlıq əmsalı 36.25%, Məcmu kapitalın adekvatlıq əmsalı 38.28% və Leverec əmsalı isə 31.25% təşkil edib. Həmçinin bankın məcmu kapitalı isə birinci rüb üzrə 124,326 milyon manat olmuşdur.Bu da bankın maliyyə cəhətdən sağlam və dayanıqlı olduğunu sübut edir.
Dünyada əsas olaraq tanınan və bankları iqtisadi mühit, müştəri portfelinin dinamikası və keyfiyyəti, artım perspektivləri, şəffaflıq, gəlirlilik, və s. kimi vacib göstəricilər kriteriyalarında dəyərləndirən Beynəlxalq Reytinq Agentliyi “Fitch Ratings” “Expressbank” ASC-nin biznes strategiyası, uğurlu siyasəti, stabil maliyyə göstəricilərinə yüksək qiymət verərək Bankın reytinqini “B” səviyyəli “stabil” proqnozu ilə təsdiqləyib.
Hər zaman inkişafı, stabilliyi və uğuru özünə istiqamət seçən və bu amal ilə fəaliyyətini davam etdirən “Expressbank” ASC, müştəriləri üçün həyata keçirdiyi kampaniyaları və xidmətləri ilə onlarla bir yolda irəliləməkdən olduqca məmnundur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rusiya AZAL təyyarəsinin vurulması ilə bağlı yaxın zamanda kompensasiya köçürəcək
-
1 saat əvvəl
15 il əvvəl bazardan çəkilmişdi, 100 yeni restoranla geri qayıdır
-
1 saat əvvəl
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
9 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
ABŞ və İran atəşkəsin 60 gün uzadılmasını müzakirə edir
Ən çox oxunanlar
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Azərbaycana düyü idxalı 18,3% azalıb
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Azərbaycan neftinin son qiyməti
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb



















.jpg)





