ABB Hakatonuna qeydiyyat başladı
“Technest” təhsil proqramı çərçivəsində 3-cü ABB Hakatonuna qeydiyyat başlayıb.İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və ABB İnnovasiya Mərkəzinin tərəfdaşlığı çərçivəsində informasiya texnologiyaları üzrə milli kadrların yetişdirilməsinin sürətləndirilməsi məqsədilə 3-cü ABB Hakatonuna qeydiyyata start verilib.
Sözügedən hakaton İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin 2021-ci ildən etibarən həyata keçirməkdə olduğu “Technest” təhsil proqramı və ABB İnnovasiya Mərkəzinin “Startapların İnkişaf etdirilməsi Proqramı” çərçivəsində icra olunacaq.
3-cü ABB Hakatonunun əsas istiqamətləri rəqəmsal bankçılıq, nağdsız ödəniş infrastrukturunun inkişafı, köçürmələrin optimallaşdırılması və “ƏDV geri al” xidmətinin inteqrasiyasını əhatə edir. Rəqəmsal biznes sahəsində innovativ həllərə maraq göstərən hər kəs sözügedən Hakatonda iştirak edə bilər. Beynəlxalq təcrübəyə malik yerli ekspert və mentorların dəstəyi ilə iştirakçı komandalar biznes ideyalarını daha da inkişaf etdirə biləcəklər. Rəqəmsal innovasiya konsepsiyasına və pre-inkubasiya hədəflərinə uyğun gələn ən yaxşı layihələr isə ABB İnnovasiya Mərkəzinin İnkubasiya proqramına qəbul olunacaq. Həmçinin hakatonun qalib komandaları üçün mükafat fondu təsis edilib. Mükafat fondu inkubasiya dövründə startap komandalarına yatırım olaraq təqdim ediləcək. Hakatonun şərtlərinə əsasən 1-ci yer üzrə 5 min, 2-ci yer üzrə 3 min, 3-cü yer üzrə isə 2 min manat məbləğində mükafat fondu müəyyən edilib. Hakatonda iştirak üçün müraciət etmək istəyənlər bu link – https://abbinnovation.az/az/apply vasitəsilə qeydiyyatdan keçə bilərlər. Son müraciət tarixi 06 iyul 2022-ci ildir.
Qeyd edək ki, “Technest” təhsil proqramı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə 2021-ci ildən start götürüb. Proqramın məqsədi informasiya texnologiyaları üzrə milli kadrların yetişdirilməsini sürətləndirmək və bu sahədə mövcud çatışmazlıqları aradan qaldırmaq və ölkədə rəqəmsal inkişafa töhfə verməkdir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu istiqamətdə dövlət-özəl tərəfdaşlığı əsasında “Whelp” startapı ilə birgə təsis etdiyi “Code and More” təhsil layihəsi və nazirliyin “İKT Lab” Tətbiq və Tədris Mərkəzi ilə yanaşı, ölkədə İKT üzrə peşəkar kurslar təşkil edən “Code Academy”, İsrail – Azərbaycan Təlim Mərkəzi, “Tech Academy”, “ABB Tech” Akademiyası və İnnovasiyalar Mərkəzi ilə yaxından əməkdaşlıq edir.
“Technest” çərçivəsində hazırda 120 məktəbli, 618 tələbə və məzun bulud həlləri, bulud inzibatçılığı, böyük verilənlər bazası, kibertəhlükəsizlik, avtomatika, elektronika, müxtəlif proqramlaşdırma dilləri, “UX/UI” dizayn kimi müxtəlif istiqamətlər üzrə təhsil alır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 16 d. əvvəl
-
27 d. əvvəl
Aqrar biznesə dəstək: “PAŞA Sığorta” 280 000 manata yaxın zərəri ödədi
-
1 saat əvvəl
“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
-
1 saat əvvəl
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Husilər Ər-Riyad hava limanını ballistik raketlə vurduqlarını iddia ediblər
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
İlham Əliyev Türkmənbaşıda Məşvərət görüşündə iştirak edir
Prezident İlham Əliyev Türkmənistanda işgüzar səfərdədir
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Tramp Rusiyadakı müəmmalı ölümə münasibət bildirdi: “Bioloji silah olduğunu düşünmürük”


























