Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Toyuq əti bazarında hökmranlıq edərək istədikləri qiyməti qoymaq istəyirlər”

"AFM" MMC-nin direktoru Anar İsmayılov: "Yerli quş əti istehsalçıları 40-50% qazanca işləyirlər"
iç səhifə xəbər başlığı altı (mobil)_31
“Toyuq əti bazarında hökmranlıq edərək istədikləri qiyməti qoymaq istəyirlər”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xəbər verdiyimiz kimi, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) Belarusdan idxal olunan və ucuz qiymətə satılan quş ətinə dair məlumatlar yayıb. Məlumatlarda qeyd edilib ki, Azərbaycana Belarusdan idxal olunaraq yerli məhsulun az qala yarı qiymətinə satılan toyuqların keyfiyyəti, qida dəyəri aşağıdır. Eyni zamanda bildirilib ki, bu toyuqlar yumurtadan kəsilmiş ana toyuqlar ola bilər.

APEPEA İdarə Heyətinin sədri Mürvət Həsənli bildirib ki, əksər ölkələrdə yumurtadan kəsilən ana toyuqların kütləvi satışa çıxarılmasına icazə verilmir:

“Belə toyuqların qida dəyəri çox aşağı olur. Adətən, ana toyuqlar 6 aylığından yumurtlamağa başlayır, bu, 10 ay davam edir. Yəni 10 aydan sonra onların yumurta vermək imkanı tükənir. Fasiləsiz yumurtladıqlarına görə əti az, sümüyu ağır olur. Əksər ölkələrdə belə toyuqları yalnız kolbasa-sosiska istehsalında istifadə edirlər. Toyuqların üzərinə “Kənd toyuğu” yazıb satmaqla istehlakçıların hüquqları pozulur, onlar aldadılır. Bu, həm də qanun pozuntusudur. Eyni zamanda yerli quş əti istehsalçılarının mənafeyinə zərbə vurulur”.

"BİZİM ŞİRKƏT 5-6% QAZANCA İŞLƏYİR"

APEPEA-nın yaydığı məlumatlara Belarus toyuqlarının idxalçılarından biri olan “AFM” MMC şirkəti reaksiya göstərib.

“AFM” MMC-nin təsisçisi və direktoru Anar İsmayılov Marja.az-a açıqlamasında bildirib ki, yerli quş əti istehsalçılarının idxalçılar ilə davası qiymət davasıdır:

“Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasını yaratmış yerli istehsalçılar 40-50% qazanca işləyirlər, rəhbərlik etdiyim şirkət isə 5-6% qazanca işləyir. Bunu sübut da edə bilərəm. Toyuqları Belarusdan aldığım qiymətləri, tərtib etdiyim qimələri göstərə bilərəm. Mən xalqı düşünüb ucuz satıram. Bu da onlara pis təsir edir. Bizim şirkətin idxal etdiyi toyuqların Azərbaycanda bazar payı 3-5%-ə çatmır. Azərbaycan bazarı aylıq 12 min ton toyuq əti satışı gücünə malikdir. Bizim şirkətin satışı isə ay ərzində maksimum 80 tondur. Belarusdan toyuq idxalçılarının satışı cəmi aylıq heç 300 tona çatmır. Amma bunlar bazarda hökmranlıq etmək istəyirlər ki, istədikləri qiyməti qoyub, istədikləri qazancı əldə etsinlər. Keçmişdə baş vermiş hadisəni yəqin çoxları xatırlayır - Cənab Prezidentin yumurta qiymətlərinə münasibət bildirməsini nəzərdə tuturam. Bugün də elə bir vəziyyət yaratmaqdadırlar, ola bilsin ki, Azərbaycan dövlətinin və Belarus dövlətinin rəhbərliyi bu məsələyə müdaxilə etsin”.

BELARUS TOYUQLARININ UCUZ OLMASININ SƏBƏBİ

“AFM” MMC-nin direktoru Belarus toyuqlarının ucuz olmasının səbəblərini də açıqlayıb:

“Azərbaycan istehsalçıları yem, vaksinləri və digər mal-materialları xaricdən gətirirlər. Həqiqətən də məhsul istehsalıs onlara Belarus istehsalçıları ilə müqayisədə baha başa gəlir. Lakin Belarusda quşçuluq müəssisələri yem və vaksinləri özləri istehsal edirlər. Buna görə də, onlara toyuq istehsalı ucuz başa gəlir”.

“YERİYƏN TOYUQLAR KƏSİLİB SATIŞA GÖNDƏRİLİR”

İdxalçı şirkətin rəhbəri bildirdi ki, toyuqlar yeriyən toyuqlardır, buna görə məhsulların üzərində “kənd toyuğu” yazılır:

“Kənd toyuğu ilə broyler toyuğunun ən böyük fərqlərindən biri də broyler toyuğunun şoklnması, kənd toyuğunun isə dondurulmasındadır. Broyler toyuğu mənfi 62-dərəcədə sümüyünədək şoklanır ki, dərman ilə böyüdüyündən iy verməsin. Amma kənd toyuğu mənfi 62 dərəcədə dondurulur. Ona görə onun donu açılan kimi ağappaq olur. Onu ikinci dəfə dondurulduqda rəngi qaralır. Bu da o deməkdir ki, toyuq əzələli toyuqdur, yəni yeriyib.

“AFM” MMC Belarusdan aldığımız video görüntülər və sənədlər əssında  “kənd toyuğu” adından istifadə üçün Azərbaycanın müvafiq qurumundan da icazə alıb”.

“İDXAL ETDİYİMİZ TOYUQLAR 6-8 AYLIQ BEÇƏLƏRDİR”

Anar İsmayılov qeyd etdi ki, “AFM” şirkətinin Belarusdan idxal etdiyi toyuqlar 6-8 aylıq beçələrdir. Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının toyuqların 10 yumurtladıqdan sonra yumurtadan kəsilən toyuqlar olması barədə məlumatı yalan və qərəzlidir:

“Bizim idxal etdiyimiz toyuqlar 6-8 aylıq beçələrdir. Əgər 12 kiloqramlıq qutuda 15-16 ədəd toyuq olursa bu bildiyimiz beçədir. Toyuq 6-8 ayında yumurtlaya bilər. İndi bir toyuq 6-8 ayında yumurtlayıbsa, biz buna nə edə bilərik?! Amma bu toyuqlar Assosiasiyanın bildirdiyi kimi, 10 ay yumurtlamış və sonra yumurtadan kəsilən ana toyuqlar deyil. İndi mən də deyim ki, onlar (yerli quş istehsalçıları -red) gündə bir toyuğu iki dəfə yumurtladırlar?! Bunu video ilə də sübut edə bilərəm. Mən bu kimi iyrənclikləri ictimailəşdirmək istəmirəm. İstəmirəm insanların onlara nifrətə yaransın”.

TOYUQ ƏTİ SƏNƏDLƏR VƏ AQTA-NIN İCAZƏSİ ƏSASINDA SATIŞA ÇIXARILIR

Anar İsmayılov bildirdi ki, rəhbərlik etdiyi şirkət Minsk Birinci Toyuq Kombinatının məhsullarının idxalı ilə məşğuldur:

“İstehsalçı şirkət Azərbaycana yola çıxan hər bir maşın mallar üçün baytarlıq və qida sertifaktları göndərir. Biz bu sənədləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə təqdim edirik. Sənədlər əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bizə həm baytarlıq və qida sənədi verir. Biz bu sənədlər əsasında idxal olunan toyuqların gömrük rəsmiləşdirilməsinə müraciət edirik. Daha sonra məhsullar anbara göndərilir və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı hər bir qutudan götürərək laboratoriyaya aparır. 10 gün ərzində məhsulun satışına icazə verilib-verilmədiyi barədə məktub alırıq. Bundan sonra toyuqları satışa çıxarırıq”.

“AFM” MMC-nin təsisçisi və direktoru Anar İsmayılov APEPEA İdarə Heyətinin sədri Mürvət Həsənlini açıq dialoqa da dəvət edib: "Təklif edirəm ki, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhəbri və biz mətbuat qarşısında məsələni açıq danışaq" .

“AFM” MMC-nin təsisçisi və direktoru Anar İsmayılov idxal etdikləri toyuqlar ilə bağlı sertifikatların və digər sənədlərin sürətini Marja.az-a təqdim edib.

AFM Belarus toyuqları Anar İsmayılov
26.05.2022 13:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ