"İdeal Kredit"in vəziyyəti idealdır
BOKT "İdeal Kredit" MMC 2021-ci ili 646 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, təşkilat 2020-ci ili 416 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2020-ci illə müqayisədə 2021-ci ildə "İdeal Kredit"in xalis mənfəəti 55,2% artıb.
Marja.az xəbər verir ki, "İdeal Kredit"in faiz gəlirləri 2020-ci ildə 1 milyon 2 min mant ikən, 2021-ci ildə 1 milyon 118 min manata yüksəlib.
2020-ci ilin sonu ilə müqayisədə "İdeal Kredit"in kredit portfeli (müştərilərə verilmiş kreditlər) 1 milyon 513 min manat və ya 41% artaraq 5 milyon 221 min manata yüksəlib.
31 Dekabr 2021-ci il tarixində BOKT "İdeal Kredit" 5 milyon 705 min manat cəmi aktivlərə malik olub. Kredit təşkilatı 2020-ci ilin sonunda 4 milyon 646 min manat cəmi aktivlərə malik idi.
Bank Olmayan Kredit Təşkilatı "İdeal Kredit” Məhdud Məsuliyyətli Cəmiyyəti "İdeal Kredit” adı ilə 11.11.2014-cü il tarixdən fəaliyyətə başlayıb. BOKT pərakəndə biznes, kiçik və orta sahibkarlıq, böyük korporativ biznesi dəstəkləyir.
BOKT "İdeal Kredit"in təsisçiləri Qubad Qubadov (75%) və Xuraman Qubadovadır (25%).
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 4 saat sonra
- 4 saat əvvəl
-
6 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib





























