"ABŞ investorları böhrana hazırlaşır"
ABŞ fond bazarındakı vəziyyət investorların “gələcək böhrana” hazırlaşdıqlarından xəbər verir.
Marja xəbər verir ki, bu barədə çərşənbə günü "The Washington Post" qəzetində dərc olunan məqalədə bildirilir.
Məqalədə qeyd edilib ki, ABŞ istiqraz bazarı “qarşıda çətin günlərin olduğunu göstərir”. Belə ki, çərşənbə axşamı qısamüddətli borcun qiyməti gözlənilmədən uzunmüddətli borcdan daha yüksək olub. Bu, "investorlar böhrana hazırlaşarkən tez-tez baş verən qeyri-adi bir hadisədir".
"Raymond James" investisiya şirkətinin analitiki Pavel Molçanov açıqlamasında "Heç kim tənəzzül istəməsə də, vəziyyət ondan ibarətdir ki, iqtisadi artım daha da yavaşlayacaq və neft qiymətləri indiki səviyyələrdən əhəmiyyətli dərəcədə aşağı düşəcəkdir". (Qeyd edək ki, mərkəzi bankların sürətlənən inflyasiyanı cilovlamaq üçün sürətli faiz artırmalarının, yüksək qida və enerji qiymətlərinin tezliklə iqtisadi tənəzzülə səbəb olacağı bildirilir).
Öz növbəsində, ekspert Lindsey Bell qəzetə bildirib ki, birjada enişin nə qədər böyük olacağı hələ məlum deyil: "İlin birinci yarısında 20% azalma nəzərə alınarsa, səhm qiymətləri orta ölçülü tənəzzülün baş verə biləcəyini göstərir".
"Washington Post"un köşə yazarı Henri Olsenin fikrincə, ABŞ-da inflyasiya rəsmi məlumatların göstərdiyindən də pisdir. Belə ki, ABŞ-ın Müstəqillik Günündə (bazar ertəsi qeyd olunur) ənənəvi piknik üçün məhsulların qiyməti ötən illə müqayisədə 17% baha olub. "Bu, inflyasiyanın qaranlıq tərəfinin mükəmməl nümunəsidir: əksər amerikalıların həqiqətən yaşadıqları inflyasiya çox vaxt [rəsmi] 8,6%-lik rəqəmdən çox yüksək olur", - ekspert vurğulayıb. Onun fikrincə, ölkədə qiymətlərin artım tempinin hesablanması modeli sayəsində “inflyasiyanın nə qədər yüksək olduğu gizlədilir”.
Olsen, Amerika lideri Co Bayden administrasiyasının inflyasiya ilə mübarizə aparmaq üçün hərəkətlərini "gülünc dərəcədə bacarıqsız və reallıqdan uzaq" adlandırıb. "Prezident Bayden neft şirkətlərinin yanacaq qiymətlərini azaltmasında israr edən axmaq tvitlər göndərir, lakin o, Atlantik və Sakit okean sahillərində yeni neft qazma icazələri verməkdən imtina edərək sola doğru yaltaqlanmağa davam edir" deyə köşə yazarı vurğulayır: "Onun reallıqdan uzaqlaşması benzin qiymətləri ilə bağlı xüsusi narahatlıq doğurur".
Ekspert dövlət başçısının “yüksək benzin qiymətləri qalıq yanacaqlardan heyrətamiz keçid üçün fürsətdir” ifadəsini xatırladıb. Olsen hesab edir ki, respublikaçılar bu bəyanatdan noyabrda ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərdə demokratlara qarşı istifadə edəcəklər. Onun fikrincə, əksər amerikalılar üçün indiki yüksək qiymətlər “bir ömür boyu şokdur”. Nəşrin köşə yazarı "Onların qəzəbli olması təəccüblü deyil" deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 20 d. əvvəl
- 26 d. əvvəl
-
34 d. əvvəl
“Qarabağ Taxıl” şirkətinin nizamnamə kapitalı 1,4 milyon manat azaldılıb
-
58 d. əvvəl
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
-
58 d. əvvəl
Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar 5 gün ardıcıl qeyri-iş günü olacaq
-
1 saat əvvəl
"Neftin qiyməti 140–150 dollar səviyyələrinə qədər yüksələ bilər"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
“Kredaqro” BOKT-ın vəzifəli şəxsi cərimə edilib
“AzInTelecom” tərəfindən 68 minə yaxın IMEI kod bloklanıb
"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Dövlət şirkəti indiyədək 572 min unsiya qızıl və 1,1 milyon unsiya gümüş satıb, 2 milyard manatdan çox gəlir əldə edib
3 gün ardıcıl qeyri-iş günü olacaq
Tramp: “İran təslim olmaq məcburiyyətindədir”
Rəsmi məzənnələr açıqlandı
Neft kəskin bahalaşıb - QİYMƏTİ 126 DOLLARI DA KEÇİB














.jpg)








