Azərbaycan istehsalı minatəmizləmə texnikası təqdim edildi - FOTOLAR
“Texnofest” 2022 sərgisində “İmprotex İndustries” zavodu öz yerli istehsalı olan Revival P1 Minatəmizləmə texnikasını təqdim edir.(®) Müasir və yüksək texniki avadanlıqlar ilə təchiz olunmuş “İmprotex İndustries” MMC-nin Qafqaz Regionunda qabaqcıl metal konstruksiya zavodu ümumilikdə 1200 ədəd idxalı əvəz edə bilən müxtəlif təyinatlı üst qurğu və kənd təsərrüfatı qoşquları, həmçinin mürəkkəbliyindən asılı olaraq 10 000 – 20 000 ton metal konstruksiya istehsal etmək gücünə malikdir və 2013 cü ildən fəaliyyətə başlamışdır.
“IMPROTEX INDUSTRUIES” MMC şirkətinin istehsalat imkanları daxilində nəzərdə tutulan üst qurğularının istehsalı və servis işlərinin görülməsi üçün zəruri bütün avadanlıqlar mövcuddur. Zavod yüksək texnika ilə təchiz olunmuş və ən son ISO keyfiyyət, idarəetmə və SƏTƏM standartlarına uyğun fəaliyyət göstərir.
Türkiyə və Azərbaycan respublikalarının birlikdə təşkil etdiyi Texnofest sərgisində “İmprotex İndustries” zavodu öz yerli istehsalı olan aşağıdakı texnikaları sərgiləyir:
-REVİVAL P1 Piyada Əleyhinə Minatəmizləyən Texnika,
-Revival S1 Mina Aşkarlama Robotu,
-İMFF 20.50 Yanğınsöndürən Maşın MAN TGL 7.160 4x2 BB,
-Yanğınsöndürən Monitor İMFF 4000,
-Yanğınsöndürmə Robotu İMFR S40.
Bir ildən çoxdur ki, Improtex Industries MMC-nin Üst Qurğuları və metal konstruksiyaları zavodunda piyada əlehinə minaların təmizlənməsi üçün müasir qurğulara malik özüyeriyən tırtıllı qurğunun istehsalına başlanılmışdır. İstehsal edilən piyada əleyhinə minaların təmizlənməsi üçün olan REVİVAL P1 tipli özüyeriyən qurğular, həmçinin fərqli təyinatlı partlayıcı sursatlarında zərərsizləşdirilməsi sahəsində effektiv rol oynadığı sübuta yetirilmişdir. ANAMA mütəxəssisləri ilə birgə müzakirə edilərək xarici təcrübələridə nəzərə alaraq rəqiblərindən dahada üstün qurğunun istehsalına nail olunmuşdur. Qurğunun iş imkanları funksiyaları digər istehsalçılardan nəinki geri qalır hətta bir çox parametrlərdə dahada üstünlüyə malikdir. Qurğunun gövdəsinin, ön Flayerin, elektrik, elektronik və bütün mexaniki hisslərin istehsalı 100% zavodumuzda icra edilmişdir.
Qurğunu eyni zamanda uzaqdan idarə edilməsi mümkünlüyü səbəbindən istehkamçının işlərini xeyli yüngülləşdirir. Buda insan həyatını riskə atacaq tapşırıqların qurğu vasitəsi ilə icrasını imkan verir. Qurğu eyni zamanda minaların aşkarlanması, özünü müdafiə sistemləri və həmçinin yaralıların təhlükəli ərazidən uzaqlaşdırılması kimi bir çox funksiyaların icrasında iş imkanları ilə təchiz oluna bilər. Eyni zamanda istehsal etdiyimiz Revival P1 mina təmizləmə qurğusu ilə birgə tətbiq edilərək minalı ərazilərin öncədən aşkarlanaraq davaminda məhv edilməsini icra edə bilər. Qurğu üzərində xüsusi sensorlar vasitəsi ilə aşkarlanan koordinatları mərkəzi sistemə ötürərək ərazinin xəritəsi üzərində təhlükəli nöqtələri avtomatik olaraq qeyd etmə imkanlarına malikdir.
Texnika -20°C ilə 54°C temperatur intervalında işləyir və 0°C ilə 55°C temperatur diapazonunda mina təmizləmə əməliyyatlarını yerinə yetirə bilir.
"Revival P1"in üstünlükləri:
-Digərlərində 11% daha geniş Flayer. Bu sayədə effektiv iş həcmi artmasına malik olunmuşdur.
-Daha böyük radiator. Bu sayədə ardıcıl daha uzun işləmə müddəti təmin olunmuşdur.
-Daha böyük yanacaq tutumu. Bu sayədə ərazidən kənarlaşdırmadan daha uzun müddət iş potensilı təmin olunmuşdur.
-Servis zamanı hər bir detala daha rahat müdaxilə olunması təmin olunmuşdur. Bu səbəblə bir çox hallarda qurğunu servisə gətirmədən yerində müdaxiləsi mümkündür.
-Partlayışa dayanıqlı 80x yaxınlaşdıra bilən 360° PTZ kamera görüntü izləmə imkanı təmin olunmuşdur
-Daha dayanıqlı və yüksək temperatura dözümlü TUF metal materiallarla təchiz olunmuşdur
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp Ukraynanın ABŞ tərəfindən dəstəklənən sülh təklifini qəbul etməsi üçün son tarixi açıqladı
-
1 gün əvvəl
“Ukrayna çox çətin bir seçimlə üz-üzə qala bilər” - Zelenskiy Trampın sülh planına dair danışdı
-
1 gün əvvəl
Türkiyə şirkəti Özbəkistanın avtomobil istehsalçısının böyük hissəsini aldı
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan idxal olunan kvadrisikllərə görə aksiz dərəcəsi tətbiq olunacaq
-
1 gün əvvəl
Bakının 57, 76, 78, 139, 189 və 500 nömrəli avtobus marşrutları müsabiqəyə çıxarıldı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
PULLU adam olmaq üçün ilk addımını at
İlham Əliyev zavodu işə saldı
İrşad-da Yaşıl Cümə başladı
“Ukrayna çox çətin bir seçimlə üz-üzə qala bilər” - Zelenskiy Trampın sülh planına dair danışdı
Dövlət Xidməti Hesablama Palatasının iradlarına cavab verib
Azərbaycan Qvineya və Liviyaya alma satmağa başlayıb
Ən çox oxunanlar
Bakının 57, 76, 78, 139, 189 və 500 nömrəli avtobus marşrutları müsabiqəyə çıxarıldı
70%-dək endirim - Baku Electronics-də “Super Cümə” başladı!
Nərimanovda yaşamaq istəyənlər üçün 36 ayadək faizsiz, daxili kredit və ya 20 illik ipoteka fürsəti
Bank çap məhsullarının təminatı üzrə tender elan edir
Şüşə istehsalçısının nizamnamə kapitalı 144 milyon manat artırılır
Fizuli Həsənov 7-ci “Zeekr 001”i uddu












.jpg)




.jpg)


