Sabahın hava proqnozu açıqlandı

Azərbaycanda iyunun 24-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-34° isti olacaq. Bakıda gecə 21-23° isti, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 16-21° isti olacaq.
Müştərilərin xəbərləri

"Viza Kredit BOKT"un rəhbəri dəyişib

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Sabah güclü külək əsəcək - PROQNOZ

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Sabahın hava proqnozu açıqlandı

Azərbaycan neftinin son qiyməti

Dollar/TL kəskin düşüb

Bakıdan Füzuliyə ilk sərnişin avtobusu yola düşüb

Türkiyədə şəkər tozu 67 faizədək bahalaşdı

BVF ABŞ-ın iqtisadi artım proqnozlarını aşağı saldı

“Apple” M2 prosessorlu yenilənmiş “MacBook Pro”nu təqdim edib - FOTO

Daşkəsəndə sel yenidən təbii fəlakətə səbəb olub

Çexiya şirkətləri sənaye zonalarında yaradılmış investisiya mühitindən yararlanmağa dəvət edilib
