Taleh Kazımovun sədrliyilə ilk faiz qərarı açıqlandı - YENİLƏNİB
Mərkəzi Bank faizlərini dəyişmədi. Uçot dərəcəsi 7.75%-də saxlanıldı.Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.75%, faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı həddi isə 9.25% səviyyəsində saxlanılmışdır.
Marja.az qərar ilə bağlı Mərkəzi Bankın yaydığı məlumatı təqdim edir.
Ötən toplantıdan bəri illik inflyasiya tempində əhəmiyyətli dəyişiklik baş verməmişdir. Ticarət tərəfdaşı olan ölkələrdə yüksək qiymət artımları ölkə iqtisadiyyatına inflyasiya idxalını sürətləndirsə də, profisitli tədiyə balansı şəraitində valyuta bazarında tarazlığın qorunması, nominal effektiv məzənnənin isə möhkəmlənməsi bu idxal inflyasiyasını əhəmiyyətli məhdudlaşdırır. Mərkəzi Bank tərəfindən həyata keçirilən pul siyasəti qərarları və hökumət tərəfindən qəbul olunan antiinflyasiya tədbirlərinin həyata keçirilməsi də inflyasiyaya məhdudlaşdırıcı təsir edir. Digər tərəfdən 2022-ci ilin sonuna pul təklifinin artım proqnozunun aşağıya doğru təshih edilməsi kəmiyyət amilləri hesabına monetar şəraiti sərtləşdirməklə inflyasiyaya azaldıcı təsir göstərir və pul siyasətinin dəyər baxımından əlavə sərtləşdirilməsinə zərurəti azaldır.
Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar qlobal iqtisadiyyatda meyillər, ölkə iqtisadiyyatının və maliyyə bazarlarının bu meyillərə reaksiyası, inflyasiya proqnozunun faktla müqayisəsi nəzərə alınmaqla qəbul ediləcəkdir.
İnflyasiya prosesləri
Pul siyasətinə həsr olunmuş ötən iclasdan sonrakı dövrdə ölkədə illik inflyasiya tempində əhəmiyyətli dəyişiklik baş verməmişdir. Rəsmi statistikaya görə 2022-ci ilin martında ötən ilin eyni ayına nəzərən qiymətlərin ümumi səviyyəsi 12.1% artmışdır. Aylıq inflyasiya isə 1.1% olmuşdur. Martda ötən ilin eyni ayına nəzərən ərzaq qiymətləri 16.8%, qeyri-ərzaq məhsulları 6.6%, xidmətlər isə 10% bahalaşmışdır.
Dünya birjalarında əmtəələrin bahalaşmaqda davam etməsi dünyada inflyasiyaya təsir göstərməkdə davam edir. Dünya Bankının məlumatına görə martda dünya əmtəə qiymətləri enerji məhsulları ötən ilin eyni ayına nəzərən 2 dəfədən çox, qeyri-enerji məhsulları üzrə isə 31.7% yüksəlmişdir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının məlumatlarına görə dünya ərzaq qiymətləri təkcə mart ayında 12.6%, son bir ildə isə 33.6% artmışdır. Bütün bunlar tərəfdaş ölkələrdə inflyasiyanın yüksəlməsi ilə müşayiət olunsa da, nominal effektiv məzənnənin möhkəmlənməsi inflyasiya idxalını əhəmiyyətli məhdudlaşdırır.
Ötən iclasdan bəri ev təsərrüfatlarının inflyasiya gözləntilərində azalma müşahidə edilmişdir. İnflyasiyanın daha da artacağını gözləyən ev təsərrüfatlarının payı cari ilin I rübündə 24.5% təşkil etmişdir ki, bu da bundan əvvəlki rübdəki 28.6%-dən azdır.
Ortamüddətli dövrdə inflyasiyanın xarici amillərinin səngiməsi və hökumətlə birlikdə həyata keçirilən antiinflyasiya tədbirləri nəticəsində inflyasiyanın tədricən hədəf diapazonuna doğru hərəkət edəcəyi proqnozlaşdırılır.
Xarici sektor
Geosiyasi vəziyyətin qlobal iqtisadi mühitlə bağlı yaratdığı qeyri-müəyyənliklər yüksək qalsa da, tədiyə balansının profisitli olacağı proqnozlaşdırılır.
Ötən iclasdan bəri Azərbaycanın əsas ixrac məhsullarının qiymətləri yüksək olaraq qalmışdır. Brent markalı neftin orta qiyməti 2022-ci ilin ötən dövründə 100 ABŞ dollarını üstələmişdir. Digər mühüm ixrac məhsulu olan qazın qiyməti də yüksək səviyyədə qalmaqdadır. Beynəlxalq təşkilatlar enerji daşıyıcılarının, o cümlədən neftin cari ilə proqnoz qiymətini artırmaq istiqamətində təshih edirlər.
İxrac əmtəələri üzrə dünya qiymətlərinin yüksəlməsi və qeyri-neft ixracının artmaqda davam etməsi tədiyə balansının cari əməliyyatlar hesabında profisiti artırır. Bu da ölkənin strateji valyuta ehtiyatlarının artmasına və valyuta bazarında tarazlığın dəstəklənməsinə şərait yaradır.
İqtisadi fəallıq
Ölkədə iqtisadi fəallıq inflyasiya yaratmadan davam edir və iqtisadi artımın perspektivləri ilə bağlı gözləntilər nikbindir.2022-ci ilin I rübündə ümumi daxili məhsul real ifadədə 6.8%, o cümlədən qeyri-neft sektoru üzrə 10.3% artmışdır. İqtisadi artım qeyri neft-qaz sənayesində 16.4%, kənd təsərrüfatında 3.4%, tikintidə 5.6% olmuşdur.
İqtisadi artım başlıca olaraq daxili tələb hesabına dəstəklənir. 2022-ci ilin I rübündə ötən ilin eyni dövrünə nəzərən pərakəndə ticarət dövriyyəsi 3.1%, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi isə 5.2% artmışdır. Bu dövrdə qeyri-neft investisiyalarının artımı 10.1% təşkil etmişdir.
Mərkəzi Bank tərəfindən aparılan real sektorun monitorinqinin nəticələrinə görə biznes inam indeksi martda əvvəlki ayla müqayisədə qeyri-neft sənayesi, ticarət və xidmət sektorlarında yüksəlmişdir. Martda qeyri-neft sənayesi üzrə istehsal gözləntiləri, ticarətdə satış gözləntisi və xidmətdə tələb gözləntisi də əvvəlki aya nəzərən yüksəlmişdir.
Geosiyasi və geoiqtisadi vəziyyətin qlobal mühitlə bağlı yaratdığı qeyri-müəyyənliklərə baxmayaraq beynəlxalq təşkilatlar və başlıca analitik mərkəzlər də cari ildə Azərbaycanda iqtisadi artımın davam edəcəyini proqnozlaşdırırlar.
Monetar şərait
Monetar şərait pul siyasəti qərarlarının, habelə xarici mühitdə və fiskal sektorda gedən proseslərin təsiri altında formalaşmaqla inflyasiyaya azaldıcı təsir göstərir.
Valyuta bazarında tarazlığın qorunması və manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi inflyasiya idxalını məhdudlaşdıran başlıca amil kimi çıxış etməkdə davam edir.
Monetar şəraiti formalaşdıran digər göstərici manatla pul bazası, profisitli dövlət büdcəsi şəraitində 2022-ci ilin ötən dövründə 7.2% azalmışdır. 2022-ci ilin sonuna pul bazasının artım proqnozu azalma istiqamətində təshih edilmişdir ki, bu da inflyasiyaya azaldıcı təsir göstərəcəkdir.
2022-ci ilin I rübündə bank sistemi üzrə kredit portfeli 5.2% artmışdır. Bu dövrdə maliyyə sektorunun depozitləri çıxılmaqla əmanət və depozitlərin məbləği 3.9% artmışdır.
Ötən iclasdan bəri kredit və depozit faizlərində, eləcə də milli valyutada risksiz alətlər bazarındakı faizlərdə əhəmiyyətli dəyişiklik baş verməmişdir.
Risklər balansı
İnflyasiyanın risk balansında ötən iclasdan bəri əhəmiyyətli dəyişiklik olmamışdır.
Geosiyasi və geoiqtisadi gərginliyin daha uzunmüddətli xarakter alması başlıca risk olaraq qalır. Bu, dünyada inflyasiya təzyiqlərinin yüksək olaraq qalmasına səbəb ola bilər. Tərəfdaş ölkələrdə yüksək qiymət artımları və təchizat zəncirindəki problemlər idxal üzərindən Azərbaycana təsir edə bilər. Monetar şərait, o cümlədən manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi inflyasiya idxalını məhdudlaşdıran başlıca amildir. Valyuta bazarındakı tarazlıq profisitli tədiyə balansı və qəbul edilmiş makroiqtisadi çərçivə ilə dəstəklənir. 2022-ci ilin sonuna tədiyə balansının cari əməliyyatlar hesabında profisitin artması ehtimalı yüksəlmişdir.
Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar yenilənmiş makroiqtisadi proqnozlar və risklər balansının dəyişimi nəzərə alınmaqla qəbul ediləcəkdir.
Bu qərar 29 aprel 2022-ci ildən qüvvəyə minir. Pul siyasәti qәrarına dair növbəti açıqlama 2022-ci il iyun ayının 17-də veriləcəkdir.
XXX
Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə faiz dərəcələri dəyişməz saxlanılıb. Uçot dərəcəsi 7.75%-də, faiz dəhlizinin aşağı həddi 6,25%-də, yuxarı həddi isə 9,25%-də səviyyəsində müəyyən edilmişdir. Faizlərin sabit saxlanılması son ayda qiymətlərdə kəskin dəyişikliklərin olmaması ilə əlaqədardır.
Marja.az xəbər verir ki, bunu faiz dəhlizinin parametrlərinin elan edilməsinə dair keçirilən mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
"Pul siyasətinə həsr olunmuş ötən iclasdan sonrakı dövrdə ölkədə illik inflyasiya tempində əhəmiyyətli dəyişiklik baş verməmişdir. Rəsmi statistikaya görə 2022-ci ilin martında ötən ilin eyni ayına nəzərən qiymətlərin ümumi səviyyəsi 12.1% artmışdır. Aylıq inflyasiya isə 1.1% olmuşdur. Martda ötən ilin eyni ayına nəzərən ərzaq qiymətləri 16.8%, qeyri-ərzaq məhsulları 6.6%, xidmətlər isə 10% bahalaşmışdır",- sədr qeyd edib
Xatırladaq ki, 18 Mart 2022-ci il tarixində Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0,25 bənd artırılmışdı. Uçot dərəcəsi 7.5%-dən 7.75%-ə, faiz dəhlizinin aşağı həddi 6%-dən 6.25%-ə, yuxarı həddi isə 9%-dən 9.25%-ə yüksəldilmişdi.
Mərkəzi Bank sürətlənən inflyasiyanı cilovlamaq üçün artıq 2021-ci ilin ikinci yarısında 3 dəfə, 2022-ci ilin ötən dövründə də 2 dəfə faiz artırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
14 saat əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
- 15 saat əvvəl
-
15 saat əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
15 saat əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
15 saat əvvəl
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
- 16 saat əvvəl
-
16 saat əvvəl
Ölkədə ilk dəfə - “PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi
-
16 saat əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
Son Xəbərlər
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Ən çox oxunanlar
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı























