“YAŞAT” Fondu xərclədiyi vəsaitin məbləğini açıqladı
Bu günə qədər “YAŞAT” Fonduna daxil olan vəsaitdən 61 milyon 114 min 757.86 manatdan çoxu xərclənib.
Bunu “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov deyib.
Onun sözlərinə görə, ümumilikdə bu günə qədər Fonda 73 milyon 781min 435,79 manat vəsait daxil olub: "Xərclənən vəsaitdən savayı 12 milyon manatdan çoxu Fondun balansında qalıb.
Xərclənən vəsaitdən 36 milyon 892 min 200 manatı məişət şəraitinin yaxşılaşdırılması istiqamətinə, 546 min 346.40 manatı təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafına, 6 milyon 336 min 540.51 manatı istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanmasına, 17 milyon 339 min 670.95 manatı isə müalicə və psixoloji dəstək xərclərinin ödənilməsinə sərf olunub".
E.Hüseynov bildirib ki, ölkə ərazisində 2 927 şəhidin ailə üzvləri, habelə 5 599 yaralı olmaqla ümumilikdə 16 966 şəxslə görüşülüb, ehtiyacları qeydə alınıb (yashat.gov.az saytında) və 12 526 şəxsin 26 616 müraciəti icra üçün öhdəliyə götürülüb: "Reallaşmış ödəniş sayı 21 848-dir".
10 mindən çox müraciəti təmin edib
“YAŞAT” Fondu məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı 10 mindən çox müraciəti təmin edib
"Bu günə qədər “YAŞAT” Fondu məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə şəhid ailə üzvlərinin 4 417, itkin ailə üzvlərinin 7 və yaralıların 5 791 müraciəti olmaqla ümumilikdə 10 215 müraciəti təmin edib", -Qarabağ qazisi Elvin Hüseynov deyib.
Onun sözlərinə görə, 2020-ci ilin 27 sentyabr tarixindən sonra dünyaya gələn 102 şəhid övladı ilə bağlı “Onlar bizə əmanət” layihəsi çərçivəsində yeni doğulmuş şəhid övladlarının zəruri xərclərinin qarşılanması məqsədi ilə 1 000 AZN məbləğində maddi yardım edilib və şəhid övladlarının adına 5 000 AZN məbləğində depozit hesabı açılıb.
E.Hüseynov qeyd edib ki, hər iki valideynini itirən 7 şəhid övladının adına 5000 AZN məbləğində depozit hesabı açılıb.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
10 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
10 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 10 saat əvvəl
-
11 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti



























