“DəmirBank” 2017-də xidmətləri satınalınması məqsədi ilə tender elan edir
"DəmirBank" ASC 2017-cı ildə aşağıda qeyd edilmiş xidmətlərin illik göstərilməsi məqsədilə əlavə tender elan edir:
Lot 1(18). Bankın maliyyə risklərinin sığortalanması məqsədi ilə qeyd edilən üç sığorta məbləğləri üzrə BBB, kömpüter cinayətləri, plastik kart üzrə fraud və s. halların sığortalanması 1) 3 000 000 AZN; 2) 4 000 000 AZN; 3) 5000 000 AZN məbləğlərində sığortalaması.
Lot 2 (19). Bankın nəğd vəsaitlərinin (filialların kassalarındakı və baş ofisin anbarındakı nəğd vəsaitlər, bankomatlardakı nəğd vəsaitlər, inkasator maşınları ilə daşınan nəğd vəsaitlər) 3-cü şəxs və ya şəxslər tərəfindən oğurlanması və ya yararsız vəziyətə salınmasının sığortalanması.
Tender iştirakçıları Lot üzrə əlavə məlumatı AZ1008, Baki şəhəri. Qarabağ küçəsi, 31 ünvanından və Bankın www.demirbank.az saytından əldə edə bilərlər.
İştirakçılar tenderdə iştirak etmək üçün 16 iyul 2017-ci il saat 18:00-dək aşağıdakı sənədləri poçt vasitəsi ilə və ya şəxsən təqdim etməlidirlər:
·-Tenderdə iştirak etmək üçün ərizə;
·-Xidmətin göstərilməsi üzrə lisenziya və ya sertifikatların surətləri (tələb olunduqda);
·-Tender təklifi (əlavə edilmiş spesifikasiyaya uyğun təqdim olunmalıdır);
·-Tender təklifini xidmət müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
·-İddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə (əgər daha az müddət fəaliyyət göstərirsə, həmin fəaliyyət dövrü haqqında) bank tərəfindən balans göstəricilərinə əsasən verilmiş arayış (bu sənəddə iddiaçının maliyyə vəsaitlərindən istifadə etmək imkanını təsdiq edən məlumatlar olmalıdır).
·-İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) surətləri;
·-İddiaçı fiziki şəxs olarsa fəaliyyətini əks etdirən sənədlərin (lisenziya, VÖEN, Şəxsiyyət vəsiqəsi və s.) surətləri;
·-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış.
Tender təklifləri 16 iyul 2017-ci il tarixi saat 18:00-dək imzalanmış, ikiqat zərfə qoyulmuş, möhürlənmiş şəkildə AZ1008, AR. Bakı şəhəri. Qarabağ küçəsi 31. DəmirBank ASC-nin Baş Ofisi ünvanına təqdim edilməlidir.
Xidmətləri beynəlxalq standartların tələblərinə cavab verən, analoji işlərdə təcrübəsi, idarəetmə səriştəsi, peşəkarlığı texniki və maliyyə imkanları olan iddiaçılar tenderdə iştirak edə bilərlər.
İştirakçılar tender zərflərinin qəbulu və əlavə məlumat almaq üçün əlaqələndirici şəxslə əlaqə saxlaya bilərlər:
Əlaqələndirici şəxs: Mikayılova İradə.
Ünvan: AZ1008, AR. Bakı şəhəri. Qarabağ küçəsi 31. DəmirBank ASC-nin Baş Ofisi.
Telefon: +994 077 250 61 55; +994 12 444 71 71 (saxili 338)
Faks: +994 12 444 72 14.
Tender üzrə bütün prosedurlar (yazışmalar, sənədləşmə və s.) Azərbaycan Respublikasının dövlət dilindədir. Lot üzrə təkliflərin əlavə olaraq Rus və İngilis dillərində də təqdim edilməsi uyğundur. Xarici ölkələrdən olan iddiaçılar isə təmsil olunduqları ölkələrin dilində hazırladıqları təkliflərin Azərbaycan/Rus/İngilis dillərinə tərcümə olunmuş və iddiaçı tərəfindən təsdiq edilmiş mətnini əlavə etməlidirlər.
Təkliflərdə tender predmetini səciyyələndirən bütün zəruri parametrlər, o cümlədən işin icrasının texniki cəhətləri, dəyəri, vaxtı, yeri, idarəetmə qaydası, haqqın ödənilən forması və sair göstəricilər bildirilməlidir. İddiaçı tender predmeti olan işi necə icra edəcəyi barədə istənilən məlumatı öz təklifinə daxil edə bilər.
Təkliflərin qiymətləndirilməsində aşağı qiymət, yüksək keyfiyyət, xidmətlərin vaxtında çatdırılmsı yerinə yetirilməsi, anoloji işlərdə təcrübəsi, maliyyə vəziyyəti kimi meyarlara üstünlük veriləcək. Göstərilən meyarlar üzrə məlumatlar barədə sənədlər təqdim edilməlidir.
Tender təkliflərinin qüvvədə olma müddəti zərflərin açıldığı gündən sonra azı 30 bank günü olmalıdır.
Tender komissiyası
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
16 saat sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
9 d. əvvəl
Dünyanın aviasiya nəhəngində istehsal problemi – İnvestorlar səhmləri satırlar
-
7 saat əvvəl
Çin avtomobili Böyük Britaniya bazarında Tesla və Ford-u geridə qoydu – Satışlarda birinci oldu
-
7 saat əvvəl
Coca-Cola milyardlar qazanır - 3 ayda 13,4 milyard dollarlıq satış, 4 milyard dollar mənfəət
-
9 saat əvvəl
Apple yeni iMac və MacBook Pro modellərini təqdim etdi – Qiymətlər açıqlandı
-
10 saat əvvəl
Türkiyənin 2027-ci il turizm hədəfləri açıqlandı – 66,6 milyon turist, 70 milyard dollar gəlir
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
14 saat əvvəl
İqtisadiyyat Nazirliyi yeni layihəyə başlayır – İqtisadi Observatoriya yaradılır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Çin avtomobili Böyük Britaniya bazarında Tesla və Ford-u geridə qoydu – Satışlarda birinci oldu
Türkiyənin 2027-ci il turizm hədəfləri açıqlandı – 66,6 milyon turist, 70 milyard dollar gəlir
Ən çox oxunanlar
“PAŞA Bank”ın səhmlərinin qiyməti artmaqda davam edir
ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda sürücülük vəsiqəsi alan qadınların sayı rekord həddə çatıb – Kişilərin sayı isə azalır
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil edib - FOTOLAR

























