Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi ISO20022 standartına keçib
Mərkəzi Bankın operatoru olduğu Milli Ödəniş Sisteminin təhlükəsizliyinin davamlı olaraq gücləndirilməsi, sistemin infrastruktur komponentlərinin etibarlı və fasiləsiz fəaliyyətinin təşkili məqsədilə innovativ texnoloji həllərin tətbiqi və qabaqcıl beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi daim diqqət mərkəzində saxlanılır.
Bu barədə Mərkəzi Bankın yaydığı məlumatda bildirilir.
Məlumatda qeyd edilib ki, “Azərbaycan Respublikası Mərkəzi Bankının 2021-2023-cü illər üçün Rəqəmsal Ödəniş Strategiyası”nda nəzərdə tutulan “Maliyyə infrastrukturunda ISO20022 beynəlxalq standartının tətbiqi” layihəsi çərçivəsində Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sisteminin (AZIPS) adıçəkilən standarta keçidi Mərkəzi Bank tərəfindən uğurla yekunlaşdırılmışdır. Nəticə etibarilə AZIPS iştirakçıları olan təşkilatların informasiya sistemləri arasında məlumat mübadiləsinin ISO20022 standartına uyğun yeni formatlar əsasında aparılması üçün funksional imkan yaradılmışdır.
Qlobal maliyyə sektorunda tətbiq olunan ISO20022 standartı ödəniş sistemi iştirakçıları arasında məlumat mübadiləsi üzrə vahid formatlar müəyyən etməklə, istər ölkədaxili, istərsə də ölkələrarası əməliyyat proseslərinin avtomatlaşdırılması və sistemlərarası inteqrasiya imkanlarını genişləndirir, hesablaşmalarda avtomatik emal əmsalını yüksəldir. ISO20022 standartı, eyni zamanda, ödəniş sənədlərində daha dolğun məlumatların əks etdirilməsi və bununla da geniş hesabatlıq imkanlarını təqdim edir. Hazırda 70-dən çox qabaqcıl ölkə öz ödəniş sistemlərində ISO20022 standartını tətbiq etmiş və bu istiqamətdə fəaliyyəti davam etdirməkdədir.
Sözügedən layihə çərçivəsində Mərkəzi Bank tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən Milli Ödəniş Sisteminin digər infrastruktur komponenti olan Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sisteminin (XÖHKS) də ISO20022 standartına keçidi reallaşdırılacaq, eyni zamanda Milli Ödəniş Sistemi iştirakçılarının əməliyyat sistemlərinin 2022-ci ilin sonunadək yeni məlumat formatlarına keçidi üzrə işlər aktiv şəkildə davam etdiriləcəkdir.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 4 saat sonra
- 4 saat əvvəl
-
6 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 7 saat əvvəl
-
8 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib


























