AQTA-dan "Belarus toyuqları" açıqlaması - Geri çağırılması ilə bağlı qərar qəbul edilib
AQTA: Belarusdan ölkəyə gətirilmiş toyuqların ucuz qiymətə satılmasının səbəbi ikinci kateqoriya və yumurtadan kəsilmiş (ana toyuqlar) toyuqların olmasıdır. Sənaye şəraitində yetişdirilməsinə, həmçinin toyuqların üzərində rus dilində “ikinci sort dondurulmuş toyuq” qeyd olunmasına baxmayaraq, “kənd toyuğu” və ya “Belarus kənd toyuğu” adı altında satılması istehlakçılara yanlış məlumat verilməklə onların aldadılmasına səbəb olurAzərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) "Belarus toyuqları" ilə bağlı məsələyə aydınlıq gətirib.
Agentlikdən bildirilib ki, “Yeyinti məhsulları haqqında” qanunun 6-cı maddəsinə əsasən, ölkə ərazisinə idxal olunan bütün qida məhsulları müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına malik olmalıdır.
Məlumatda vurğulanıb ki, idxal olunan yeyinti məhsulunun istehsalçısı qida təhlükəsizliyi qeydiyyatından keçdiyi halda həmin istehsalçının məhsullarına qida təhlükəsizliyi sertifikatı tələb olunmur:
"Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə qaydaları Nazirlər Kabinetinin 302 nömrəli qərarı ilə tənzimlənir. Həmin qərara əsasən, yeyinti məhsulları sertifikatlaşdırılarkən təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədilə Agentlik tərəfindən ekspertizadan keçirilir, yeyinti məhsullarından nümunələr götürülərək “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanuna uyğun olaraq akkreditasiyadan keçmiş laboratoriyalarda onların sınağı (tədqiqi) aparılır. Eyni zamanda bildiririk ki, Agentlik Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının ümumdünya heyvan sağlamlığı informasiya sistemi vasitəsilə hər gün digər ölkələrdəki epizootik vəziyyəti izləyir. Epizootik vəziyyətindən asılı olaraq, Belarusdan, o cümlədən digər ölkələrdən idxal olunan quşçuluq məhsulları ixrac edən ölkənin aidiyyəti nəzarət orqanları tərəfindən verilən müvafiq sənədlər əsasında idxalına icazə verilir".
"Son günlər bəzi xəbər saytları tərəfindən bazarlarda ucuz qiymətə (3-ü 10-11 manata) toyuq məhsullarının satışı ilə bağlı yayımlanmış məlumata əsasən, agentlik tərəfindən müvafiq monitorinqlər keçirilib. Belə ki, monitorinq çərçivəsində müəyyən edilib ki, Belarus Respublikasından ölkəyə gətirilmiş sözügedən toyuqların ucuz qiymətə satılmasının səbəbi ikinci kateqoriya və yumurtadan kəsilmiş (ana toyuqlar) toyuqların olmasıdır. Buna baxmayaraq, ölkəyə idxal zamanı həmin məhsullar təhlükəsizlik göstəriciləri üzrə (Salmonella, quş qripi və koronavirus) müayinələrə cəlb edilmiş və sınaq nəticələri qanunvericiliyin tələblərinə uyğun olduğu üçün qida təhlükəsizliyi sertifikatı ilə təmin edilib. Eyni zamanda nəzərinizə çatdırırıq ki, sənaye şəraitində yetişdirilməsinə, həmçinin toyuqların üzərində rus dilində “ikinci sort dondurulmuş toyuq” qeyd olunmasına baxmayaraq, “kənd toyuğu” və ya “Belarus kənd toyuğu” adı altında satılması istehlakçılara yanlış məlumat verilməklə onların aldadılmasına səbəb olur.Göstərilənlərə əsasən, həmin şirkətlərdə plandankənar yoxlama aparılıb və sözügedən toyuq məhsullarının ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı “məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar” qəbul edilib.Geri çağırılmış məhsullarla əlaqədar qanunvericilik çərçivəsində zəruri tədbirlərin görülməsi nəzərdə tutulub.
Bundan əlavə, çəkisinin artırılması məqsədilə həmin toyuqlara su vurulması ilə bağlı nəzərinizə çatdırırıq ki, monitorinqlər çərçivəsində ticarət şəbəkələrində satışı həyata keçirilən həmin toyuqlardan nümunələr götürülüb və suyun kütlə payının müəyyən edilməsi məqsədilə laboratoriyaya təqdim edilib. Belə ki, nümunələrin sınaq nəticəsinə əsasən, suyun kütlə payı normativ sənədin tələblərinə uyğun olub", - AQTA-dan qeyd edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
4 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
4 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 4 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























