Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Putin: Sürətlənin inflyasiyaya görə ABŞ və Avropa İttifaqı məsuliyyət daşıyır

Rusiya prezidenti Vladimir Putin ABŞ və Avropanın səhv siyasətlərinin inflyasiyaya təkan verdiyini bildirərək, “Hazırda enerji sektorunda qiymət artımı, inflyasiya, ərzaq, yanacaq və bütövlükdə benzinlə bağlı problemlər ABŞ-ın hazırkı administrasiyasının və Avropa bürokratiyasının iqtisadi siyasətdə sistemli səhvlərinin nəticəsidir”, deyib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Putin: Sürətlənin inflyasiyaya görə ABŞ və Avropa İttifaqı məsuliyyət daşıyır

Rusiya Prezidenti Vladimir Putin, 25-ci Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Ukrayna müharibəsi ilə əlaqədar ölkəsinə qarşı tətbiq edilən sanksiyaları, onun iqtisadiyyata təsirini, qlobal iqtisadi və siyasi prosesləri qiymətləndirib.

Marja xəbər verir ki, Qərbin öz geosiyasi illüziyaları adı ilə beynəlxalq nizamın əsaslarını sarsıtdığını deyən Putin, iqtisadiyyatda və beynəlxalq siyasətdə baş verən dəyişikliyin tektonik və inqilabi xarakter daşıdığını bəyan edib.

“Soyuq müharibədə qələbəsini elan edən ABŞ müqəddəs maraqları ilə özünü Allahın yer üzündə elçisi elan etdi. İndi oyun tək qalada oynanılır. Bu şərtlər altında dünya sabit ola bilməz”,- deyib.

Birqütblü dünya nizamının sonuna işarə edən Putin, “Bundan qaça bilməzsiniz. Birqütblü dünya nizamı, onu qorumaq üçün bütün səylərə baxmayaraq, sona çatdı”, - ifadəsini işlədib.

Putin bildirib ki, Qərb ölkələrindəki “elitalar” tarixin axınının qarşısını almağa çalışır və illüziyaya qapılırlar.

Qərblilərin son zamanlar planetdə yeni güc mərkəzlərinin meydana gəldiyini anlamadıqlarını vurğulayan Putin, “Məsələn, Qərbin qlobal siyasət və iqtisadiyyatda hökmranlığının dəyişməz və əbədi bir dəyər olduğuna inanırlar. Heç nə əbədi deyil”, - deyib.

Rusiyaya qarşı tətbiq edilən sanksiyalara baxmayaraq yerli iş dünyası ilə dövlət idarəçiliyinin harmoniya içində çalışdığına diqqət çəkən Putin, Rusiya iqtisadiyyatı ilə bağlı bədbin proqnozların özünü doğrultmadığını bildirib.

“İnflyasiyanın aşağı düşməsinə çalışacağıq”

16,7 faiz inflyasiyanın böyük göstərici olduğunu vurğulayan Putin, rəhbərliyin bu nisbətin aşağı salınması üçün çalışacağını və iqtisadi dinamikanın sabitləşəcəyini vurğulayıb.

Putin, Rusiyaya qarşı iqtisadi hücum edildiyini və müvəffəqiyyət şansının olmadığını bildirib.

Avropalı siyasətçilərin öz əlləri ilə iqtisadiyyatlarına ciddi zərbə vurduğunu iddia edən Putin, “Yalnız Avropa Birliyinin sanksiyalara görə birbaşa itkiləri ildə 400 milyard dolları keçə bilər. Bu xərclər ictimaiyyət tərəfindən ödənilir”,- deyib.

Putin deyib ki, Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyalara görə qlobal rəqabət qabiliyyətini itirib.

“Aİ-nin iqtisadiyyatdakı səhvləri cəmiyyətdə parçalanmaya səbəb olacaq”

Avropanın bərabərsizliyi daha da pisləşdirəcəyini və bunun nəticəsində iqtisadiyyatdakı problemlərə görə cəmiyyətdə parçalanmanın olacağını iddia edən Putin, Avropada mövcud vəziyyətin gələcəkdə radikalizm dalğasına və elita dəyişikliyinə səbəb olacağını proqnozlaşdırıb.

“Aİ siyasi üstünlüyünü itirib, onun bürokratik elitası başqasının fiti ilə rəqs edir, öz əhalisinə zərər verir”, - deyə Putin bildirib. 

“Son böhranlara görə qərb ölkələri məsuliyyət daşıyır”

Son böhranlarda Qərb ölkələrini günahlandıran Putin, “Qlobal iqtisadiyyatda baş verənlər son aylarda ortaya çıxmadı, xüsusən də bunlar Rusiyanın Donbasdakı xüsusi hərbi əməliyyatının nəticəsi deyil. Xüsusi əməliyyatlar Qərbin bütün problemləri Rusiyanın üzərinə qoyması üçün “can qurtaran” oldu (Böhranlara cavabdeh Rusiyadır - red). Bu cür bəyanatlar açıq-aşkar və məqsədli şəkildə faktların təhrifidir”, - qiymətləndirməsini edib.

ABŞ və Avropanın həyata keçirdiyi siyasətlərin inflyasiyaya təkan verdiyini vurğulayan Putin, “Hazırda enerji sektorunda qiymət artımı, inflyasiya, ərzaq, yanacaq və bütövlükdə benzinlə bağlı problemlər ABŞ-ın hazırkı administrasiyasının və Avropa bürokratiyasının iqtisadi siyasətdə sistemli səhvlərinin nəticəsidir",- deyib.

G7 ölkələrinin məsuliyyətsiz makroiqtisadi siyasətlər həyata keçirdiklərini qeyd edən Putin, “Dünya - pulların nəzarətsiz çapı, təminatsız borcların yığılması da daxil olmaqla Böyük yeddilik adlanan ölkələrin uzun illər məsuliyyətsiz makroiqtisadi siyasətlərinə görə belə bir vəziyyətə sürüklənib", deyib.

ABŞ-ın 2019-cu ildə ayda 250 milyard dollar idxal etdiyini açıqlayan Putin, “İndi onların aylıq idxalı 350 milyard dollara yüksəlib. Sözügedən 40% artım, çap olunan dollar məbləğinin artması ilə üst-üstə düşür. Pul çap edib paylayırdılar və bu pula üçüncü ölkə bazarlarından bütün malları yığırdılar”, - deyib.

Rusiyanın ərzaq və gübrə ixracatını əhəmiyyətli dərəcədə artıracaq gücə malik olduğunu bildirən Putin, ərzaq təminatında Rusiyadan deyil, Qərbdən qaynaqlanan problemlərin olduğunu bildirib.

Putin qlobal ərzaq məhsullarının tədarükünün artırılmasının və ehtiyacı olan ölkələrin tələbatının ödənilməsinin beynəlxalq ictimaiyyət üçün ən mühüm vəzifə olduğuna diqqət çəkib.

Gələn mövsümdə Rusiyanın taxıl tədarükünün 50 milyon tona qədər arta biləcəyini ifadə edən Putin, prioritetin Yaxın Şərq regionu və Afrika ölkələri olacağını bildirib.

Ukraynadakı taxıl problemindən Rusiyanın məsuliyyət daşımadığını vurğulayan Putin, "Ukraynadan gələn taxıl tədarükünə qarışmırıq. Qara dənizdəki limanlara mina qoyan biz deyilik. Minaları təmizləsinlər, çıxarsınlar, gəmilər hərəkət edə bilsin. Biz bu gəmilərin təhlükəsizliyini təmin edirik”,- deyib.

Putin qeyd edib ki, Ukraynadan taxıl ixrac etmək üçün bir neçə variant var, lakin bu, yalnız Kiyevin “okeanın o tayına” diqqət yetirmədən, təkbaşına qərar verəcəyi təqdirdə baş verə bilər.

"Gübrə problemi yoxsul ölkələrdə aclığı təhdid edəcək"

Rusiya və Belarusdan da gübrə daşınmasının qarşısı alındığını deyən Putin, dünya bazarlarında gübrə tədarükündə qıtlıq yarana və qiymətlərin qalxa biləcəyini söyləyib.

Putin ABŞ-ın əsas ərzaq tədarükçüsü olduğuna diqqət çəkib, lakin indi xalis idxalçıya çevrilib, pul çap edib bütün dünyadan ərzaq alır.

“Biz heç kimi təhdid etmirik”

Rusiyanın nüvə silahı ilə təhdid etdiyinə dair ritorika eşitdiklərini ifadə edən Putin, bu ritorikanın məsuliyyətsiz siyasətçilərin ağzından çıxdığını və sonra bu ritorikadan çox yüksək səviyyədə istifadə edildiyini bildirib.

Putin, "Ancaq susacağıq? Buna uyğun olaraq biz də cavab veririk. Biz cavab verən kimi buna görə bizə hücum edirlər və deyirlər ki, Rusiya təhdid edir. Biz heç kimi (nüvə silahı ilə) təhdid etmirik. Biz hədə-qorxu gəlmirik. Amma hər kəs bizim nəyə malik olduğumuzu bilir və suverenliyimizi qorumaq üçün lazım gələrsə, nədən istifadə edəcəyimizi bilirik", ifadələrdən istifadə edib.

“Rusiya Ukraynanın Avropa İttifaqına üzvlüyünə qarşı deyil”

Ukraynanın Avropa Birliyinə (AB) mümkün üzvlüyü ilə bağlı sualı cavablandıran Putin, "AB NATO kimi hərbi təşkilat deyil. Həmişə qeyd etdiyim kimi, bu baxımdan bizim mövqeyimiz çox aydındır. Rusiya buna qarşı deyil", - deyib.

Ukrayna iqtisadiyyatının böyük subsidiyalara ehtiyacı yaranacağını və nəticədə yarı-müstəmləkə ölkəsinə çevriləcəyini bildirən Putin, bu ölkənin cari xərclər üçün ciddi dəstək alacağını, lakin bu dəstəyin təyyarə, gəmi, elektronika kimi mühüm sənayeləri düzəldə bilməyəcəyini qeyd edib. Çünki Avropa dövlətləri özlərinə rəqib yaratmayacaq.

“Bizi Ukraynada münaqişəyə sürüklədilər”

Ukraynaya qarşı hərəkətlərinin zərurətdən qaynaqlandığını iddia edən Putin, "Hərbi münaqişələr həmişə faciədir. Bu, bizim tərəfimizdən sadəcə zəruri bir addımdır. Bu, qaçılmaz bir zərurətdir. Hamısı buna görədir. Bizi sadəcə bu yola sürüklədilər", - deyib.

Rusiyaya qarşı tətbiq edilən sanksiyalar ilə rus sahibkarların "əmlaklarını müsadirə edərək oğurlandığını" bildirən Putin, bunun ağıl həddini aşdığını bildirib.

Putin Rusiyanı tərk edən Qərb şirkətlərinin yerinə yeni şirkətlərin gəldiyini və buna görə də bəzi idxal məhsulları əvəzləyəcəklərini, bəzilərini isə sıfırdan istehsal edəcəklərini də bəyan edib.

18.06.2022 08:42

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ