Dövlət Neft Fondunun aktivlərinin 82 milyard dollara qədər artacağı proqnozlaşdırılır
Beynəlxalq Valyuta Fondu (BVF) 2028-ci ilədək Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin 82 milyard 76 milyon dollara qədər artacağını proqnozlaşdırır.
2021-ci ilin yekunları üzrə ARDNF-in aktivləri 45 milyard 25 milyon dollar təşkil edib. Beləliklə, 2022-2027-ci illərdə Dövlət Neft Fondunun aktivlərinin 82,3% artacağı gözlənilir.
BVF tərəfindən bu proqnozlar Azərbaycan hökuməti ilə mayın 25-dən iyunun 7-dək IV maddə üzrə aparılmış məsləhətləşmələrin yekunları üzrə hazırlanıb.
BVF-nin qiymətləndirmələrinə görə, 2022-ci ilin yekunları üzrə ARDNF-in aktivləri 53 milyard 426 milyon dollara (2021-ci illə müqayisədə artım 18,7%), 2023-cü ilin yekunları üzrə 62 milyard 168 milyon dollara, 2024-cü ilin yekunları üzrə 70 milyard 742 milyon dollara çatacaq.
2025-ci ildə ARDNF-in aktivləri 76 milyard 580 milyon dollara, 2026-cı ildə 79 milyon 840 milyon dollara, 2027-ci ildə 82 milyard 760 milyon qədər artacaq.
"Azərbaycan iqtisadiyyatı Ukraynada müharibə nəticəsində enerji daşıyıcılarının qiymətinin daha yüksək olmasından qazanır. Enerji daşıyıcılarının qiymətinin bahalaşmasının və Avropaya qaz ixracının həcminin potensial artımının ortamüddətli perspektivdə ixracı, büdcə gəlirlərini artıracağı proqnozlaşdırılır. Proqnozlara görə, ARDNF-in aktivləri 2025-ci ildə ÜDM-in 100%-nə çatacaq”, - deyə fondun şərhlərində vurğulanır.
BVF-nin qiymətləndirmələrinə görə, 2022-ci ildə Azərbaycan neftinin bir barelinin qiyməti 108,5 dollar (2021-ci ildə 71,1 dollar), 2023-cü ildə 96,5 dollar, 2024-cü ildə 85,7 dollar, 2025-ci ildə 78,7 dollar, 2026-cı ildə 74,4 dollar, 2027-ci ildə 72,2 dollar təşkil edəcək.
2022-ci il aprelin 1-nə ARDNF-in aktivləri 45 milyard 264 milyon dollar məbləğində qiymətləndirilir.
1999-cu ildə yaradılmış ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
10 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
10 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 10 saat əvvəl
-
11 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti


























