Bu il Kəlbəcər yaylaqlarına 20 mindən çox arı ailəsi köçürüləcək - KÖÇ BAŞLADI
Bu il Kəlbəcər yaylaqlarına 20 mindən artıq arı ailəsinin köçürülməsi planlaşdırılır.
Bu barədə Marja-ya Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Qeyd edilib ki, Kəlbəcər rayonu üzrə 28 mindən çox arı ailəsi Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçib. Bu arı ailələrinin əksəriyyəti Kəlbəcər yaylaqlarına köçürüləcək. Artıq 500-dən çox fermer arıçılıq təsərrüfatlarını yaylaqlara aparmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin elektron portalında qeydiyyatdan keçib. Qeydiyyat prosesi aprelin 30-da başa çatacaq.
Azad olunmuş ərazilərə ötən il olduğu kimi yenə də yalnız həmin rayondan olan fermerlərin təsərrüfatları köçürüləcək. Bu il Kəlbəcər yaylaqlarına həmçinin Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən damazlıq arıçılıq və qoyunçuluq təsərrüfatlarının da köçürülməsi nəzərdə tutulur.
Portalda qeydiyyatdan keçmiş arıçılıq təsərrüfatlarının rəhbərləri 10-12 may tarixlərində Göygöldə yerləşən ANAMA-nın Təlim Mərkəzində azad olunmuş ərazilərdə xüsusi davranış qaydaları ilə bağlı təlimlərə cəlb olunacaq. Təlimləri başa vurmuş fermerlər köç etdikləri ərazilərdə müvafiq təlimata uyğun davranacaqlarına dair iltizamnamə imzaladıqdan sonra, onların mərhələli şəkildə yaylaqlara köçü təmin ediləcək.
Bu gün təliməri başa vurmuş 13 arıçıdan ibarət 5 arıçılıq təsərrüfatı Kəlbəcər yaylaqlarına yola salınıb. Göygöl rayonu ərazisində keçirilən yola salma mərasimində Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, Azərbaycan Arıçılar Assosiasiyasının, Peşəkar Arıçılar İctimai Birliyinin rəhbərləri, Kəlbəcər rayonundan olan 150-dən çox arıçı fermer iştirak edib.
Mərasimdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Eldar Həsənov yaylaq mövsümünün başlaması münasibətilə kəlbəcərli arıçıları təbrik edib. O bildirib ki, ötən il ilk dəfə pilot layihə çərçivəsində Kəlbəcər və Laçın yaylaqlarına arıçılıq təsərrüfatlarının köçü təmin edilib. Mövsümü doğma yaylaqlarda keçirən arıçılıq təsərrüfatlarında yüksək məhsuldarlıq əldə olunub. 2021-ci ildə Kəlbəcər və Laçın yaylaqlarına 4500-dən artıq arı iləsi köçürülüb, bu il isə təkcə Kəlbəcər rayonu ərazisinə 20 mindən çox arı ailəsinin köçürülməsi planlaşdırılır.
Təsərrüfatların yaylaqlara köçürülməsi prosesi digər dövlət qurumları ilə koordinasiya edilir və xüsusi reqlament əsasında həyata keçirilir. Reqlamentə əsasən, ən azı 40 arı ailəsinə sahib olan, arı ailələrini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçirərək subsidiya alan kəlbəcərli fermerlər öz rayonlarındakı yaylaqlara köç üçün müraciət edə bilərlər. Fermerlər müraciətlərini istənilən rayonun Dövlət Aqrar İnkişaf Mərkəzində rəsmiləşdirmək imkanına sahibdir. Bundan başqa fermerlər özləri müstəqil şəkildə köçlə əlaqədar yaradılmış https://koc.eagro.az ünvanında yerləşən portala daxil olaraq müraciətlərini rəsmiləşdirə bilərlər.
Fermerlərə məlumat verilib ki, ötən il pilot layihə çərçivəsində heyvandarlıq təsərrüfatlrının da Kəlbəcər yaylaqlarına köçürülməsi təmin edilib. Köçün nəticələri nazirlikdə qiymətləndirilərək 2022-ci il üçün ilkin proqnozlar müəyyənləşdirilib. Qiymətləndirilməyə uyğun olaraq, bu il tərkibində ən azı 200 heyvan olan qoyunçuluq təsərrüfatlarının da Kəlbəcər yaylaqlarına köçünün təşkili nəzərdə tutulub. Yaylaqlara köç edəcək hər bir heyvandarlıq təsərrüfatında qiymətləndirmə aparılacaq və təsərrüfatların məhsuldarlıq göstəriciləri nəzərdən keçiriləcək.
Çıxşlardan sonra fermerlərin köçlə əlaqədar çoxsaylı sualları cavablandırılıb, irəli sürülən təkliflər qeydə alınıb. Tədbirin sonunda ANAMA-nın Təlim Mərkəzində təlimləri başa vurmuş fermerlərin rəhbərlik etdiyi təsərrüfatlar Kəlbəcər yaylaqlarına yola salınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
26 d. əvvəl
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
-
50 d. əvvəl
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb
-
1 saat əvvəl
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
Ən çox oxunanlar
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib















.jpg)








